Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Ailə institutu niyə sıradan çıxır? Səbəblər və çıxış yolları

Ailə institutu niyə sıradan çıxır? Səbəblər və çıxış yolları

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Əgər kasıb ailədə doğulmusansa, bu sənin səhvin deyil, qayınatan kasıbdırsa, bu sənin səhvindir. Bu və buna bənzər düşüncə sahibləri, nə yazıq ki, gəncliyə ailənin müqəddəsliyini təlqin etmir, əksinə ona ailənin məqsəd üçün yalnız bir vasitə olması fikrini aşılayır".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov ailə institutunun sıradan çıxması səbəblərindən danışakən deyib. 

Sosioloqun sözlərinə görə, dünyanı idarə etmək iddiasında olan dərin güclərin və strateji beyin mərkəzlərinin masasında planetimizin yaxın və uzaq gələcəkdə planlaşdırılan demoqrafik, iqtisadi, sosial və siyasi xəritəsi hazırlanır və daim yenilənir:

"Bu mərkəzlər dünyamızın bütün parametrlərdə öz idarəetmə və biznes maraqlarına uyğun olan yeni nizamını, yeni arxitekturasını qurmağı hədəfləyir və bunun üçün bütün etnik-mədəni, sosial-siyasi arenalarda öncə müvafiq toplumların ictimai şüurunu işğal etməyə çalışırlar. Biz bu prosesin mahiyyətindən çıxış edərək onu neoimperializm və ya neomüstəmləkəçilik adlandıra bilərik. Ancaq bu prosesin necə adlandırılmasından asılı olmayaraq, çağımızda Azərbaycan toplumu da bütövlükdə bu işğalın hədəfindədir. Təbii ki, ona ölümcül zərbə vurulacağını dərk edən bir insan bu zərbədən yayınmağa və ya qorunmağa can atmırsa, azından özünümüdafiə tədbiri görmürsə, belə düşünmək olar ki, o, şüurlu şəkildə bu zərbənin qurbanı olmaq yolunu seçib və öz məhvi ilə barışıb".

Sosioloq bildirib ki, bu tipli işğalların ilk və başlıca hədəfi hər bir toplumun monolitliyini, mübarizliyini, identikliyini, diriliyini və bütövlükdə onun varlığını qoruyub saxlayan mənəvi dəyərləri, milli idealları və soisal-ideoloji institutlarıdır:

"Əgər hansısa toplumda sadaladığımız bu sistemin zərərli xarici həmlələrdən uğurlu müdafiə mexanizmi yoxdursa, həmin toplum da eynən asan və rahat qurbanlığa çevirilmək riski ilə üz-üzə qalır. Bu gün Azərbaycan cəmiyyətinin sosial-mədəni, mənəvi-ideoloji sferasında tüğyan edən, yaxud tipik hal alan hər bir probleminə bu kontekstdən yanaşmaq, zənnimcə, daha məntiqlidir. Biz uzun illərdir milli olanlara biganəlik, xarici olanlara vurğunluq şüurunu topluma özümüz sırıyırıq. Qərb standartlarından danışanda ağzımız köpüklənir, milli dəyərlərdən danışanda sifətimiz turşuyur. Və bu düşüncə qəlibi bizi hiss etdirmədən uçurumun qaşına gətirib çıxarıb. Biz milli identiklik, milli kimlik kontekstində uçurumun başında olduğumuzu dərk etməsək, xilas olmağımız yalnız Allaha qalır. Bu həqiqəti bir el çobanından tutmuş, bir dövlət nazirinədək hər kəs, cəmiyyətin bütün sosial zümrələri cəmi aydınlığı ilə dərk etməsə, bu bəla asanlıqla metastaz verib, toplumumuzun bütün orqanizmini sara bilər".


Asif Bayramov hesab edir ki, günümüzdə sosial-mənəvi sferada Azərbaycan toplumunun ən fundamental problemlərindən biri ideloji ətalət və ideya yoxsulluğudur:

"Belə ki, istər Qərbdən, istər qonşu İrandan, istərsə digər maraqlı aktorlardan Azərbaycan ictimai şüuruna böyük sürətlə həmlə edən təhlükəli düşüncə qəlibi, burada ictimai şüuru fəth etmək üçün ciddi bir ideoloji maneə ilə üzləşmir. Digər tərəfdən, bu şüurun Azərbaycanda cücərməsi və bar verməsi üçün özümüz müvafiq mənəvi, sosial və hətta, bəzən hüquqi baxımdan münbit zəmin yaradırıq".

Sosioloq əlavə edib ki, Qərb toplumundan gələn postmodern şüur çağdaş gəncliyin davranışlarında və həyat ideallarının seçilməsində xüsusi təsir gücünə malikdir: 

"Belə ki, hər bir gənc daha sürətlə karyera qurmaq, daha sürətlə varlanmaq, şöhrət pillələri ilə daha sürətlə qalxmaq yollarını arayır və istər sosial əxlaqda, istərsə də qanunvericilikdə olan imkanlardan və boşluqlardan sürətlə öz xeyrinə yararlanmağa can atır. Bu fürsətlərdən biri boşanma prosesini tənzimləyən qanunvericilikdə milli reallığın sonacan nəzərə alınmayan aspektləridir. Günümüzdə tipik olan bir misal deyək: boşanma zamanı uşaqların anaya verilməsi və atanın inzibati qaydada aliment verməyə məcbur edilməsi, təbii ki, ənənəvi bir hüquqi modeldir və əsasən qadınların hüquqlarının müdafiəsini nəzərdə tutur. Ədalət prinsipindən yanaşsaq, bu, kişilərin ailə institunun dağılmasına yönəlmiş meyllərini cilovlamaq üçün faydalıdır. Ancaq bu prinsip həm də fürsətcil qadınlar üçün hüquqi fürsət yaradır və həmin psixoloji tiplər bu fürsətdən məharətlə yaralanırlar. Belə sosial-psixoloji tiplər, təbii ki, ailəyə məqsəd deyil, vasitə kimi baxır və evlənərkən bu mülahizələrinə uyğun partnyor axtarışında olurlar. Yəni onlar məqsədli olaraq öz torlarına zəngin oğlanları salır, onun maddi imkanlarını öz perspektiv sərbəst həyatlarının girovuna çevirirlər".

Asif Bayramov təklif edib ki, müvafiq hüquq sistemi cəmiyyətin ictimai şüurunda baş verən dəyişikliklərə çevik reaksiya verməli və tənzimləmə mexanizmini müdam təkmilləşdirməli, vaxtında müvafiq islahatlar aparılmalıdır:

"Bu gün Azərbaycan gəncliyi içərisində geniş təbliğ olunan və onun ailə institunu uçuruma aparan yetərincə düşüncə qəlibləri yayılıb. Misal üçün, gənc oğlanlar arasında belə bir düşüncə qəlibi çox populyardır: əgər kasıb ailədə doğulubsansa, bu sənin səhvin deyil, qayınatan kasıbdırsa, bu sənin səhvindir. Bu və buna bənzər düşüncə sahibləri, nə yazıq ki, gəncliyə ailənin müqəddəsliyini təlqin etmir, əksinə ona ailənin məqsəd üçün yalnız bir vasitə olması fikrini aşılayır. Beləliklə, ailənin könülləri öz odu ilə isidən ocağa dönmək, ocağa çevirilmək kimi toxunulmaz missiyası bu gün təhlükə qarşısındadır və bizim hər birimizdən xilasını umur, nicatını gözləyir".

Asif Bayramovun fikirincə, Azərbaycan cəmiyyətini bu faciədən xilas etmək üçün müvafiq məsələlərə məsul olan hər bir dövlət qurumu bu problemlərin həlli ilə bağlı mütləq şəkildə elmi konsepsiyaya və onun praktiki tətbiqi müxanizminə malik olmalı, təcili olaraq bu konsepsiyanın həyata keçirilməsini təmin etməlidir. 

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri