Aİ rəsmisi Ərəb Liqasının iclasında: Fələstinliləri zorla köçürmək planı qəbuledilmızdir
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Fələstinliləri zorla köçürmək planı qəbuledilmızdir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Misirin paytaxtı Qahirədə təşkil edilən Qəzza üzrə Ərəb Liqasına üzv ölkələrinin iclasında deyib.
Aİ rəsmisi toplantıda qurum adından iştirak etməkdən şərəf duyduğunu bildirib: "İttifaq sülhün bərqərar olması və Qəzzanın yenidən qurulması üçün ərəb tərəfdaşları və beynəlxalq ictimaiyyətlə işləməyə hazır olduğunu bir daha bəyan edir. Biz Qəzzada, İordan çayının qərb sahilində və ya dünyanın hər hansı bir yerində demoqrafik və ya ərazi dəyişikliyi cəhdini qəti şəkildə rədd edirik. Aİ İsrail-Fələstin məsələsinin həllini iki dövlətli həll variantında görür və bunu dəstəkləyir. İki dövlətli həll Fələstin və İsrailin terror təhlükəsindən uzaq, sülh və təhlükəsizlik içində yan-yana yaşaya biləcəyi yeganə yoludur".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Mart 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















