Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləmək niyyətindədir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin başa çatmasından sonra Suriyadakı vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar 2024-cü ildə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək son iclasının əsas mövzuları olacaq.
APA xəbər verir ki, Aİ nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, Ukraynadakı münaqişə və Kiyevə hərbi yardımın göstərilməsi Aİ-nin mütləq prioriteti olaraq qalır.
Bildirilib ki, iclasa Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas sədrlik edəcək.
Avropalı diplomatın sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüşdə onlayn formada iştirak edərək cəbhədəki vəziyyət və Kiyevin ehtiyacları barədə məlumat verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Dekabr 2024 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















