Aİ ölkələri martın 6 da Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcək
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Aİ liderləri Avropanın təhlükəsizlik təminatlarını və Ukrayna üçün suveren müdafiə tədbirlərini müzakirə etmək üçün martın 6-da fövqəladə sammitdə görüşəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Kosta bu barədə Aİ liderlərini görüşə dəvət edərək açıq məktubunda bildirib.
Kosta bildirib ki, Avropa müdafiəsini müzakirə etməklə məqsəd iştirakçıların Avropanın hazırkı və gələcək təhlükəsizlik çağırışlarına daha effektiv və daha yaxşı cavab vermək üçün qısa müddətdə ilkin qərarlar qəbul edə bilmələridir.
"Aİ Ukraynada uzunmüddətli sülhün təmin edilməsi üçün zəruri olan gələcək təhlükəsizlik zəmanətlərinə töhfə verməyə hazır olmalıdır", - Avropa Şurasının prezidenti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 27 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















