Icma.az
close
up
RU
Oğuz Türk ellərindən Xələclər

Oğuz Türk ellərindən Xələclər

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Xalaclar əski Oğuz Türk ellərindən olub,onlardan qədim zamanda ayrılıb qərbi və cənubi Əfqanıstan və bugünki İran ərazisinə mühacirət etmişlər.Bir qismi də Əfqanıstanda puştular arasında əriyib bugünki kilcayiləri təşkil edirlər.
Mahmud Kaşğari “Divan-i lüğət-i türk” də xalacları oğuz və qıpçaqlarla bir eldən sayıb,xalaclar haqqında aşağıdakı dastanı nəql etmişdir:
Makedoniyalı İsgəndər Səmərqənddən keçib türklər ölkəsinə hücum etdiyi zaman türk xaqanı Şu ordusuyla geri çəkildi.Bu əsnada türklərdən 22 nəfər ailələri ilə orada qalır,iki nəfər də onlara qoşulur.Qalan 22 nəfər xaqanlarının dalınca getmək istədikləri halda,bu iki nəfər onların sözünə baxmayıb,biz öz yurdumuzu tərk etmirik.İsgəndər gəlib-gedər,biz də burada qalarıq, demişlər.O zaman 22 nəfər acıqlanıb onlara “Qal-ac” dedilər, bu iki nəfərin nəslindən olan tayfaya xalac deyilmişdir.
Makedoniyalı İsgəndər gəlib bu iki nəfəri görəndə,uzun saçlarına və dillərinə baxaraq, onlara türkmən demiş və onun üçün onlara türkmən də deyilmişdir.
Oğuz dastanında xalaclar haqqında belə rəvayət edilmişdir: Bir gün Oğuz xan ordusu ilə səfərə gedərkən,yol üstündə bir evlə rastlaşır.Bu evin divarları qızıldan,pəncərələri gümüşdən və tavanı dəmirdən idi.Evin qapısı bağlı idi.Oğuz xan yanındakılardan birinə “Qal,aç!” dedi. O zamandan bu adamın övladlarına qalaç, ya xalac deyildi.
“Divan-i lüğət-i türk” və “Hüdud əl-aləm” tarixində xalaclar haqqında məlumat vardır.Avropa şərqşünaslarından Markvart, Minorski və Smirnova da xalaclar barəsində qiymətli tədqiqatlar aparmış,bu nəticəyə gəlmişlər ki,xalaclar IV əsrdə tarix səhnəsinə zühur olmuşlar.
Tarixi baxımdan xalaclar üç yerdə toplu halda yaşamışlar: Balasağun ətrafı,Pənckənd (Beşbalık) və Ceyhun və Sind çayı arasında.
Çin qaynaqlarına və əfsanələrinə görə Balasağun ya Suyabda və Talasda eramızdan əvvəl də türklər yaşarmışlar.Çin və ərəb tarixçilərinin yazdıqlarına görə,qərbi türklər 581-658-ci illərdə, türkeşlər 658-766-cı illərdə,karluklar 766-900-cü illərdə,qaraxanlılar 850-1250-ci illərdə bu məntəqədə hakim olmuşlar.
982-ci ildə İbn Xordabeh tərəfindən yazılan “Hüdud əd-aləm”in yazdığına görə xalaclar Ceyhundan Qəznə səhralarına (Zabilistan) yaşayırmışlar.Yenə eyni mənbəyə görə,xalaclar və oğuzlar VII əsrin ortalarından Sistan, Aldavar (Davar) və Kabulda sakin olub,xalaclar Kabul və Qəznədə padşahlıq etmişlər və Kabul şahı ilə Qəznə şahı Rutbil qardaş idilər.
Hindistanda VIII əsrdən bəri Hinduquşdan Sind çayına qədər məntəqədə Türk şahlığı qurulmuş və cikkələrinin üzərində əski türklərin adətinə görə padşahın tacı üzərində qurd başı nəqş edilmişdir.Hind türk şahının damğası isə oxla yay idi.
VIII əsrdə Kabul şahı və Rutbil döyüş arabaları ilə hərb etmişlər.870-ci ildə xalaclar Qəznədə Yaqub Leşə məğlub olmuşlar.Səfərlərdən sonra Alp Tekin və Səbuk Təkin Qəznəni almışlar.
Hindistanda IX əsrin sonunda türk şahını Brəhmən vəziri həbs edib,onun yerinə oturdu və Hind şahlığını qurdu.1003-cü ildə Sultan Mahmud Hind şahını onun dövlətini yıxdı və Hindistanı aldı.Qəznə ordusu ilə Hindistana gedən xalqlar orada itqa əldə edib,mühüm kütlələr halında yerləşmişlər və sonradan qurilər sülaləsinə mənsub olan sultanların xidmətinə girmişlər.
Xalqlar qəznəvi sultan Məsud zamanında üsyan edib qəznəvi ordusunun səlcuqlara yenilməsinə səbəb oldular.Qurilər hökuməti Hindistanda 1003-cü ildə sultan Mahmud Xarəzmşah tərəfindən süqut etdi və xalac türkləri Xarəzmşaha tabe oldular və sultan Mahmuda monqollara savaşında yardım etdilər.
Cəlaləddin Xarəzmşah dövründə xalaclar Seyfəddin Oğrağın başçılığı ilə Qəznəyə gəldilər və Cəlaləddin ordusu ilə birlikdə monqollarla savaşıb,onları Pərvanda məğlub etdilər (1221).Bu savaşda sağ cinahın mühüm hissəsində karluklar,sol cinahda isə xalaclar yerləşmişdilər.Sonradan savaş qənimətləri üzündən aralarında ixtilaf çlxdığından Seyfəddin Oğrağ ordusu ilə Pişəvərə getmiş və üç ay sonra da monqol hücumu qarşısımda aradan getmişlər.
Xalaclar X əsrdə müsəlman oldular və ondan sonra Hindistanda Xalac hökumətini qurdular.Əvvəlcə Benqalda 1220-ci ildən-1290-cı ilə qədər. Və sonra Dehlidə 1290-cı ildən 1321-ci ilə qədər və sonra Dehlidə 1290-cı ildən1321-ci ilə qədər və son olaraq Milvada Hindistanın mərkəz ölkəsi 1436-cı ildən 1531-ci ilə qədər hakimlik etdilər.
Xalacların bir qismi Səlcuq orduları ilə bugünki İran ərazisinə və Anadoluya gəldilər. Belə nəzərə gəlir ki,İran xalaclarının əksəriyyəti monqolların hücum etdikləri zaman Əfqanıstan və Xorasandan İranın orta nahiyyələrinə mühacirət etmişlər.
Şərafəddin Yəzdinin yazdığı “Zəfərnanə”yə görə, XIV əsrdə əmir Teymur zamanında xalaclar Azərbaycanın Savə,Qum və Keşan ətrafında yaşayırdılar.
Savə ətrafı xalacların bir qismi sonradan Azərbaycanda Muğana köçmüşlər.bunların haqqında Mirzə Məhəmməd Sadiqin yazdığı “Tarixi kiti quşa”da (h.1198-ci il) bəhs edilmiş və bu kitab h.1317-ci ildə Tehranda Səid Nəfisi tərəfindən nəşr edilmişdir.
Bu gün İranda xalaclar Qum şəhərinin cənubunda,yəni Xalacistanda və İraq, Savə ətrafında əhalinin əsas kütləsini təşkil edərək yaşayırlar.
Məşhur tədqiqatçı Smirnnova Ceyhun, Daşkənd və Beşbalık bölgələrindən tapılan saxsı qablar arasında xalacların sikkələrini görmüş,bu sikkələr üzərində soqd əlifbası ilə (xalac-i urdu) xalac paytaxtı yazılmış və üç xalac padşahının təsviri həkk edilmişdir.
Smirnova “Təbəri tarixi” və Kasan (Muğ dağı) qalasında tapılan və Xalac padşahı Divastiç “Təbəri tarixi”nin yazdığına görə (h.104) 720-21-ci illərdə də ərəblərlə savaşmış və Xahənd qalası ətrafındakılarla birlikdə öldürülmüşdür.
Pənckənddə tapılan naxışların bir qismini Frunkin nəşr etmişdir. Bunlarda xalacların qiyafə,geyim və matəm mərasimləri təsvir edilmişdir.Bu naxışların bir qismi Xalac padşahlarının saray divarlarından əldə edilmişdir.Bunlar qrafik metod və realist üslubda çəkilmişdir.
Pənckəndin iki nömrəli məbədindən əldə edilən naxışların birində əzadarlıq mərasimi göstərilmişdir.Bu təsvir Siyavuşun ölümünə tutulan matəm mərasiminə aiddir ki,hər il Buxarada tutulardı. Bu mərasim Mahmud Kaşğarinin divanında Əfrasiyaba tutulan matəm mərasimi haqqında yazılanlarla eynidir.Bu tabloda əski Timurq hökmdarlarının adətlərində olduğu kimi, ölünün cəsədi günbəzli bir arabanın üstünə qoyulmuş və ətrafındakılar yarı lüt olaraq oturmuşlar və saçlarını yolub,üz və qulaqlarını kəsirlər.
Tabloda matəm tutan və məşəl yandıran,diz çökmüş məyus taclı qadın Siyavuşun xanımı və Əfrasiyabın qızıdır.
Bu tabloda iki qrup insan ağ və qırmızı dərili olaraq görünməkdədir. Belə nəzərə gəlir ki,rəng ayrılığı tayfa və ya təbəqə ayrılığını ifadə etmişdir.
I Dehli Xalac Sultanlığı (1290-1320)
Hindistanda mövcud olmuş türk dövlətinin tarixçəsində mühüm bir mərhələdir.Sülalənin əsasını türk mənşəli xalac boyundan olan Cəlaləddin Firuz Xalac qoymuşdur.I Xalac sülaləsi 1290-cı ildən 1320-ci ilədək Dehli Sultanlığında hökmranlıq etmiş türk xanədanıdır.
I Xalac sülaləsi
1.Cəlaləddin Firuz Şah 1290-1296.
2.Sultan Rüknəddin İbrahim şah 1296.
3.Sultan Əlaəddin Məhəmməd şah 1296-1316.
4.Sultan Şihabəddin Ömər şah 1316.
5.Sultan Qütbəddin Mübarək şah 1315-1320.
Cəlaləddin Firuz Şah Xalac (1290-1296): sülalənin banisidir.Məmlüklər (Qulamlar) sülaləsinin sonuncu hökmdarını devirərək 70 yaşında taxta çıxmışdır.Mülayim və bağışlayan siyasəti ilə tanınırdı.Qardaşı oğlu Əlaəddin tərəfindən sui-qəsdlə öldürülmüşdür.
Sultan Əlaəddin Məhəmməd şah Xalac (1296-1316): Sülalənin ən qüdrətli və məşhur hökmdarıdır.Onun dövründə sultanlıq həm hərbi,həm də iqtisadi cəhətdən zirvə nöqtəsinə çatmışdır.
Əlaəddin Məhəmməd Şah Xalacın Hərbi və İqtisadi islahatları.
1.Cənubi Hidistanın fəthi:Dehli sultanları içərisində ilk dəfə Xalaclar Dekan yaylasına və Hindistanın cənubuna uğurlu hərbi yürüşlər təşkil edərək bu bölgəni işğal etmiş və böyük qənimətlər ( o cümlədən məşhur Kuh-i Nur almazını) ələ keçirmişdir.
2.Monqol təhlükəsinin dəf edilməsi: Sülalə dövründə Hindistana ardıcıl və dağıdıcı monqol hücumları reallaşmış,lakin Əlaəddin Məhəmməd Şah Xalacın güclü hərbi taktikası sayəsində monqollar tamamilə darmadağın edilmişdir.
3.Torpaq və Maaş İslahatları: Feodal zəmindarların nüfuzunu qırmaq üçün torpaqlar dövlətin nəzarətinə götürülmüş və hərbçilərə torpaq əvəzinə xəzinədən nəğd pul şəklində maaş ödənməyə başlanmışdır.Torpaqların məhsuldarlığını artırmaq üçün kəndlilərə icarəyə verimişdir.
4.Qiymət və Bazar nəzarəti: Ordunun xərclərini tənzimləmək üçün paytaxt Dehlidə ərzaq,geyim və at bazarlarına ciddi dövlət nəzarəti qoyulmuş,vahid sabit qiymətlər tətbiq edilmişdir.Qiymətləri qaldıran və ya çəkidə aldadan tacirlər sərt şəkildə cəzalandırılardı.
Sülalənin Süqutu:Əlaəddin Məhəmməd Xalacın 1316-cı ildə vəfatından sonra saray daxilində çevrilişlər və taxt-tac mübarizəsi başlamışdır.1320-ci ildə Pəncab valisi Məlik (Qiyasəddin Tuğluq) Dehlini ələ keçirərək Xalaclar sülaləsinin hakimiyyətinə son qoymuş və Tuğluqoğulları sülaləsinin əsası qoyulmuşdur.
II Dehli Xalac Sultanlığı 1436-1531.
1436-cı ildən 1531-ci ilədək Malvada (Mərkəzi Hindistanda) hökmranlıq etmiş xalac boyu.Bu xalac boyundan və sülalədən ikinci xalac Dehli Sultanları çıxmışdı.Bu soydan biri,Mahmud xan Malvanın sonuncu Quri sultanı Məsud xanın vəziri idi.O,1436-cı ildə öz bacarıqsız hökmdarını devirib taxt –taca yiyələndi.Onun törəmələri uzun illər Mərkəzi Hindistanı idarə etdilər.
II Xalac sülaləsi
1.Mahmud şah Xalac 1436-1469.
2.Qiyas şah Xalac 1469-1500.
3.Nasir Şah Xalac 1500-1511.
4.II Mahmud Şah Xalac 1511-1531.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Oktyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri