Icma.az
close
up
RU
Aida Kərimova Ukrayna güləşinin ulduzuna çevrilən Azərbaycan əsilli yeniyetmə VİDEO

Aida Kərimova Ukrayna güləşinin ulduzuna çevrilən Azərbaycan əsilli yeniyetmə VİDEO

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanəsilli ukraynalı idmançı Aida Kərimova qadın güləşi dünyasında sürətlə ən diqqətçəkən adlardan birinə çevrilir.

İdman.Biz xəbər verir ki, Donbasda doğulmuş, Toretsk şəhərində böyümüş və Sergey Bubkanın adını daşıyan Donetsk Olimpiya Ehtiyatları Ali Məktəbinin yetirməsi olan Aida 50 kq çəki dərəcəsində çıxış edir. Bu uzun illər Azərbaycan bayrağı altında çıxış edən ukraynalı Mariya Stadnikin parladığı çəki dərəcəsidir.

Aida Kərimova Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında bürünc medal qazanıb və bu turnirdə belə uğura imza atan ilk ukraynalı olub. O, yarımfinalda amerikalı Odri Ximenezə (5:2) məğlub olsa da, daha sonra bürünc medal uğrunda mübarizədə venesuelalı Noxalis Loyo Ximenezi (9:7) məğlub edərək fəxri kürsüdə yer alıb.

2024-cü ildə Kərimova Novi Sad şəhərində keçirilən Avropa çempionatının gənclər yarışında rəqiblərinə bir xal belə vermədən parlaq qələbə qazanıb. Finalda o, isveçrəli Svenya Yunqonu (7:0) inamla məğlub edib, bundan öncə isə rumıniyalı Nikoletta Bayanı və neytral statuslu rusiyalı idmançı Violetta Biryukovanı tuşla məğlubiyyətə uğradıb. Daha sonra, İspaniyanın Pontevedra şəhərində keçirilən gənclər arasında dünya çempionatında Aida hindistanlı idmançı Muskanı üstələyərək bürünc medal qazanıb.

Hələ 15 yaşında Kərimova 2019-cu ildə 43 kq çəki dərəcəsində Avropa çempionu adını qazanıb. Kərimova o zaman da özünəməxsus üslubunu - aqressiv texnikasını və görüşləri vaxtından əvvəl başa vurmaq bacarığını nümayiş etdirmişdi.

Azərbaycan diasporunun məlumatına görə, Aidanın atası Yevlaxdandır. Bəlkə də məhz bu ikili kimlik - Ukrayna məktəbi ilə Azərbaycan dözümlülüyü və temperamentinin sintezi onun güləşini xüsusi edir: dinamik, xarakterli və təsirli.

Avropa qızılından və dünya çempionatlarının bürünc medallarından sonra Aida Kərimova qadın güləşinin gənc nəsli arasında liderlər sırasında möhkəmlənib. 2025-ci ildə o, artıq sadəcə yüksələn ulduz deyil, Avropa və dünya çempionatlarında böyüklər arasında fəxri kürsüyə iddialı, real namizəddir. Kim bilir- bəlkə yaxın gələcəkdə Ukrayna və Azərbaycan güləşi bir daha birləşəcək, amma bu dəfə gənc və iddialı Aida Kərimovanın timsalında.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri