Icma.az
close
up
RU
“AIIF 2025” çərçivəsində saziş imzalandı Fotolar

“AIIF 2025” çərçivəsində saziş imzalandı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, müqaviləni “AzerGold” QSC-nin törəmə şirkəti DDF MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan Musin imzalayıb.

Qeyd edək ki, adıçəkilən şirkət Qazaxıstanın geniş şaxələndirilmiş investisiya portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin idarəetməsində olan müəsissələrdən biridir.

Yeni təsis edilmiş birgə müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə, yataqdaki filizlərin dəmir tərkibinin nisbətən aşağı olması (ortalama ~40%), filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur. Bu amillər isə, öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - > 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir.

Hazırda zənginləşdirmə və pellet istehsalı mərhələsi üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra, layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq.

Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun qurulmasını əhatə edir. Birgə müəsisə müqaviləsi çərçivəsində qurulacaq İBD zavodu Daşkəsən dəmir filizi layihəsinin əsas kapital yüklü seqmenti olmaqla ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları təşkil edir. Bu təşəbbüs məhz dövlət büdcəsinə düşən maliyyə yükünün azaldılması məqsədilə xarici sərmayə cəlb edilərək həyata keçirilir. Layihə çərçivəsində ÜDM-yə illik 694 milyon ABŞ dolları həcmində töhfə gözlənilir və təxminən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.

Daşkəsən dəmir filizi layihəsinin sadalanan dəyər zənciri üzrə bütün mərhələlərinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq, həm birbaşa, həm də dolayı təsirlər nəticəsində təxminən 4 000 iş yerinin yaradılmasına imkan verəcək. Mərhələli şəkildə həyata keçiriləcək proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin edilməsi ilə əməliyyatlara başlanıldıqdan sonrakı dövr üzrə ÜDM-yə təqribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri