Icma.az
close
up
RU
Ailə dəyərlərinin transformasiyası: Qloballaşma fonunda çağırışlar

Ailə dəyərlərinin transformasiyası: Qloballaşma fonunda çağırışlar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 aprel, Tərgül Babayeva, AZƏRTAC

XXI əsrin mühüm xüsusiyyətlərindən biri olan qloballaşma, yalnız iqtisadi və texnoloji sahələrdə deyil, sosial institutlarda da dərin dəyişikliklərə səbəb olub. Bu dəyişikliklərdən ən çox təsirlənən strukturlardan biri də ailə institutudur. İnformasiya cəmiyyətinə keçid, fərdiyyətçiliyin artması, texnologiyanın gündəlik həyata inteqrasiyası və sosial münasibətlərdəki çevrilmələr bir çox ölkələrdə ənənəvi ailə modelini sarsıdıb. Lakin bu prosesin təsiri hər ölkədə eyni olmayıb. Azərbaycan, həm müasir çağırışlara cavab verə bilən, həm də milli dəyərləri qorumağı bacaran unikal bir ailə modeli ilə seçilir.

AZƏRTAC bu məqalədə qloballaşma dövründə ailə institutunda baş verən dəyişiklikləri, dünya təcrübəsində müşahidə olunan tendensiyaları, Azərbaycanın ailə siyasətini və milli dəyərlərə əsaslanan uğurlu modelini təhlil edir.

Qloballaşma və ailə institutunda əsas dəyişikliklər

Qloballaşma ilə müşayiət olunan dəyişikliklər ailə anlayışının mahiyyətinə birbaşa təsir edib. İnkişaf etmiş ölkələrdə fərdiyyətçiliyin artması və maddi rifahın əsas məqsəd kimi qəbul edilməsi, ailənin emosional və sosial funksiyalarını ikinci plana keçirib. Dünyanın bir çox ölkəsində ailə institutunun sabitliyi zəifləyib. Ailədaxili ünsiyyətin yerini sosial şəbəkələr və virtual münasibətlər alıb, nəticədə insanlar arasındakı emosional bağlar zəifləyib. Bir çox ölkələrdə ənənəvi ailə modelləri artıq aktuallığını itirib.

Bu dəyişikliklər ailə funksiyalarının, – sosiallaşma, psixoloji dəstək, maddi təminat və mənəvi dayaq, – zəifləməsinə gətirib çıxarır. Nəticədə, sosial təcrid, psixoloji problemlər və ailədaxili zorakılıq halları artır. Tədqiqatlar göstərir ki, dağılmış ailələrdə böyüyən uşaqlar arasında psixoloji gərginlik, emosional qeyri-sabitlik, aqressiv davranışlar və cəmiyyətə inteqrasiyada çətinliklər daha çox müşahidə olunur.

Azərbaycanın ailə modeli: Dövlət siyasəti və milli dəyərlərin sintezi

Azərbaycan ailəyə yalnız hüquqi birlik kimi deyil, milli-mənəvi institut kimi yanaşır. Azərbaycanda ailə rifahının gücləndirilməsi istiqamətində geniş sosial islahatlar həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlar birgə şəkildə ailənin müdafiəsi, qadın hüquqları, erkən nikahların qarşısının alınması və gender bərabərliyi sahəsində məqsədyönlü proqramlar həyata keçirirlər.

Qadınların iqtisadi fəallığının artırılması, ailədaxili zorakılığın qarşısının alınması üçün məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi və regionlarda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri əhalinin ailə dəyərlərinə daha məsuliyyətli yanaşmasını təmin edir. Bütün bunlar Azərbaycanın ailə siyasətinin yalnız qoruyucu deyil, eyni zamanda, inkişaf etdirici bir mahiyyət daşıdığını göstərir.

Modernləşmə və ailə dəyərlərinin harmoniyası

Müasir dünyada ənənəvi ilə yeni dəyərlər arasında düzgün tarazlıq tapmaq hər bir ölkənin sosial siyasəti üçün əsas çağırışdır. Azərbaycan isə bu balansı saxlamağı bacaran nadir ölkələrdəndir. Azərbaycan cəmiyyəti müasirləşmə ilə milli dəyərlərin harmoniyasını qorumağı bacarıb. Gənc nəslin təhsilə, peşəkar inkişaf və karyeraya yönəlməsi ailə institutuna sədaqətlə ziddiyyət təşkil etmir. Əksinə, bu, ailə münasibətlərini daha şüurlu və tərəfdaşlığa əsaslanan modelə çevirir.

Xüsusilə qadınların həm ailə, həm də ictimai həyatda rolunun artması müasir ailə modelində yeni bir harmoniya yaradıb. Artıq gənc qadınlar yalnız evdə deyil, iş dünyasında, elm və siyasət sahələrində də aktiv iştirak edir və bu zaman ailə dəyərlərindən uzaqlaşmır. Dövlət tərəfindən təqdim olunan analıq məzuniyyətləri, uşaq bağçalarının əlçatan olması və qadın sahibkarlığına göstərilən dəstək onların bu iki sahədə, – ailə və ictimai həyat, – paralel uğur qazanmasını təmin edir.

Azərbaycanın uğur modeli onun milli-mənəvi dəyərlərə söykənərək qloballaşmanın neqativ təsirlərindən qorunmaq strategiyasına əsaslanır. Ailə yalnız bir sosial qurum deyil, həm də xalqın genetik yaddaşı, milli kimliyinin daşıyıcısıdır. Bu səbəbdən Azərbaycan ailəsi təkcə hüquqi çərçivədə qorunmur, eyni zamanda, mədəniyyət, ədəbiyyat, incəsənət və təhsil vasitəsilə təbliğ olunur.

Azərbaycan ailəsi – həm tariximizin mirası, həm bu günümüzün dayağı, həm də gələcəyimizin təminatıdır. Qloballaşmanın yaratdığı çağırışlar qarşısında Azərbaycan ailə institutunu sadəcə qorumaqla kifayətlənmir, eyni zamanda, onu zamanın tələblərinə uyğun şəkildə modernləşdirir. Bu model ailə dəyərlərinin zəifləməsi ilə mübarizədə region ölkələrinə nümunə ola bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri