Icma.az
close
up
RU
Ailə dəyərli niyə bu qədər mühüm faktordur?: Millətin qoruyucusu, gələcəyin təməli...

Ailə dəyərli niyə bu qədər mühüm faktordur?: Millətin qoruyucusu, gələcəyin təməli...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Hazırda yüksək sürətlə dünyanı bürüyən qloballaşmanın ən böyük fəsadlarından biri milli-mənəvi dəyərlər sisteminə edilən dağıdıcı təsirdir".

Bu sözləri ailə dəyərlərinin qorunmasını şərtləndirən amillərə toxunan Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ailə həyatındakı neqativliklərin insan sağlamlığına, nüfuzuna, statusuna, işgüzar uğurlarına təsirinin qaçılmaz olması bir faktdır:

"İşgüzar həyatda layiqli yer tutmaq, karyera sahibi olmaq üçün illərlə hazırlaşma təbii və vacib hesab edilir. Məsələn, ali məktəblərə qəbul olmaqla əlaqəli hazırlaşma, peşə təcrübələri keçmə, sənət öyrənmə və s. Lakin ailə həyatına hazırlıq isə əksər hallarda diqqətdən kənarda qalır. Ailə həyatındakı neqativliklərin insana təsirlərini nəzərə alaraq, insan həyatı üçün bu qədər əhəmiyyət kəsb edən ailə həyatına hazırlıq məsələləri adi hala çevrilməli və təbii qəbul edilməlidir. Ailə həyatına psixoloji hazırlıq prosesi bir neçə istiqamətləri özündə birləşdirir. Bu istiqamətlərə cinsi tərbiyənin (cinsi tərbiyə - cinslərarası səmimiyyətə, məsuliyyətli ailəliyə və valideynliyə istiqamətlənmiş kişi və qadın şəxsiyyətinin formalaşdırılması prosesidir) sosial-siyasi və milli dəyərlərə uyğunluğu, fiziki və sosial yetkinliyin nikaha daxil olmaq üçün yetərli olması, ailə mədəniyyəti haqqında məlumatlılıq, ailə problemlərini həll edəcək intellektual səviyyənin olması və ailə qurmaq üçün motivasiyanın formalaşması daxildir".

Psixoloq vurğulayıb ki, ailə makrososial sistemin, ictimai dəyərlərin formalaşmasında mühüm rol oynayıb və oynamaqdadır. Ailə yetişməkdə olan yeni nəsil üçün münbit şərait rolunu oynayırsa, yetkin insanlar üçün yaşamaq-yaratmaq üçün stimul, həyati tələbatların ödənilməsini təmin edən maddi və mənəvi məkan rolunu oynayır:

"Mənəviyyatın formalaşmasında genetik əsaslar, sosial-mənəvi mühit nə qədər əhəmiyyətli rol oynasa da, ailə mühitinin başlıca rol oynaması danılmaz faktdır. Ailə mühitinin stabilliyi ailə dəyərlərinə riayət olunması səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Ailə dəyərləri - sağlam ailə mühitinin yaradılması və onun qorunub saxlanması üçün lazımlı, əhəmiyyətli hesab edilən məfhumlar toplusudur. Hər millətin özünəməxsus ailə dəyərləri mövcuddur". 

Lamiyə Qurbanova: Ailə dəyərləri milli-mənəvi dəyərlərdən qaynaqlanır və nəsildən-nəsilə ötürülür

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan ailəsinin əsas  dəyərlərinə evin kişisinə ailənin başçısı kimi hörmət etmək, ata və ana nəsihətinə qeyd-şərtsiz əməl etmək, atalıq və analıq nüfuzunu qorumaq, qardaş sözündən çıxmamaq, ana-bacı şərəfini qorumaq, nənə-baba (ağsaqqal-ağbirçək) hörmətini saxlamaq və onlara qayğı göstərmək, ailə üzvlərinin bir-birinə dəstək olması, ailənin nüfuzuna görə ailə üzvlərindən hər kəsin məsuliyyət daşıması, ailənin sirrini yaymamaq, ailə quracaq qıza cehiz vermək, ailə quracaq oğlanın ev almasına (və ya tikməsinə) kömək etmək, gənc ailəyə problemlərin həllində yardım etmək, oğul evləndirib, qız köçürməyi valideynlik borcu hesab etmək, yaşlı, əmək qabiliyyəti olmayan ata-anaya baxmanı övladlıq borcu hesab etmək, çətin günlərdə qohum-əqrəbaya əl tutmaq və milli bayramlarda qohum-əqrəbanı ziyarət etmək daxildir.

L.Qurbanova qeyd edib ki, milləti dünyada millət kimi tanıtdıran onun milli-mənəvi dəyərləridir. Ailə dəyərləri də milli-mənəvi dəyərlərin tərkib hissəsidir:

"Ailə dəyərləri milli-mənəvi dəyərlərdən qaynaqlanır və nəsildən-nəsilə ötürülür. Milli adət-ənənələrin, dəyərlərin qorunub saxlanması və fərdlərə ötürülməsi yalnız sağlam ailə vasitəsilə həyata keçirilə bilər. Bütün millətlərin ailə dəyərlərini bir-birilə birləşdirən əsas məqam isə cəmiyyət üçün yararlı, faydalı, ali amallar və idealların reallaşması naminə fəaliyyət göstərən insanlar yetişdirməkdir. Çünki dünya yalnız belələrinin fəaliyyəti sayəsində xilas olacaq".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri