Icma.az
close
up
RU
İlham Əliyev tarixi 2025 ci ilə yekun vurdu: Sülh, strateji tərəfdaşlıqlar və yeni imkanlar

İlham Əliyev tarixi 2025 ci ilə yekun vurdu: Sülh, strateji tərəfdaşlıqlar və yeni imkanlar

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə əldə edilmiş sosial-iqtisadi, siyasi-humanitar nailiyyətlərə, eyni zamanda, regionda və qlobal mühitdə baş verən geosiyasi reallıqlara düzgün və əhatəli qiymət verməklə dünyanın müasir mənzərəsinin təqdimatını çatdırdı.

Dövlət başçısının cari məsələlər, müxtəlif regionlarda müşahidə edilən fraqmentasiyalar, habelə təhlükəsizlik, gələcək inkişaf meylləri ilə bağlı uzaqgörən strateji yanaşması və dəqiq təhlilləri tək Azərbaycan ictimaiyyətində deyil, həm də dünya mediası üçün böyük maraq kəsb etmiş oldu. Müxtəlif ölkələrin nüfuzlu media orqanlarında həmin müsahibəyə geniş yer verilməsi onun dəyərli fikirlərinin hansı dərəcədə əhəmiyyət daşıdığını və dərin məzmununu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev, ilk növbədə, 2025-ci ildə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına diqqət çəkərək münaqişəyə siyasi nöqteyi-nəzərdən son qoyulduğunu, dayanıqlı sülh dövrünün başlandığını xatırlatdı. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbəsinin siyasi müstəvidə möhürü məhz erməni lobbisinin çox güclü olduğu ABŞ-də vuruldu.

Eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin gündəliyi də tamamilə yenidən yazıldı, Birləşmiş Ştatlar ilə strateji münasibətlərin inkişafını təmin edən tarixi sazişə imza atıldı. Xüsusilə də, dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinə zərər vuran “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişə ABŞ Prezidenti tərəfindən son qoyulması Bakı-Vaşinqton siyasi münasibətlərinin keyfiyyətini də büsbütün dəyişdi.

Əlbəttə, sözügedən düzəliş ölkəmizə qarşı böyük ədalətsizliyin nümunəsi olmaqla, eyni zamanda, ovaxtkı AXC-Müsavat hakimiyyətinin həyata keçirdiyi xarici siyasətin yarıtmazlığının, laqeyd yanaşmasının nəticəsi idi. Digər tərəfdən isə bu məntiqsiz qərarın qəbulunda canfəşanlıq edən keçmiş senator, daha sonra vitse-prezident və prezident vəzifələrində çalışan Co Baydenin Azərbaycana qarşı qərəzi və ermənipərəst mövqeyi dururdu. Bayden-Blinken administrasiyasının “səyləri” nəticəsində isə iki dövlət arasında münasibətlər arzuolunmaz, böhran vəziyyətinə çatmışdı. Halbuki Azərbaycan həmişə ABŞ ilə münasibətlərdə səmimi və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalmış, təhlükəsizlik və digər sahələrdə yaxından tərəfdaşlıq etmişdir.

2025-ci il avqustundan sonrakı beş ayda ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması istiqamətində aparılan fəal iş siyasi, iqtisadi, təhlükəsizlik və digər məsələlərdə faydalı əməkdaşlıq üçün möhkəm baza yaratmaqdadır.

Rəsmi Bakının yürütdüyü daxili və xarici siyasət, ölkəmizin bölgədə malik olduğu geostrateji mövqeyi və rolu, iqtisadi-nəqliyyat-logistika körpüsü olması və digər amillər bizi ABŞ-nin strateji tərəfdaşları sırasına daxil edilməsini şərtləndirən əsas amillər hesab oluna bilər.

İki dövlətin münasibətlərində başlanmış yeni dövr ikitərəfli inkişafa deyil, regional intibaha və rifaha töhfə verməklə, enerji, nəqliyyat, kommunikasiya arxitekturasını gücləndirir, Şərq-Qərb tranzitlərinin beynəlxalq ticarət icması üçün imkanlarını artırır.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılmasını təmin edəcək Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar da Azərbaycan və ABŞ liderlərinin güclü iradələrinin nəticəsidir. Şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılandan sonra bu kommunikasiya körpüsü bütün bölgənin həyat ritmini dəyişərək tərəfdaşlığın yeni formatlarını formalaşdırmış olacaq.

Dünyanın digər qlobal güclərindən hesab edilən Çin Xalq Respublikası ilə də Azərbaycan arasında münasibətlər 2025-ci ildə keyfiyyətcə daha yeni fazaya daxil oldu. Etibarlı dost ölkə, bərabərhüquqlu faydalı tərəfdaş olan Çinlə Azərbaycanı siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar bağlayır. Azərbaycan Prezidentinin ötən il Çinə dövlət səfəri zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat uğurlu diplomatiyanın təzahürü olmaqla Bakı-Pekin münasibətlərini bütün sahələrdə intensivləşdirərək əməkdaşlığın dərinləşməsinə dərin zəmin yaradıb.

İqtisadi mübadilənin həcmi daha da artaraq rekord həddə ‒ dörd milyard ABŞ dollarına çatıb, Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, ələlxüsus da bərpaolunan enerji mənbələrinə irihəcmli sərmayələr yatırılmaqdadır. Nəqliyyat sektorunda fəal əməkdaşlıq fonunda yükdaşımaların həcmi durmadan artır. Ölkəmiz Orta Dəhlizin mərkəzi nöqtəsi kimi Çindən Qərbə doğru və əksinə istiqamətlənən böyük iqtisadi-ticari potensialın axınları və tranzit daşımalarının strateji qovşağı kimi ötürücülük zəncirində öz imkanlarını daha da artırır, Xəzər-Mərkəzi Asiya-Şərq kommunikasiya bloku qurur.

Bütün bunlar Azərbaycan və Çinin vahid qlobal logistika təşəbbüskarlığının praktiki nəticəsi kimi Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirilməsini bərqərar edəcək, müasir “İpək Yolu”nun növbəti dayanacağı isə Zəngəzur dəhlizi olacaq. Cənab Prezidentin vurğuladığı kimi, Çin və Orta Asiya ölkələrindən gələn yüklər də Zəngəzur dəhlizi boyunca hərəkət edəcək və bu, Naxçıvan Muxtar Respublikası ilə əlaqəni təmin etməklə, həm də beynəlxalq nəqliyyat dəhlizini formalaşdıracaq.

Azərbaycan bölgədə mühüm aktor kimi qəbul edilir və öz geosiyasi imkanlarını nümayiş etdirərək beynəlxalq tərəfdaşları ilə əlaqələri dərinləşdirir, güclü əməkdaşlıq formatlarında yer alır. Ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi bu baxımdan mühüm hadisə olmaqla, dövlət başçımızın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər.

Habelə, dünyanın 30-a yaxın ölkəsi ilə, o cümlədən dördü müttəfiqlik münasibətləri olmaqla rəsmi strateji tərəfdaşlıq əlaqələri quran Azərbaycan enerji sahəsində səmərəli əməkdaşlıq qura bilib. Sadiq enerji tərəfdaşı olan Azərbaycan qaz ixracı coğrafiyasını hər il genişləndirir, hazırda 14 ölkəni qazla təchiz etməkdədir və bu il daha iki Avropa ölkəsi bu siyahıya əlavə olunmaqla, yanacaq nəql olunan ölkələrin sayı 16-ya çatacaq.

Azərbaycanın strateji məqsədlərə söykənən diplomatiyasının növbəti uğurlarından biri isə ötən il Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü seçilməsidir. Nadir hadisə sayıla biləcək bu nailiyyət coğrafi nöqteyi-nəzərdən ölkəmizi Mərkəzi Asiya ilə çoxtərəfli formatlarda birləşdirəcək. Beləliklə, coğrafi nöqteyi-nəzərdən qeyd edilən regiona açar və qapı rolunu oynayacaq yeganə etibarlı ölkə olan Azərbaycan mövcud geosiyasi mühitdə bölgənin canlı körpüsü statusu qazanmış olur.

Azərbaycan həm də Türk dünyasını birləşdirən qüvvədir, davamlı olaraq türk həmrəyliyi yönündə yeni proqramları reallaşdırır. Ötən il Qəbələdə  keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü çərçivəsində imzalanan Bəyannamə möhtəşəm siyasi hadisə kimi tarixə həkk olunmaqla, müasir geosiyasi çağırışlar fonunda TDT-nin siyasi və təhlükəsizlik platforması kimi rolunu möhkəmləndirməkdədir. Bu xüsusda Azərbaycan Prezidentinin TDT ölkələri ilə hərbi-müdafiə sahəsində əməkdaşlıq qurulmasına diqqət çəkməsi də mühüm mesaj kimi səciyyələndirilə bilər.

Artıq dünyada beynəlxalq hüququn zəiflədiyi, BMT-nin rudimentə çevrildiyi və güclü siyasi, hərbi və iqtisadi potensiala malik ölkələrin yeni reallıqlar yaratması fonunda türk dövlətlərinin, o cümlədən Azərbaycanın öz ordu quruculuğunu daha da möhkəmləndirməsi aktuallıq kəsb edir. Ölkəmizin bu addımları sözsüz ki, qətiyyən müharibə istəyi və niyyətinə söykənmir. Qlobal hərbi-siyasi mühit və dünyada geriçevrilməz reallıq kimi çıxış edən “Kim güclüdür, o da haqlıdır” prinsipinə əsaslanaraq rəsmi Bakı öz hərbi arxitekturasını daim hazırlıqlı və dayanıqlı saxlayır. Bu prizmadan yanaşdıqda, Azərbaycanın son iki il ərzində hərbi təyinatlı məhsul istehsalına geniş yer verməsi, müdafiə sənayesinə təkcə 2024‒2025-ci illərdə bir milyard manat dəyərində sərmayə yatırması da anlaşılandır. Bu, eyni zamanda, ixracın yeni xətti kimi dayanıqlı divident gətirən sahəyə çevrilir. Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunun da böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib. Eyni zamanda, bu gün Azərbaycanın dünyanın aparıcı müdafiə sənayesi zəncirinə qoşulması, 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac etməsi, xarici şirkətlərlə birgə rəqabətli müdafiə sənayesi sektoru qurması qürurverici hal hesab edilə bilər.

Azərbaycanın sarsılmaz gücünün digər atributu iqtisadi müstəqilliyimizin möhkəmlənməsidir. Prezident İlham Əliyev müsahibəsində 2025-ci ilin iqtisadi-sosial hesabatını da verərək ölkəmizin mövcud artım templərinin ümidverici və əlavə dəyər yaradan potensialların artmasına toxundu. Vurğulandığı kimi, dayanıqlı iqtisadi inkişafdan qaynaqlanan maliyyə potensialımız güclənməklə Azərbaycanın rekord maliyyə aktivlərinə sahib olmasına möhkəm bünövrə yaradıb, iqtisadi təhlükəsizlik yastığı hesab edilən strateji valyuta ehtiyatlarımız tarixi rekord həddi ‒ 84 milyard dolları ötüb.

Eyni zamanda, maliyyə qüdrətinin artması fonunda xarici borcumuz daha da aşağı düşərək ümumi daxili məhsulun 6,3 faizinə qədər azalıb. Strateji ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir. Bunun nəticəsidir ki, dünyanın aparıcı reytinq agentlikləri “Moody’s” və “Fitch” Azərbaycanın kredit reytinqini investisiya şkalasına yüksəldib, proqnozu sabitdən müsbətə doğru yeniləyib.

Uğurlu sosial dövlət modeli və artan maliyyə qüdrəti isə insanların sosial inkişafına xidmət edir. Son 20 ilin statistikası da göstərir ki, sosial model dövlət siyasətinin aparıcı xəttini təşkil edir və bu sosial təminat sayəsində təkcə minimum əməkhaqqı 40 dəfədən çox artıb. Son yeddi il ərzində icra edilmiş 5 sosial islahat paketi 8 milyard manat maliyyə tutumlu olmaqla, 4 milyon insanı əhatə edib. Eləcə də, özünüməşğulluq proqramları 100 mindən çox insanı əhatə edərək yoxsulluğun və işsizliyin azaldılmasına töhfə verir. Sosial siyasətin əsas diqqət mərkəzində dayanan şəhid ailələri və müharibə əlillərinə davamlı qayğı göstərilir, indiyə qədər onlara 16 min mənzil verilib. Bu və digər dəstək tədbirləri dünyada Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə olmadığını göstərir.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə aparılan struktur və institusional islahatlarının davam etdirildiyini, intizamlı və təmiz kadrların idarəçilikdə önə çəkiləcəyini xatırlatmaqla, Azərbaycanın müasir idarəetmə modelinə, insan kapitalı və texnoloji inkişafa əsaslanan cəmiyyət quruculuğunun daha geniş vüsət alacağının mesajını verdi. Bu o deməkdir ki, ölkəmizdə şəffaf və elmtutumlu, rəqəmsal rəqabətli yeni idaretmə kursu yeni mərhələyə daxil olur.

Ramid Namazov,

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri