Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 17-28-də MDB regionunda ilk dəfə olaraq Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC) keçiriləcək. SİA xəbər verir ki. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumata verilib. Verilən məlumata əsasən WTDC ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən 4 ildən bir keçirilən tədbirdir.
Bildirilib ki, Bakı Konqres Mərkəzində keçiriləcək WTDC-2025 tədbiri gənclər üçün açıq beynəlxalq platforma olacaq. Konfrans gənclərin dünya səviyyəsində texnoloji yeniliklər və trendlər haqqında bilik əldə etməsinə, bu sahədə aparıcı mütəxəssislərlə tanış olmasına və əməkdaşlıq imkanları yaratmasına beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına şərait yaradır.
Tədbir eyni zamanda Azərbaycanın İKT sahəsinin inkişafını bir daha diqqətdə saxlayacaq və İKT üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.
Konfransa 150-dən artıq ölkədən 2 mindən çox iştirakçının, o cümlədən 300-dən artıq gəncin qatılacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Noyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















