Icma.az
close
up
RU
AİB in süni intellekt layihəsi

AİB in süni intellekt layihəsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bank bu il ölkəmizə 2 milyard dollardan çox vəsait ayırıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə infrastrukturun dayanıqlılığının artırılması və uyğunlaşmanın təmin edilməsi məqsədilə süni intellektdən istifadəyə dair layihəyə başlayıb.

Layihənin həyata keçirilməsində Azərbaycan, Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Asiya–Sakit okean regionunun digər ölkələri də daxil olmaqla bankın üzv dövlətləri iştirak edir. AİB-in məlumatına görə, layihənin həyata keçirilməsi üçün Texniki Yardım üzrə Xüsusi Fond çərçivəsində 800 min dollar maliyyələşmə nəzərdə tutulub.

Məlumatda daha sonra qeyd olunub: “AİB-in inkişaf etməkdə olan üzv ölkələrinin fəlakətlərlə bağlı riskləri müəyyən etmək, qiymətləndirmək və azaltmaq imkanlarının gücləndirilməsinə yönəlib. Onun həyata keçirilməsinin təbii və digər fəlakətlərin nəticələrindən qeyri-mütənasib şəkildə daha çox zərər çəkən yoxsul və həssas əhali qruplarının qorunmasına dolayı yolla töhfə verəcəyi gözlənilir. Təşəbbüs çərçivəsində infrastrukturun dayanıqlılığının artırılması və risklərə uyğunlaşma yanaşmalarının təkmilləşdirilməsi üçün süni intellektin imkanlarından istifadə edilməsi nəzərdə tutulur”.

Qurumdan o da bildirilib ki, 2015-2024-cü illərdə Azərbaycan 10 layihə üzrə 2,53 milyard dollar suveren maliyyələşmə əldə edib. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq ölkə qrupu üzrə ən yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun inkişafına, 18 faiz iqlim maliyyələşməsinə, 10 faiz isə rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.

2015-2024-cü illərdə bank ümumi məbləği 963,9 milyon dollar olan 9 qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib. Qeyd edək ki, öhdəliklərin həcminin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub ki, bu da AİB tərəfindən nəzərdən keçirilən yüksək orta gəlir səviyyəsinə malik müqayisəolunan ölkələr arasında ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2 milyard 75 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 455 min dollar və ya 28,1 faiz çoxdur.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri