İstanbul derbisində futbolçular arasında dava düşdü Video
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Superliqasının 9-cu turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” (2:1) matçından sonra futbolçular arasında dava düşüb.
QOL.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra hər iki komandanın üzvləri arasında gərginlik yaranıb.
Əvvəlcə “Qalatasaray”ın futbolçusu Roland Şallai ilə “Fənərbaxça”nın oyunçusu Kərəm Aktürkoğlu arasında mübahisə başlayıb. Davaya “Qalatasaray”ın məşqçilərindən biri də qarışıb. Daha sonra digər futbolçular da qarşıdurmaya qoşulublar.
Arçi Braunla Abdülkərim Bardakçı arasında da dava yaşanıb. Onlar bir-birini yerə yıxıblar. Digər futbolçular tərəfləri ayırmağa çalışıblar.
Nəticədə polis əməkdaşları meydana daxil olaraq davaya müdaxilə ediblər. Təxminən 3-4 dəqiqə davam edən qarşıdurma polisin müdaxiləsindən sonra başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Oktyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















