Icma.az
close
up
RU
Aİ yeni təhlükəsizlik çətiri axtarışında

Aİ yeni təhlükəsizlik çətiri axtarışında

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qoca qitə öz təhlükəsizliyini Ukraynaya etibar edə bilərmi?

Bir vaxtlar Avropa İttifaqı (Aİ) məkanı bütöv və təhlükəsiz görünürdü. Ancaq son vaxtlarda baş verənlər bunun parıltılı illüziyadan başqa bir şey olmadığını ortaya qoydu. Xüsusilə də Ağ Evin yeni administrasiyasının Şimali Atlantika Alyansına (NATO) münasibətdə fərqli yanaşma sərgiləməsi, üzv ölkələrdən maliyyələşməni artırmaq tələbində israrlı mövqe tutması, hətta ABŞ-ın qurumu tərk etmək ehtimalını gündəmə gətirməsi Avropa İttifaqını yeni təhlükəsizlik çətiri axtarışına sövq edib.

Baş verənər fonunda dərk olunur ki, Avropanın təhlükəsizlik sisteminin yenilənməsinə böyük ehtiyac var. Əks halda, D.Trampın səsləndirdiyi fikirlər reallıqda təsadiqini taparsa, qoca qitə gözlədiyi və zaman-zaman ətrafında müzakirələr apardığı müharibə riskləri qarşısında adekvat olmayan müdafiə vəziyyətində qala bilər. Əgər bir vaxtlar Avropa İttifaqı  məkanının müdafiəsinin məsuliyyəti NATO vasitəsi ilə ABŞ-ın üzərinə düşürdüsə (hər halda buna böyük əminlik var idi - red.), indi bu yükü Aİ-nin özü çəkməlidir.

Avropa Komissiyası hərəkətə keçib - €131 milyardlıq hərbi büdcə yetərli olacaqmı?

Təbii ki, ləng davranmaq üçün zaman  yoxdur və yaxud çox azdır. Cari ilin əvvəlində Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin (SEDE) hesabatında artıq Rusiya Aİ təhlükəsizliyinə əsas təhdid kimi müəyyən edilib. Sənəddə bildirilir ki, Aİ İkinci Dünya müharibəsindən bəri milli təhlükəsizliyə ən ciddi təhdidlə üzləşir. Bu təhdid Ukraynadakı münaqişə, eləcə də “daha geniş hibrid təhdidlər, terrorizm, kiberhücumlar, kritik infrastruktur və iqlim dəyişikliyi ilə bağlı risklər” ilə əlaqələndirilir . Bundan əlavə, sənəddə Çin “strateji rəqib” kimi müəyyən edilib

Yaranmış çağırışlar fonunda paralel şəkildə həm mövcud vəziyyət, risk amilləri nəzərə alınmaqla  ideyalar  verilməli, həm də məsələlərin  praktiki müstəvidə operativ həllinə nail olunmalıdır. Artıq Avropa Komissiyasının hərəkətə keçdiyi və müvafiq strategiyanın üzərində işə başlanıldığı barədə xəbərlər gəlir. Strategiyanın çərçivəsi özündə bütün məlumatları toplamaq, dünyada davam edən geostrateji dəyişiklikləri və mövcud ehtiyacları, eləcə də geosiyasi dəyişiklikləri sənədləşdirmək və onlara adekvat cavab vermək məqsədini ehtiva edir.

İlk növbədə onu qeyd edək ki, bir vaxtlar Trampın NATO maliyyələşməsini artırmaq tələbini ciddiyə almayan Avropa Komissiyasi indi bəhs olunan reallıq fonunda Aİ-nin hərbi büdcəsini 10 dəfə artırmaq niyyətindədir. Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib ki, Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edəcək yeni yeddiillik büdcədə hərbi xərcləri kəskin şəkildə artırmağı planlaşdırır. Onun sözlərinə görə, hərbi büdcənin €13 milyarddan €131 milyarda çatdırılması nəzərdə tutulur.

Qurum rəsmisi Avropa Parlamentində çıxışı zamanı bildirib ki, mövcud təhlükəsizlik çağırışları fonunda müdafiə və kosmik proqramlar üzrə maliyyələşmənin artırılması zəruridir və bu istiqamətdə heç bir kompromisə yol verilməməlidir. Kubilyus qeyd edib ki, €131 milyardlıq məbləğ minimum hədd kimi qiymətləndirilməlidir.

Həmçinin Avropa Təhlükəsizlik Şurasının yaradılması ehtimalı da nəzərdən keçirilir. İlkin müzakirələrdə vurğulanıb ki, yeni qurum yüksək səviyyədə, xüsusilə də böhran vəziyyətlərində müdafiə sahəsində operativ qərarlar qəbul etmək səlahiyyətinə malik olmalıdır. Bu təşəbbüs Almaniya və Fransa tərəfindən Aİ sammitlərinin səmərəsizliyi və Avropada vahid müdafiə strategiyasına ehtiyac fonunda irəli sürülüb.

Almaniya Avropanın “güclü vuran əli olmaq” hədəfində nə qədər səmimidir?

Avropa Komissiyasında qoca qitənin ümumi təhlükəsizlik strategiyasının müzakirələri aparıldığı bir vaxtda milli səviyyələrdə də yeni hərbi doktrinalara keçid edilməsi gündəmə gətirilib. Burada Almaniyanın fəllığı xüsusilə diqqət çəkir. Rəsmilərin açıqlamalarından məlum olur ki, bu ölkə qarşısına “Avropanın güclü vuran əli olmaq” hədəfini qoyub.  Beləliklə, Almaniya Rusiyanı əsas təhdid kimi göstərdiyi ilk genişmiqyaslı hərbi strategiyasını elan edib. Ölkənin silahlı qüvvələri üçün ilk müstəqil hərbi strategiya sayılan sənəd “Bundeswehr”in planlaşdırılmasında son onilliklərin ən əhatəli yenilənməsi hesab olunur. Almaniyanın müdafiə naziri Boris Pistorius  jurnalistlərə açıqlamasında deyib: “Hərbi strategiyaya nadir hallarda bu tarixi mərhələdə olduğu qədər ehtiyac duyulub”.

Almaniyanın yeni hərbi doktrinasında  iki mühüm istiqamətə xüsusi vurğu edilir. Bunlardan biri ordunun say tərkibinin artırılmasıdır.  Şəxsi heyətin artırılması planına görə, hazırda 185 min 420 olan peşəkar hərbçi sayı 2030-cu illərin ortalarınadək 260 minə çatdırılacaq. Bununla yanaşı, hazırda sayı 60 min olan ehtiyat qüvvə ən azı 200 minə çatdırılacaq. Ümumilikdə 2039-cu ilədək 460 min döyüşə hazır hərbçidən ibarət qüvvə formalaşdırılması nəzərdə tutulur. Bununla da Almaniya say tərkibi baxımından Avropanın ən güclü ordusunu formalaşdırmış olacaq.

Digər mühüm istiqamət hərbi büdcənin artırılmasını əhatə edir. Gözlənilir ki, 2029-cu ildə Almaniya orduya 162 milyard avro xərcləyəcək. Xatırladaq ki, 2025-ci ildə bu rəqəm cəmi 95 milyard avro olub.

“Avropa üçün məsuliyyət” adı ilə təqdim olunan yeni strategiyanın üç mərhələdə reallaşdırılması nəzərdə tutulur: 2029-cu ilə qədər sürətli böyümə, 2035-ci ilə qədər qabiliyyət yönümlü genişlənmə və 2039 və sonrakı dövrü əhatə edən uzunmüddətli texnologiya yönümlü mərhələ.

Məlumdur ki,  Almaniya XX yüzillikdə Avropanı dəhşətli müharibə alovunun içinə atıb.  Bu ölkənin rəvac verdiyi çoxillik müharibədə milyonlarla insan həyatını itirib, yüzlərlə şəhər və kənd dağıntılara məruz qalıb. Uzun illər ərzində ehtimal olunurdu ki, Almaniyanın silahlanmanı prioritet hədəf kimi önə çəkməməsi səbəb olduğu dəhşətli müharibəyə görə mənəvi məsuliyyətindən irəli gəlib. Bəs indi Almaniya Avropanın “güclü vuran əli olmaq” hədəfində nə qədər səmimidir?

Avropa üçün Ukrayna “dərsləri”

Dəyişən geosiyasi reallıqlar fonunda Avropanın təhlükəsizliyinin təmin olunması zərurətinin kritik nöqtəyə çatdığı bir məqamda qoca qitə üçün Ukrayna “dərsləri”nin önəmi gündəmə gəlib. Məlumdur ki, Qərb dünyasında Ukraynada gedən müharibə eyni zamanda Avropa uğrunda müharibə kimi səciyyələndirilir. Ümumi qənaət belədir ki, Avropa İttifaqı öz təhlükəsizliyini özünün fiziki sərhədləri daxilində deyil, məhz Ukraynada təmin etməlidir. Bu fikri belə də ifadə etmək mümkündür: Aİ öz mənafeyi naminə Ukraynanın məğlubiyyətinə imkan verməməlidir. Bu baxımdan müharibənin lap əvvəlindən Avropa İttifaqı ölkələrinin Ukraynaya dəstək vermələri başadüşüləndir. Son 4 ildə Ukrayna kollektiv Qərbin, xüsusilə də Avropa İttifaqının hərtərəfli dəstəyindən bəhrələnib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalar, Ukraynaya göstərdiyi davamlı maliyyə və texniki dəstək bu ölkənin müqavimət imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Lakin müşahidə edilən odur ki, Ukrayna son 4 ildə yalnız Qərb tərəfdaşlarından aldığı silahlarla müharibə aparmaqla kifayətlənməyib, paralel şəkildə özünün müdafiə sənayesini inkişaf etdirməyə nail olub. Burada Ukraynaya üstünlük qazandıran bir məqamı xüsusi vurğulamaq lazımdır. Bu ölkə müdafiə sənayesinin inkişaf xəttini məhz müasir müharibələrin tələblərinə uyğun istiqamətləndirməyi bacarıb ki, bu da onun böyük uğurudur. Bəli, indi müharibələrin xarakteri dəyişib. Son illərin müharibələrində yerüstü ağır texnikaya tələbatın azaldığı, bunun əvəzində dronlara, pilotsuz uçuş aparatlarına, uzaq mənzilli raketlərə tələbatın artdığı müşahidə edilir. Verilən məlumatlardan aydın olur ki, müharibənin ağır şərtləri Ukraynanı sındırmayıb, əksinə onun müqavimət immunitetini gücləndirib. Belə ki, bu ölkə qısa müddətdə hərbi sənayesini müasir müharibələrdə kəskin ehtiyac duyulan innovativ silahların istehsalına istiqamətləndirməyi bacarıb. Hazırda Ukraynanın əlində olan dron əleyhinə sistemlərin dünyada analoqu yoxdur. Bu gün Ukraynanın öz istehsalı olan pilotsuz uçuş aparatları min kilometr məsafə qət etməklə Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri nöqtə zərbələri ilə məhv edir. PUA-ların istehsalı Kiyevə ucuz başa gəlir, onların səmada sıradan çıxarılmasına isə bahalı raketlər tələb olunur.  Beləliklə də, ucuz başa gələn uçan aparatlar qarşı tərəf üçün müharibəni daha bahalı edir və onun imkanlarını məhdudlaşdırır. Bundan başqa, Ukraynanın qara dənizdə blokadanı aradan qaldırmağa nail olması dünya üçün böyük təcrübədir. Qeyd edək ki, Kiyev dəniz blokadasını yarmağa məhz “Sea Baby” və “Magura” tipli dəniz dronları sayəsində nail olub.

İndi dünya Ukraynanın təcrübəsindən və məxfi dron texnologiyasından  bəhrələnmək istəyir. V. Zelenskinin mart ayında Yaxın Şərq regionuna reallaşdırdığı səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniya kimi ərəb dünyasının aparıcı ölkələri ilə 10 illik strateji hərbi əməkdaşlıq müqavilələri imzalaması bunun əyani təsdiqidir. Bu müqavilələr ilk növbədə Ukraynanın dost ölkələrə innovativ silah tədarükünü əhatə edir. Artıq Ukraynanın müvafiq texnologiyalarına hətta ABŞ-da da ehtiyac yarandığı açıq şəkildə etiraf olunur. Qeyd edək ki, Ukrayna 2026-cı il iyunun 30-dək Vaşinqtonla planlaşdırılan razılaşma çərçivəsində ABŞ-a dron tədarükünə başlamağı planlaşdırır.

Beləliklə, ciddi təhlükəsizlik problemi ilə üzləşən Avropa İttifaqı üçün yol müəyyən mənada asan görünür. Qoca qitə son dörd ildə çətin müharibədə dayaq durduğu Ukraynanın “dərslərindən” öyrənmək və bu ölkənin təcrübəsindən bəhrələnmək imkanına malikdir. Artıq bununla bağlı müzakirələr də başlayıb. Yeri gəlmişkən. V.Zelenski bildirib ki, Ukrayna əvvəllər Yaxın Şərqdə və Fars körfəzi ölkələrində keçirilən danışıqlarda qəbul edilmiş təhlükəsizlik üzrə öz təkliflərinin Avropa hissəsini hazırlayır. Kiyevin Avropanın təhlükəsizliyi üçün hazırladığı planın bəzi mühüm istiqamətləri artıq bəllidir. Buraya

- birgə istehsal,

- modernləşdirmə,

- müdafiə sahəsində maliyyələşdirmə proqramları,

- təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərin koordinasiyası kimi strateji əhəmiyyət daşıyan istiqamətlər daxildir.

Bundan başqa, Kiyev uzun müddətdir ki, vahid Avropa silah sənayesi ideyasından çıxış edir. Qeyd edək ki, bu ideya qoca qitədə ayrı-ayrı səviyyələrdə dəstəklənib və onun detalları ətrafında müzakirələr aparılıb. Beləliklə, Avropa öz təhlükəsizliyini Ukraynaya etibar edə bilərmi? Sual ritorik olsa da, Ukraynanın keçdiyi yol və qazandığı təcrübə bu barədə düşünməyə əsas verir.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri