Aİ Ukrayna və Moldova ilə danışıqların daha iki klasterini açacaq KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aİ Ukrayna və Moldova üçün Aİ-yə üzvlük yolunda daha iki danışıq klasterini açacaq.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 12-də “X” sosial şəbəkəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Börn bildirib.
Üzvlük danışıqları qanunvericiliyin və dövlət siyasətinin müxtəlif sahələrini əhatə edən altı böyük tematik bölmə, yəni klaster üzrə aparılır. Danışıqlar zamanı Aİ namizəd ölkənin Aİ qaydalarını və standartlarını tətbiq etməyə nə dərəcədə hazır olduğunu qiymətləndirir.
Altı klasterin adları belədir: “Əsaslar”, “Daxili bazar”, “Rəqabət qabiliyyəti və inklüziv artım”, “Yaşıl gündəm və davamlı qarşılıqlı əlaqə”, “Resurslar, kənd təsərrüfatı və birlik”, “Xarici münasibətlər”.
Aİ-yə üzvlük yolunda altı danışıq klasterindən birincisi olan “Əsaslar” Ukrayna və Moldova üçün iyunun 15-də açılmışdı. İndi Aİ-nin bütün üzv dövlətləri bu ölkələr üçün 2-ci və 3-cü klasterlərin, yəni “Daxili bazar” və “Rəqabət qabiliyyəti və inklüziv artım” klasterlərinin açılmasına razılıq verib. Bunu bazar ertəsi Tomas Börn yazıb.
Həmin günün əvvəlində Ukrayna Ali Radası təhsil haqqında qanuna milli azlıqların hüquqlarına dair düzəlişləri təsdiq edib. Qəbul olunmuş qanunu Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb. Bu sənəd Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü üzrə ikinci və üçüncü danışıq klasterlərinin açılmasına razılığını almaq üçün zəruri idi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 Oktyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















