Icma.az
close
up
RU
Aİ nin Ermənistanla bağlı qətnaməsi Qərbin növbəti ikili standartı

Aİ nin Ermənistanla bağlı qətnaməsi Qərbin növbəti ikili standartı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər, xüsusilə də Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə bölgədə yeni reallıqlar yaranmasına səbəb oldu. Bu reallıqlar beynəlxalq hüquqa, suverenliyə və ədalətə əsaslansa da, Qərbin, xüsusilə də Avropa İttifaqı institutlarının Azərbaycana münasibətdə göstərdiyi ikili standartlar açıq şəkildə müşahidə olunmaqdadır. Avropa Parlamentinin Ermənistanı siyasi və iqtisadi cəhətdən dəstəkləyən son qətnaməsi bu yanaşmanın növbəti bariz nümunəsidir.

Beynəlxalq münasibətlərdə qəbul edilən qərarlar bəzən yalnız diplomatik sənədlərlə məhdudlaşmır, eyni zamanda, geosiyasi mesajlar vermək məqsədi güdür. Avropa Parlamentinin bu il martın 12-də Ermənistanla bağlı qəbul etdiyi qətnamə də bu xarakterdədir və ilk baxışdan Aİ–Ermənistan əməkdaşlığının genişləndirilməsi kimi görünsə də, əslində, daha dərin strateji çalarları ehtiva edir.

Qərbin Ermənistanla əməkdaşlığı gücləndirməsi təkcə siyasi və iqtisadi aspektlərdən ibarət deyil. Avropa İttifaqı bu addımla bir tərəfdən Cənubi Qafqazda nüfuzunu artırmaq, digər tərəfdən isə Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq üçün platforma yaratmaq niyyətindədir. İrəvanın son illərdə Moskva ilə münasibətlərindəki soyuqluq və Qərbə doğru meyillənməsi bu qətnamənin qəbul edilməsində mühüm rol oynayıb. Əgər əvvəllər bu ölkə Rusiyanın təsir dairəsində qalaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumların fəal üzvü idisə, son illərdə İrəvanın Moskva ilə münasibətləri nəzərəçarpacaq dərəcədə soyuyub. 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi və nəticədə Qərblə Moskva arasındakı gərginliyin artması Ermənistanın xarici siyasətini yenidən nəzərdən keçirməsinə səbəb oldu. Rusiya beynəlxalq sanksiyaların təsiri altında zəiflədikcə, Ermənistan üçün alternativ tərəfdaşlar axtarmaq zərurəti yarandı. Avropa İttifaqı bu boşluğu doldurmaq üçün Ermənistana iqtisadi və siyasi dəstək vəd etdi.

Bu yanaşma Ermənistanın özünün müstəqil xarici siyasət yürütməyə çalışmasının adı altında, əslində, geosiyasi boşluqdan yararlanaraq Qərbin təsirini qəbul etməyə razı olması ilə nəticələnir. Ermənistanın bu qərarı daha çox strateji iradə deyil, Rusiya ilə olan əlaqələrinin zəifləməsi və Moskva ilə iqtisadi və hərbi əlaqələrinin azalması nəticəsində yaranan boşluğu doldurmaq üçün atılan bir addım kimi görünür. Həmçinin bu yanaşma Ermənistanın Rusiya ilə olan müttəfiqliyini tərk edərək, Qərbin və digər beynəlxalq güclərin təsiri altında müstəqil bir siyasət yaratmağa çalışmasının, sadəcə, bir illüziyasıdır.

Azərbaycan üçün isə bu qətnamə ilk növbədə, Qərbin Cənubi Qafqaz siyasətindəki ikili standartlarını bir daha açıq şəkildə nümayiş etdirir. Qərb bir tərəfdən Azərbaycanı regional təhlükəsizliyin təminatçısı, enerji idxalında diversifikasiyaya nail olmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün strateji tərəfdaş kimi təqdim edir, digər tərəfdən isə Ermənistanın hərbi və siyasi maraqlarına dəstək verərək, regiondakı balansı pozmağa çalışır. Bu ikili yanaşma Qərbin hər zaman öz maraqlarına uyğun olaraq siyasətini tənzimlədiyini və regionda tam həqiqətə əsaslanmayan, bəzən manipulyasiya edilmiş yanaşmalarla hərəkət etdiyini ortaya qoyur.

Azərbaycan müstəqil və suveren bir dövlət olaraq öz maraqlarını qorumağa çalışır, lakin, eyni zamanda, Qərbin ikiüzlülüyü və qeyri-konsistent siyasəti ilə qarşılaşır. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, xüsusən Qarabağ və ətraf yeddi rayonun 30 il ərzində işğalda qalması beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Lakin bu uzun müddət ərzində Azərbaycanın haqlı mövqeyi dünya miqyasında dəfələrlə vurğulansa da, Qərb dövlətləri, xüsusən Avropa İttifaqı və beynəlxalq təşkilatlar bu işğala qarşı ciddi addımlar atmadılar. Əksinə, bəzi hallarda Ermənistanı dəstəkləyən mövqelər sərgiləndi, bu da Azərbaycanın yalnız siyasi və hüquqi arenada deyil, eyni zamanda, geosiyasi və diplomatik müstəvidə mübarizəsini davam etdirməsinə səbəb oldu.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Ermənistanın işğal etdiyi ərazilərdən dərhal, qeyd-şərtsiz çəkilməsini tələb edən qətnamələr qəbul etdi. Lakin bu qətnamələr də yalnız kağız üzərində qaldı. Qərb dövlətləri, xüsusən Avropa İttifaqı bu qətnamələrin icrası üçün heç bir ciddi siyasi və iqtisadi mexanizm tətbiq etmədi, əksinə, Ermənistana hərbi və siyasi dəstək göstərdi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi daha da çətinləşdi və ölkə beynəlxalq hüquq və ədalətin təmin edilməsi üçün daha güclü mübarizə aparmağa məcbur oldu.

1992-ci ildə Xocalı şəhərində dinc Azərbaycan əhalisinə qarşı törədilən qətliam beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi qiymətləndirilməli idi. Lakin Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar bu məsələyə qarşı da yenə susdular. İnsan hüquqları və beynəlxalq humanitar hüquq pozuntuları ilə bağlı sərt mövqelər sərgiləyən Qərb dövlətləri Xocalı soyqırımını gözardı edərək Ermənistanı məsuliyyətə cəlb etmədilər. Bu biganəlik yalnız Azərbaycanın deyil, ümumilikdə regionda ədalət və sülhün bərqərar olması yolunda ciddi bir maneə yaratdı.

ATƏT-in Minsk qrupu 1992-ci ildən etibarən münaqişənin həlli üçün vasitəçilik etməyə çalışsa da, uzun illər boyu qurumun fəaliyyəti də səmərəsiz qaldı. Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə fəaliyyət göstərən bu qrup, faktiki olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verdi. Bu isə Ermənistanın qeyri-qanuni məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı və Qarabağda hərbi infrastrukturun qurulması kimi fəaliyyətlərinin qarşısını almağa yönəlik heç bir ciddi tədbir görülməməsi ilə müşayiət olundu.

2020-ci ildəki İkinci Qarabağ müharibəsi Azərbaycanın suveren ərazilərini azad etməsi ilə nəticələndi və bu, beynəlxalq hüququn bərqərar olması baxımından əhəmiyyətli bir hadisə idi. Lakin müharibə bitdikdən sonra Qərb, xüsusən Avropa İttifaqı Ermənistanı açıq şəkildə müdafiə edərək, Azərbaycana qarşı qərəzli yanaşmalarını davam etdirdi. Bu isə beynəlxalq hüquq və diplomatik ədalətlə ciddi bir ziddiyyət təşkil edirdi. 2020-ci ildən sonra xüsusən Fransa Senatının və Avropa Parlamentinin qərarları, Ermənistanı müdafiə edən yanaşmalar Avropanın Azərbaycana qarşı qərəzli siyasətini daha da açıq şəkildə göstərdi. Fransa Senatının Qarabağın “müstəqilliyini” tanımağa çağıran qətnaməsi beynəlxalq hüquqla birbaşa ziddiyyət təşkil edir, eyni zamanda, Avropa Parlamenti tərəfindən Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərinin "humanitar fəlakət" kimi qiymətləndirilməsi, Ermənistanın mövqeyinin dəstəklənməsi Avropanın tərəfkeş yanaşmalarını daha da açıq göstərdi. Bu hərəkətlər yalnız Azərbaycanın deyil, bütün regionun sülh və ədalət istiqamətindəki irəliləyişini ciddi şəkildə əngəllədi.

Bəs indi Aİ-nin bu qətnaməsi nəyə xidmət edir? Əgər məqsəd Cənubi Qafqazda sülh və sabitlik yaratmaqdırsa, o zaman niyə 30 il ərzində Azərbaycanın suveren hüquqlarının pozulmasına göz yumuldu? Niyə bu illər ərzində beynəlxalq təşkilatlar Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün real təzyiq göstərmədilər? Cavab sadədir: Qərbin beynəlxalq hüququ müdafiə etməsi və ya insan haqları məsələsində həssas yanaşması yalnız onun siyasi maraqlarına uyğun gələn hallarda baş verir.

Bu qətnamə, əslində, təkcə diplomatik bir sənəd deyil, həm də Qərbin regional siyasətdə oynadığı ikili oyunun bariz nümunəsidir. Ermənistanın Avropa İttifaqına üzv ola biləcəyi ilə bağlı vurğular isə daha çox siyasi jest xarakteri daşıyır, çünki nə Ermənistan iqtisadi göstəricilərinə, nə də siyasi sisteminə görə Aİ-yə üzvlük kriteriyalarına cavab verir. Burada əsas məqsəd Ermənistanı Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırmaq, onu Qərbin orbitinə çəkməkdir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see128

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see128

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see128

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see124

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see122

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see122

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see121

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see120

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see119

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see118

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see118

Sel körpünü dağıtdı

02 May 2025 03:01see117

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see115

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see115

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see114

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see113

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see112

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see112

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see112

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri