Icma.az
close
up
RU
“Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, Azərbaycan Mətbuat Şurası, “Yeni Azərbaycan” qəzeti və digər media qurumlarının təşkilatçılığı ilə keçirilib.

Panel sessiyaya BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov moderatorluq edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, mətbuat cəmiyyətin aynasıdır və onun əsas vəzifəsi reallıqları dürüst şəkildə əks etdirmək, eyni zamanda, gələcək inkişaf istiqamətlərinə işıq salmaqdır: “Bu güzgü həm aydın, həm də dürüst olmalıdır. O, cəmiyyəti olduğu kimi göstərməklə yanaşı, onun gələcəyini hansı istiqamətdə görmək istədiyini də əks etdirməlidir”.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün güclü və ədalətli bir dövlətə çevrilib və bu şəraitdə milli mətbuatın rolu daha da artıb.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, ailə, qadın və uşaq məsələləri həm ictimai, həm də mənəvi baxımdan cəmiyyətin əsas dayaqlarıdır: “Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial fəallığının artırılması və uşaqların sağlam mənəvi mühitdə böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.

O bildirib ki, medianın bu sahədə rolu əvəzsizdir və yeni media layihələri, maarifləndirici və təbliğat xarakterli materiallar vasitəsilə cəmiyyətdə ailə dəyərlərinin təbliği gücləndirilməlidir.

Sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirin əhəmiyyətindən bəhs edərək mövzunun bugünkü aktuallığından söhbət açıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev diqqətə çatdırıb ki, ailə və uşaq mövzuları media üçün sosial məsuliyyət tələb edən sahələrdəndir. O vurğulayıb ki, jurnalistika fakültəsi olaraq gənc jurnalistlərin etik dəyərlər, obyektivlik və empatiya prinsipləri üzərində yetişdirilməsi əsas hədəflərdəndir.

Konfransda çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının rektoru Almaz Mahmud qeyd edib ki, müasir dövrdə sosial media jurnalistikasında dəqiqlik və məsuliyyət məsələləri ön plana çıxır: “Xüsusilə ailə və uşaq kimi həssas mövzularda etik standartlara əməl olunması son dərəcə vacibdir. Jurnalist hadisəni sensasiyaya çevirməməli, empatik və insanyönümlü yanaşma nümayiş etdirməlidir”.

Konfrans çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, müsabiqə münsiflər heyətinin üzvü Sevinc Əliyeva çıxış edərək, media təmsilçilərini təbrik edib və onların cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, qaliblər sırasında AZƏRTAC-ın da əməkdaşları var.

Tədbir çərçivəsində, həmçinin “1911-1912-ci illərdə nəşr olunan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusu”nun təqdimat mərasimi keçirilib. Təqdimatı “İşıq” jurnalının baş redaktor müavini, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov təqdim ediblər. “İşıq” qəzetinin təqdimatı çərçivəsində Azərbaycanda ilk qadın mətbuatının tarixi və müasir dövrdəki davamlılığı barədə məlumat verilib.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın yekun nitqi ilə başa çatıb.

Panel iştirakçıları bir daha qeyd ediblər ki, ailə, qadın və uşaq məsələlərinin mediada düzgün, etik və məsuliyyətli şəkildə işıqlandırılması cəmiyyətin mənəvi dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri