Icma.az
close
up
RU
Zəfər Bayramı xalqın iradəsinin qələbəsidir

Zəfər Bayramı xalqın iradəsinin qələbəsidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


Azərbaycan var olduqca bu gün unudulmayacaq


Gənclərimiz canı və qanı ilə tarix yazdı. Bu nəsil Vətənin ən böyük zəmanətidir


Bu gün şanlı qələbəmizin 5-ci ildönümüdür. 8 Noyabr-  Zəfər Günü milli qürurumuzun ən uca zirvəsidir. 

Hər bir millətin tarixində elə anlar olur ki, o anlar zamanın səlnaməsində silinməz izlər buraxır, xalqın ruhuna əbədi qürur və inam bəxş edir. Azərbaycan xalqı üçün də Zəfər Günü məhz belə bir möhtəşəm tarixdir. Bu gün torpaqlarımızın azadlığı, şəhidlərimizin müqəddəs qanı, ordumuzun igidliyi və xalqımızın birliyi ilə yazılmış şanlı bir dastandır.

Zəfər Günü əsrlərlə həsrət qaldığımız ədalətin bərpası, milli mənliyimizin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu gün biz yalnız torpaqlarımızın işğaldan azad edilməsini deyil, Azərbaycan ruhunun dirçəlişini, millətimizin tarixi qürurunun bərpasını qeyd edirik.

Bu Zəfər - gənc nəslin yaddaşına qəhrəmanlıq məktəbi kimi həkk olunmalıdır. Çünki bu günün qəhrəmanları, vətən yolunda canını fəda edən oğullarımız gənclərimiz üçün əsl Vətən sevgisinin, mərdliyin və fədakarlığın simvoluna çevriliblər. Onların mübarizəsi göstərdi ki, xalqın birliyi, liderinə inamı və torpağa bağlılığı qarşısında heç bir güc dayana bilməz.

Zəfər Günü gəncliyə ünvanlanmış bir çağırışdır: öz kimliyinə sahib çıx, tarixinə söykən, vətənini sev və qorumağı borc bil! Bu, sadəcə bir bayram deyil, bu, bir ruhun dirilişidir, bir millətin yenidən doğuluşudur.

Bu möhtəşəm gün münasibətilə ölkənin hər yerində, məktəblərdə, universitetlərdə, bağçalarda və mədəniyyət ocaqlarında Zəfərimizin əzəmətini əks etdirən tədbirlər keçirilir. Uşaqlara və gənclərə Vətən sevgisi, milli ruh, dövlətə sədaqət və qəhrəmanlıq duyğuları aşılanır. Onlara bu Zəfərin hansı fədakarlıqlar bahasına qazanıldığı, azadlığın necə böyük dəyər olduğu öyrədilir. Hər bir tədbir, hər bir çıxış bu gün Azərbaycanın gələcəyinin möhkəm təməllərinin qoyulduğunu sübut edir.

Günlərdir əsgər mundirli, əlində üçrəngli bayrağını qürurla dalğalandıran körpələr, məktəblilər və gənclər İkinci Şəhidlər xiyabanına axın edir. Onlar qəhrəman general Polad Həşimovun, həmçinin Vətən uğrunda canını, qanını fəda edən saysız-hesabsız qəhrəmanlarımızın məzarlarını ziyarət edir, onların əziz xatirəsi önündə baş əyirlər. Balaca uşaqlar şəhidlərə ithaf olunan şeirlər səsləndirir, gözlərində qürur, dillərində "Qarabağ Azərbaycandır!" nidaları ilə böyüklərin qəhrəmanlıq ruhunu gələcəyə daşıyırlar.

Bu gün  ölkənin bütün ümumtəhsil və ali təhsil ocaqlarında ilk dərs Zəfər Gününə həsr edilib. Müəllimlər dərs saatlarında ordumuzun qazandığı möhtəşəm qələbədən, şəhidlərimizin misilsiz cəsarət və şücaətindən bəhs ediblər. Uşaqlara və gənclərə milli ruhun, vətənə məhəbbətin və dövlətə sədaqətin əhəmiyyəti aşılanıb. Onlara Zəfər Gününün tarixi əhəmiyyəti, bu qələbənin xalqımızın birliyi, igid oğullarımızın fədakarlığı sayəsində qazanıldığı izah olunub. Şagirdlər bu dərslərdə həm qəhrəmanlarımızın ruhuna hörmətlə yanaşıb, həm də növbəti dəfə Azərbaycanın azadlıq və qürur tarixinin şahidi olublar.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi hərbi təxribatlara cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi Qələbə ilə başa çatıb. 8 noyabrda Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq Şuşa şəhərini azad etdi və bununla da, torpaqlarımızın işğalına son qoyulub. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr "Zəfər Günü" elan edilib. Bu qərar xalqımızın qəhrəmanlığını, dövlətimizin qüdrətini və milli qürurumuzu əbədiləşdirərək gələcək nəsillərə şanlı tarix kimi ötürür. Zəfər Günü hər il 8 noyabrda dövlət səviyyəsində qeyd olunur və xalqımızın milli qürur, azadlıq və yenilməzlik rəmzinə çevrilib. Gənc nəslin milli mənlik şüurunun formalaşmasında və vətənpərvərlik tərbiyəsində Zəfər Gününün rolu son dərəcə böyükdür. Bu müqəddəs gün gənclərə təkcə bir qələbə tarixini deyil, millətin gücünü, xalqın birliyini, Vətən sevgisinin ucalığını anladır. Zəfər Günü sayəsində gənc nəsil anlayır ki, azadlıq, müstəqillik və torpaq sevgisi sadəcə söz deyil, can bahasına qorunan dəyərlərdir.

Bu günün hər il qeyd olunması gənclərin yaddaşına qəhrəmanlıq, mərdlik, milli kimliyə bağlılıq duyğularını hopdurur. Onlar şəhidlərin fədakarlığını, qazilərin şücaətini öyrənərək dövlətinə, ordusuna, bayrağına daha böyük sevgi və inamla bağlanır.

Zəfər Günü gəncliyə bir məktəbdir; bu məktəbdə vətənpərvərlik ruhu, milli özünüdərk və mübarizə əzmi öyrədilir. Hər bir gənc bu günün mənasını dərk etdikcə, Azərbaycanın gələcəyinə daha məsuliyyətlə, daha qürurla addımlayır.


Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə Sherg.az-a açıqlamasında deyib ki, Zəfər Bayramı Azərbaycanın qürur və birliyinin təcəssümüdür. Deputatın sözlərinə görə,  Zəfər Günü yalnız hərbi qələbənin deyil, milli həmrəyliyin, dövlətçilik iradəsinin və xalqın öz liderinə inamının təntənəsidir: 

seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri