Icma.az
close
up
RU
AIIF 2025: Strateji tərəfdaşlıqlar və yeni iqtisadi fürsətlərdir

AIIF 2025: Strateji tərəfdaşlıqlar və yeni iqtisadi fürsətlərdir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkəmizi beynəlxalq investorların, dövlət rəsmilərinin və biznes liderlərinin tərəfdaşlıq mərkəzinə çevirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri, Lətif Zeynallı bildirib ki, “AIIF 2025” Azərbaycanın investisiya mühitinin beynəlxalq arenada daha da tanıdılması, yeni tərəfdaşlıqların qurulması və strateji layihələrin müzakirəsi baxımından əlamətdar bir platformadır.

Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində deyilir: “Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm”.

L.Zeynallı vurğulayıb ki, bu çağırış ölkəmizdə innovasiya və investisiya axınlarını canlandıraraq, dayanıqlı inkişafın və rifahın yeni mərhələsi üçün təməl yaradacaq.

““AIIF 2025” tədbirinin Azərbaycanın iqtisadi inkişafının dərinləşməsinə, investisiya mühitinin institusional dayanıqlığının güclənməsinə və qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə stimullaşdırılmasına əhəmiyyətli töhfə verməsi gözlənilir. Burada iştirakçılara yalnız yeni qlobal rəqabət paradiqmalarını öyrənmək imkanı deyil, həm də gələcəyin ticarət xəritəsini birlikdə çəkmək, strateji razılaşmalar imzalamaq və yeni əməkdaşlıqlar qurmaq şansı təqdim edilir. 2024-cü ildə qlobal birbaşa xarici investisiya (BXİ) axınları əvvəlki illə müqayisədə artım nümayiş etdirərək 4 faizlik yüksəlişlə 1,45 trilyon dollardan 1,51 trilyon dollara çatıb. Baxmayaraq ki, qlobal maliyyələşdirmə şəraiti sərtləşib və geosiyasi qeyri-müəyyənlik artıb, inkişaf etməkdə olan ölkələrə yönələn birbaşa xarici investisiya (BXİ) axınları sabit qalıb. Həmin axınlar 867 milyard dollar həcmində ölçülərək qlobal BXİ-nin 57 faizini təşkil edib və bu, regionların beynəlxalq investisiya cəlbediciliyini nümayiş etdirib.

Bundan başqa, 2024-cü ildə rəqəmsal iqtisadiyyat sektoru BXİ-nin ən dinamik seqmentlərindən biri olaraq qalmaqda davam edib. Xüsusilə rəqəmsal xidmətlər, platformalar və e-ticarət sahəsində layihələrin sayı 17 faiz artıb, ümumi layihə dəyərləri isə iki dəfə yüksəlib. Nümunə olaraq, “Microsoft” (ABŞ) Hindistanda bulud və süni intellekt infrastrukturunu gücləndirmək məqsədilə 3 milyard dollar, o cümlədən, “ByteDance” (Çin) növbəti beş il ərzində Tailandda məlumat mərkəzlərinin inkişaf etdirilməsi məqsədilə 8,8 milyard dollar həcmində strateji investisiya planını açıqlayıb. Bu təşəbbüslər regionda rəqəmsal infrastrukturun gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə İİTKM-nin şöbə müdiri qeyd edib.

L. Zeynallı bildirib ki, 2025-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyalar 3,2 milyard dolları ötərək ölkəmizin beynəlxalq investorlar üçün cəlbedici olduğunu bir daha sübut edir: “Eyni zamanda, Azərbaycanın xarici ölkələrdəki investisiyaları da 1 milyard 349 milyon dollar həcmində həyata keçirilib ki, bu da ölkəmizin qlobal iqtisadi proseslərdə fəal iştirakını və strateji mövqeyini göstərir. Bundan əlavə, ölkəmiz “greenfield” layihələr üzrə 1,5 milyard dollardan çox investisiya cəlb edib. “Moody’s Ratings” agentliyinin 2025-ci ildə Azərbaycan Respublikasının suveren kredit reytinqini investisiya səviyyəsinə (“Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə) yüksəldərək proqnozu “müsbət” saxlaması ölkəmizin regionda dayanıqlı iqtisadi mövqeyini və beynəlxalq investorlar üçün cəlbedici mühitini təsdiqləyir. Təsadüfi deyil ki, forum çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb”.

Lətif Zeynallı əlavə edib ki, ümumilikdə, “AIIF 2025” forumu Azərbaycanın investisiya potensialının beynəlxalq səviyyədə təqdim olunması və ölkənin qlobal iqtisadi əməkdaşlıq çərçivəsində strateji tərəfdaşlıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Forum çərçivəsində keçirilən plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, imzalanan müqavilələr və yaradılmış yeni iqtisadi əlaqələr Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, qeyri-neft sektorunun şaxələndirilməsinə və beynəlxalq investisiya mühitinin institusional dayanıqlığının güclənməsinə mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri