Icma.az
close
up
RU
Ailə dəyərlərinin zəifləməsinin arxasında nələr durur?

Ailə dəyərlərinin zəifləməsinin arxasında nələr durur?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ailə cəmiyyətin təməlidir. Lakin son illərdə bu təməl zəifləməkdədir. Boşanmaların artması, ailə münasibətlərindəki soyuqluq, gənclərin ailə qurmaqdan çəkinməsi bu dəyişikliyin əlamətləridir.

Bəs ailə dəyərlərinin məhv olmasına nə səbəb olur?

Əvvəla, sosial media və texnologiya ailədaxili münasibətlərə mənfi təsir edir. Virtual aləmdə təqdim edilən “ideal həyat” gerçək münasibətlərə qarşı narazılıq yaradır. Bu, qarşılıqlı anlaşmanı zəiflədir, müqayisə və məyusluq doğurur. İqtisadi çətinliklər də ailələr üzərində təzyiq yaradır. Maddi gərginlik artdıqca, münasibətlərdə də gərginlik artır. Səbirlə yanaşma və güzəşt yerini qınağa və ittihama verir.

Bundan əlavə rol bölgüsünün dəyişməsi qadın və kişinin sosial və iqtisadi həyatdakı funksiyalarının qarışması bəzi hallarda ailədaxili konfliktlərə səbəb olur. Əgər bu dəyişikliklər qarşılıqlı anlaşma ilə tənzimlənmirsə, ailə birliyi zədələnir.

Fərdiyyətçiliyin güclənməsi də dəyərlərin aşınmasına yol açır. Müasir insan şəxsi azadlıq və rahatlığı ailədən üstün tutmağa başlayıb. Fədakarlıq və uzunmüddətli münasibətlərə sədaqət əvvəlki qədər önəm daşımır. Televiziya və sosial media məzmunları da ailə institutuna mənfi təsir göstərir. Normallaşdırılan xəyanət, zorakılıq və etibarsızlıq obrazları gənclərin ailəyə baxışını dəyişir.

Bundan əlavə, ailəyə dövlət və cəmiyyət dəstəyinin zəifliyi, psixoloji xidmətlərin və maarifləndirmənin azlığı da bu prosesi dərinləşdirir.

Ailə dəyərlərinin zəifləməsi texnologiya, iqtisadiyyat, mədəni dəyişikliklər və institusional dəstək çatışmazlığı ilə bağlı kompleks bir problemdir. Bu prosesi dayandırmaq üçün yalnız fərdi deyil, həm də ictimai səviyyədə tədbirlər görülməlidir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 İyul 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri