Icma.az
close
up
RU
Ailələr xoşbəxt bloggerlərin paylaşımlarına baxıb, boşanırlar

Ailələr xoşbəxt bloggerlərin paylaşımlarına baxıb, boşanırlar

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrdəki təkcə mənfi xarakterli deyil, eləcə də “müsbət” görünüşlü paylaşımlar bəzi münasibətlərə - valideyn-övlad, ər-arvad, təsir edir. Psixoloqların qadın və kişi üzərinə qoyduğu tələblər, “xoşbəxt ailə modeli” yaşayan cütlüklərin rəngarəng paylaşımları, reallıqdan uzaq həyatlar bir müddət sonra onları izləyənləri depressiyaya salır, daxili çöküş yaradır.

Həkim-psixoterapevt Elmir Əkbər Lent.az-a açıqlamasında bildirib ki, ailələrin dağılmasının birinci səbəbi “psixoloq” adı altında neqativ mesajlar ötürən şəxslərdir:

“Azərbaycanda təəssüf ki, sosial şəbəkələrin hər şeyə, xüsusən də ailə modelinə, gənclərə, yeniyetmə və uşaqlara mənfi təsiri var. Dələduzlar, əxlaqsızlar Rusiyada, Ukraynada, Türkiyədə, Gürcüstanda bir kağız alaraq adlarını “psixoloq”, “psixoterapevt” qoyub sosial şəbəkələrdə neqativ mesajlar ötürürlər. Ailələrin dağılmasının birinci səbəbi də məhz budur. Həmin “psixoloq”ların dediklərini dinləyən gənc qızlar, oğlanlar valideynlərdən, bir-birlərindən heç bir əsası olmadan elə şeylər tələb edirlər ki, onlar olmadıqda ya boşanırlar, ya da evdən qaçırlar.

Məsələ tək bu “psixoloq”larla da yekunlaşmır. Sosial şəbəkələrdəki “xoşbəxt” cütlüklər çiçəkləri, buketləri, hədiyyələri reklam edərək “düzgün ailə”lərin belə olduğunu aşılayırlar. Bunu görən zəhmətkeş insanlar isə həyatdan bezirlər. Elə düşünürlər ki, onlar xoşbəxt deyillər, xoşbəxtlik yalnızca hədiyyələrdədir. Sosial verilişlərə çıxan insanlara fikir versəniz onlar da, “biz xoşbəxt olmaq istəyirik”, deyərək çox destruktiv seçimlər edirlər.

Dırnaqarası ər-arvadlar xoşbəxt ailə modellərini serial formasında çəkib paylaşırlar. Çox zaman bu paylaşımlarda Azərbaycan mentaliletinə, namusuna və qeyrətinə sığmayan hərəkətlər yer alır. Xoşbəxtliyin bu cür düşüklükdə olduğunu görən şəxslərin isə daxillərində də təbii olaraq üsyan yaranır. Bəziləri buna görə boşanır, bəziləri kənddən şəhərə məhz xoşbəxtlik əldə etmək düşüncəsi ilə gəlir. Amma onların heç biri bilmir ki, instaqramın, feysbukun arxasında bir çox hallarda tamamilə saxtakar, qurulma münasibətlər durur. Bəzən bunların üstü açılır, hər kəsə bəlli olur. Xoşbəxt ailə olduqlarını sübut eləməyə çalışan ər-arvadların zaman keçdikcə savaşları, xəyanətləri, oyunları məhz sosial şəbəkədə ifşa olunur. Hər kəsə təəccüblü gəlir ki, axı bunlar xoşbəxt idilər, axı bir-birlərini hədiyyəyə boğurdular, indi necə belə oldu? Azərbaycan ailələrini məhv edən əsas səbəblərdən biri bu cür saxtakarlıqlar və maskalı münasibətlərdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri