Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın şimalındakı Bremerhafen şəhərinin limanından çıxan “Mein Schiff 3” kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub.
Bu barədə “Nordsee-Zeitung” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində konteynerdaşıyan gəminin gövdəsinin yan hissəsi zədələnib və təxminən 10 metr uzunluğunda yarıq əmələ gəlib.
İlkin ehtimallara görə, qəzaya güclü külək səbəb ola bilər. Küləyin şiddətli əsməsi kruiz gəmisinin manevr etməsini çətinləşdirib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Bununla belə, kruiz gəmisində olan sərnişinlərin hadisədən ciddi sarsıntı keçirdiyi bildirilir.
Toqquşmanın dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
Bu mövzuda digər xəbərlər:Almaniyada iki gəmi toqquşub
26 Oktyabr 2026 01:36
Almaniyada tramvaylar toqquşub xəsarət alanlar var
06 Avqust 2026 21:53
Fransada 127 sərnişin daşıyan kruiz gəmisi barja ilə toqquşub
10 May 2025 18:30
Almaniyada tramvayla yanacaq tankeri toqquşub: ölən var
12 Mart 2025 00:13
Sankt Peterburqdan gələn gəmi Almaniyada SAXLANILDI
26 Fevral 2025 22:03
Baxış sayı:160
Bu xəbər 26 Oktyabr 2026 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















