Icma.az
close
up
RU
AİB sədri: İnsanlar tortlardan çox tez zəhərlənə bilər

AİB sədri: İnsanlar tortlardan çox tez zəhərlənə bilər

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buraxılma tarixini tortun alt hissəsinə yazırlar, heç kəs də onu başının üstünə qaldırıb, altdan yuxarı baxa bilmir 


Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə isə, Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar:

"Yanvarın 21-i, saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar".


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, tortlarla bağlı həmişə Azad İstehlakçılar Birliyinə telefon zəngləri gəlir:


“Ciddi məsələlərdən biridə odur ki, istehlakçı soruşur bu tort təzədirmi cavabında isə bəli, təzədir deyirlər. Bəzi hallarda bildirirlər ki, tortun buraxılma vaxtı yazılıb. Ancaq çox vaxt buraxılma tarixini tortun alt hissəsinə yazırlar. Heç kəs də tortu başının üstünə qaldırıb, altdan yuxarı baxa bilmir və onu əymək də olmur. Özləri bilərəkdən buraxılma tarixini alt hissəyə yazırlar. Ən brend mağazalarda soruşanda belə deyirlər, təzə tortdur. Əlbəttə, tortlardan insanlar çox tez zəhərlənə bilərlər. Ona görə istehlakçılar onun saxlanma şəraitinə, buraxılma tarixinə və  son yararlıq müddətinə fikir verməlidirlər. Belə hallar olan zaman istehlakçılar kassa çekini saxlamaq şərtilə 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm. Salat məsələsinə gəldikdə isə mayonezli və ya qaymaqlı salatlar daha tez xarab olur və soyuducuda maksimum 1-2 gün saxlanılmalıdır. Salatı hazırladıqdan sonra mümkün qədər tez istehlak etmək lazımdır və isti şəraitdə uzun müddət saxlamaq olmaz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri