Icma.az
close
up
RU
Aİ nin müşahidə missiyası: getmək vaxtı çatdı

Aİ nin müşahidə missiyası: getmək vaxtı çatdı

525.az saytına istinadən Icma.az xəbər verir.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini parafladılar. Bir neçə gün əvvəl isə Azərbaycan XİN paraflanmış sülh sazişinin mətnini yayıb. 17 bənddən ibarət olan mətndə mühüm məqamlar yer alıb, onlardan bir də ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini istisna edən yeddinci maddədir. Qeyd olunub ki, tərəflər ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəklər: "Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər".

Bu o deməkdir ki, regiondakı Avropa İttifaqı (Aİ) müşahidəçiləri artıq Ermənistanın sərhədyanı rayonlarını tərk etməli olacaqlar.

Məlumdur ki, hazırda Ermənistanda Avropa İttifaqının müşahidə missiyası mövcuddur. 2023-cü ilin fevralından fəaliyyətə başlayan bu missiyanın məqsədi Cənubi Qafqazda sülh və sabitlik yaratmaqdır, etimad tədbirləri həyata keçirməkdir. Amma faktlar onu göstərir ki, missiyanın fəaliyyəti heç də rəsmi açıqlanan məqsədləri əhatə etmir. Mülki adlanan missiya zaman keçdikcə hərbiləşmiş struktura çevrilməyə başladı. İkincisi, müşahidə adı altında kəşfiyyat işləri aparır, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirməyə yönələn addımlar atırdılar.

Aydındır ki, bu, Fransa prezidenti Emmanuel Makronun layihəsidir. Onun əsas məqsədi isə Ermənistanda Aİ-nin, Qərbin hərbi mövcudluğunu təşkil etməklə regionda gərginlik yaratmaq, tərəfləri yeni müharibəyə təhrik etmək, sülhü yubatmaq idi. Bu destruktiv niyyətlərinə çatmaq üçün isə Ermənistanı həm də öldürücü silahlarla təchiz edirdi. Təbii ki, Ermənistan Bayden-Blinken administrasiyası da daxil olmaqla, bu cür hərtərəfli dəstəkdən şirniklənərək sülh prosesindən müxtəlif bəhanələrlə yayınırdı. Makron düşünürdü ki, öz pozucu, təxribatçı siyasəti nəticəsində Cənubi Qafqazda möhkəmlənə, söz sahibi ola biləcək, prosesləri idarə edəcək. Amma nəinki möhkəmlənmək, heç regiona yaxınlaşa bilmədi. Cənubi Qafqaz Azərbaycan deməkdir. Yəni bu regionda Azərbaycan olmadan hansısa layihə, təşəbbüs, ideya gerçəkləşdirmək mümkün deyil. Bu, artıq sübuta yetirilmiş bir faktdır.

Azərbaycan bütün bu məqamlara görə missiyanın fəaliyyətinə hər zaman öz etirazını bildirib. Onun fəaliyyəti əvvəlcə iki ay nəzərdə tutulsa da, sonradan müddət uzadıldı və say tərkibi də artırıldı. İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.

Heyətində sabiq zabitlər, hərbçilər, kəşfiyyatçılar üstünlük təşkil etməyə başladılar ki, onların arasında fransızlar daha çox idi. Missiyanın sayı 138 nəfərdən 209 nəfərə çatdırıldı, mandatı isə daha iki il, 2027-ci ilin fevralınadək uzadıldı. Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına genişləndirilməsi" adlandırıb. Eyni zamanda, Azərbaycan XİN dəfələrlə bəyan edib ki, bu missiyanın fəaliyyəti regionun təhlükəsizliyinə təhdid yaradır və Azərbaycanın maraqlarına uyğun deyil. Buna baxmayaraq, missiyanın nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddə təxribat xarakterli səfərlər edərək, regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışdılar. Fransanın Ermənistandakı səfiri isə dəfələrlə onları müşahidə edib. Bütün bu məqamlar isə missiyanın bitərəf olmadığını və onun konkret siyasi maraqlara xidmət etdiyini bir daha sübut etmiş oldu.

Azərbaycan Prezident İlham Əliyev dəfələrlə bu mövzuya toxunaraq öz münasibətini bildirib: "Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər".

Təbii ki, onların əsl məqsədləri deyildiyi kimi, regionda sülhün yaranmasına töhfə vermək deyil, əksinə, sülhə mane olmaqdır. Ona görə də Avropa İttifaqının bayrağı altında sərhədimizə gələrək ərazilərimizə binoklla baxış keçirir, guya qeydlər aparırlar. Əslində, onlar müşahidəçilər yox, hərbi kəşfiyyatçılardır. Azərbaycan ərazisində hərbi məlumatlar toplayaraq onları özlərinin hərbi qərargahlarına göndərir, yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanı silahlandırıb hərbi bazalarını qurmağa çalışırdılar. Sülh və etimada isə bu cür dəstək verilmir. Nəhayət, Vaşinqton görüşü, paraflanmış sülh sazişi mətni artıq bu missiyanın sonunun gəldiyini göstərmiş oldu. İndi tərəflərin qəbul etdiyi konkret sülh gündəliyi var. Həmin gündəlik isə Aİ missiyasının fəaliyyətini dayandırmasını diktə edir. Ermənistan Vaşinqton görüşündə əldə olunmuş bütün razılaşmalara əməl etməlidir. Əks halda, Azərbaycan Prezidentinin dediyi kimi, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Dövlət başçısı eyni zamanda, əlavə edib ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirməkdə vaxt itirməməlidir. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, Ermənistanla paraflanmış sülh sazişinin müddəlarından biri ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlıdır: "Bu da təbii ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətini artıq sual altında qoyur. Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Həmin öhdəliklərdən biri də Aİ missiyasının sərhəddən, Ermənistan ərzisindən çıxarılmasıdır ki, bu da sülh müqaviləsinə bağlı məsələdir. Cənab Pezidentin dediyi kimi, Ermənistana bir ev tapşırığı verildi. İrəvan referenduma gedib öz konstitusiyasını dəyişdirməlidir. Azərbaycanın tələblərini yerinə yetirməlidir ki, sülh müqaviləsi imzalansın. Tələblərdən biri təbii ki, budur. Nə vaxt edəcəklərsə, sülh sazişi də onda imzalanacaq. Bunların baş verəcəyi təqdirdə təbii ki, Aİ missiyası da öz missiyasını başa vurmuş olacaq. Tələblər və konkret paraflanmış saziş onu deməyə əsas verir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetiməlidir və sülh müqaviləsinin imzalanması üçün mane olacaq şərtlərə əməl etməlidir".

Deputat Makronun layihəsi olan bu missiyanın 2027-ci ilədək fəaliyyətini davam etdirə biləcəyini istisna edir: "Təbii ki, bu, mümkün olmayacaq. Bir daha deyirəm ki, referendum keçirilib Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqsa, artıq ən böyük maneə keçilmiş olacaq. Paralel olaraq da missiya öz fəaliyyətini dayandıracaq. Nə Makron, nə digər ona bənzər liderlər heç bir halda missiyanın vaxtının uzadılması, yaxud qalmasını təmin edə biləcəklər. Çünki Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və bu prosesdə qarantyor olaraq da ABŞ çıxış edir. Öz istəklərini hansısa formada diktə edə bilmək şansları yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri