Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Aİ nin Müşahidə Missiyası: Qərb və Ermənistan Cənubi Qafqazda sülh istəmir TƏHLİL

Aİ nin Müşahidə Missiyası: Qərb və Ermənistan Cənubi Qafqazda sülh istəmir TƏHLİL

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmaq barədə razılıq əldə ediblər. Qərarın yaxın günlərdə Aİ XİN başçılarının toplantısında təsdiqlənməsi gözlənilir. Beləliklə, Aİ-nin Müşahidə Missiyasının regionda qalma müddəti rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan uzadılır.

Aİ-nin bu qərarı təsdiqləməsinin Azərbaycan-Ermənistan normallaşma prosesinə, ümumilikdə Cənubi Qafqaz regionunda təhlükəsizlik konstruksiyasına mənfi təsir göstərəcəyini öncədən proqnozlaşdırmaq olar. Çünki ilk başda, 2022-ci ilin oktyabrında Aİ Azərbaycanla Ermənistan arasında danışıqlarda aktiv vasitəçilik edirdi və həmin vaxt Praqa razılaşması çərçivəsində Ermənistana 40 nəfərlik Aİ missiyasının müvəqqəti (2 aylıq) yerləşdirilməsi barədə razılıq əldə olunmuşdu. Amma həmin missiya dekabrda fəaliyyətini başa çatdırsa da, 2023-cü ilin yanvarın sonlarında Avropa İttifaqı Azərbaycanın razılığını almadan Ermənistanın Azərbaycanla sərhəd xətti boyunca Müşahidə Missiyasının yerləşdirilməsinə qərar verdi.

İlkin razılaşmaların pozulduğu bu nüansa Azərbaycan Prezidenti İlham Əliyev də indiyədək bir neçə dəfə toxunub. Dövlət başçısı yerli televiziya kanallarına son müsahibəsində də bu barədə danışıb: "...Heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”.

Xatırladaq ki, Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri Müşahidə Missiyasına qoşulub.

Binoklla rüsvayçı nümayişlər dedikdə isə ölkə başçısı Azərbaycanla sərhəddə tez-tez patrul xidməti aparan Aİ Müşahidə Missiyasının sözdə mülki əməkdaşlarının Azərbaycan ərazilərini, hərbi mövqelərimizi və yaşayış məntəqələrimizi nümayişkəranə tərzdə binoklla müşahidə etməsini nəzərdə tutur. Həmin “binokl diplomatiyası”nın ən parlaq nümunəsi Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin 2024-cü il fevralın 2-də Azərbaycan-Ermənistan şərti sərhədinə baş çəkməsi, Azərbaycan ərazilərini binoklla müşahidə etməsində özünü büruzə verdi. Bu, Fransanın mülki missiyadan hərbi və kəşfiyyat məqsədilə istifadə etməsinə dəlalət edirdi.

Beləliklə, rəsmi Brüssel missiyanın mahiyyətinin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq, hesabat hazırlamaq və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək olduğunu elan etsə də, missiyadan faktiki olaraq Azərbaycan əleyhinə geniş şəkildə sui-istifadə olunur, Azərbaycana, qonşu İran və Rusiyaya qarşı casus və kəşfiyyat şəbəkəsi kimi fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Missiyanın tərkibinə mülki şəxs qismində NATO-nun və ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi bu ehtimalı qüvvətləndirir.

Amma Aİ Müşahidə Missiyasının mandatının daha 2 il uzadılması, yekunlaşması illərlə çəkə biləcək Azərbaycan-Ermənistan delimitasiya prosesi başa çatana qədər Naxçıvan istiqaməti də daxil olmaqla, bütün sərhəd boyu patrullarını davam etdirmək istəyi Avropa İttifaqının regionda yerləşmək, mövcudluğunu qalıcı etmək niyyəti güddüyünü göstərir.

Ən əsası, region üçün kənar qüvvə olan Avropa İttifaqı Müşahidə Missiyasının 2027-ci ilə qədər bölgədə qalması XİN başçıları səviyyəsində təsdiqlənsə, bu, sülh danışıqları prosesinə ağır zərbə olacaq.

Belə ki, Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə 17 maddədən 15-nin razılaşdırıldığını deyib. Dövlət başçısı razılaşdırılmamış iki maddədən birinin məhz xarici ölkə nümayəndələrinin iki ölkə sərhədində yerləşdirilməməsi ilə bağlı olduğunu qeyd edib.

“Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq.

...Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”, - dövlət başçısı qeyd edib.

Beləliklə, Aİ ölkələri Müşahidə Missiyasının fəaliyyətini uzatmaqla, bilərəkdən normallaşma prosesinə zərbə vurmuş, regional siyasətinin əsas qayəsinin sülh və stabillik deyil, destabiliziya və militarizasiya olduğunu isbatlamış olacaq. Həm Ermənistan, həm Brüssel Azərbaycanın hər zaman prinsipial mövqe tutduğunu, haqlı tələb və şərtlərinin hamısının icrasına nail olduğunu və geri çəkilmədiyini yaxşı bilir. Müşahidə Missiyasının müddətinin uzadılması bu baxımdan Azərbaycan-Ermənistan normallaşma prosesindən tam kənarlaşdırılmış Aİ-nin sülh müqaviləsinin imzalanmasına vuracağı zərbə olacaq. Amma unutmaq olmaz ki, bu zərbənin, diplomatik maxinasiyaların nəticələri, ilk növbədə, Ermənistan üçün ağır nəticələr doğuracaq.

Ermənistan sülhün daha çox ona lazım olduğunu, nəhayət, anlamalı, sülh sazişi üçün Azərbaycanın şərtlərini qəbul etməli, özü Aİ Müşahidə Missiyasının mandatının uzadılmasına – başqa sözlə, Azərbaycanla sərhəddə xarici ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsinə qarşı çıxmalıdır.

Müşahidə Missiyasının Qərbin hibrid müharibəsində alətə çevrildiyi, Azərbaycan-Ermənistan sərhədində stabilliyə heç bir töhfə vermədiyi və mahiyyət etibarilə hər hansı silahlı insident və böhran ssenarisinin yaradacağı çağırışları qarşılamaq gücündə olmadığı aydındır. Bu gün şərti sərhəddə sakitliyin əsas benefisiarı Bakıdır. Bu situasiyada Avropa İttifaqının ata biləcəyi yeganə konstruktiv addım, sülh prosesinə dəstəyi missiyanın fəaliyyətini dayandırmaq və regionu tərk etmək olardı. Avropa İttifaqının Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməsi üçün hələ şansı var.

APA Analytics

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri