Azərbaycanı gözləyən təhlükə: Ailələr...
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib. Bu ilin ilk 8 ayında Azərbaycanda 26 min 485 nikah və 13 min 278 boşanma qeydə alınıb. Boşanmaların sayı nikahların sayının 50,1 faizini təşkil edib. Yəni qeydə alınan hər 100 nikaha qarşılıq təxminən 50 boşanma olub. Ötən ilin eyni dövründə isə 31 min 403 nikah və 13 min 869 boşanma qeydə alınmışdı. Açıqlanan rəqəmlər göstərir ki, boşanmaların sayı ötən illə müqayisədə ciddi dəyişməsə də, nikahların sayı azalıb.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan sosioloq Mail Yaqub bildirib ki, hər bir ölkənin əhali sayı onun üçün mühüm əhəmiyyət kəsb edən məsələdir:
“Bu statistikada ən çox diqqət çəkən məqam nikahların sayının azalmasıdır. İki acı tendensiya və iki acı fakt var. Boşanmaların sayının çoxalması və nikahların sayının azalması. Hər ikisi Azərbaycanın demoqrafik problemlərini çoxaldan faktdır (hər ikisi). Nikahların sayı azalır, deməli, doğum tempi də azalır. Boşanmaların sayı çoxalır, deməli, doğum tempi də azalır. Yəni artım tempi Azərbaycanda azala-azala gedir. Bu, çox pis xəbərdir. Çünki əhalinin sayının azalması Azərbaycanın siyasi və təhlükəsizliyinə ziyandır. Təhlükəsizlik baxımından və siyasi baxımından Azərbaycanın ziyanına işləyən bir şeydir. Tək Azərbaycanın yox, ümumiyyətlə, hər bir ölkənin əhali sayı onun üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. İndi nə etməli? İki vacib addım atılmalıdır”.
Sosioloq əlavə edib ki, gənclərin rahat ailə qura bilməsi üçün ev problemi həll olunmalıdır: pizza sifarişi
“Nikahların sayının azalmasının obyektiv səbəbi nədir? Obyektiv, yəni insanlardan, insanların baxışından asılı olmayan səbəbi. Birincisi: gənclərin evlərinin olmaması (ev problemi). Bir gəncin ev problemi varsa, o, necə ailə qursun? Birinci səbəb odur. İkinci səbəb: gənclərin iş problemi. Əgər iş problemi varsa, o, necə ailə qursun? Ailə qurmaq çətindir. Üçüncüsü: boşanmaların sayının çox olması gəncləri addım atmağa, ailə qurmağa sanki həvəsdən salır.Və başqa bir məqam, bax, bu üç əsas obyektiv fakt aradan qalxmalıdır: işsizlik, iqtisadi imkanlar genişlənməlidir, kiçik və orta sahibkarlıq inkişaf etməlidir Azərbaycanda. Şərait yaratmalıdır ki, iş yerləri çoxalsın, əməkhaqqı çoxalsın ki, gənclər rahat ailə qura bilsinlər. Ev problemi həll olunmalıdır ki, gənclər rahat ailə qura bilsinlər”.
M.Yaqub vurğulayıb ki, ziyalılar bu mövzuda sərt mövqe ifadə etməlidir:
“Amma subyektiv səbəblər də var burada. Nədir subyektiv səbəblər? Ola bilər bir gəncin ev problemi yoxdur, maddi problemi yoxdur, amma yenə də ailə qurmur. Bax, burada ikinci addım atılmalıdır: təbliğat, təşviqat, ailənin dəyəri haqqında geniş təbliğat. Ziyalılar bu barədə danışmalıdır. Ziyalı ona-buna söz atmaqla məşğul olmamalıdır, ona-buna sataşmaqla məşğul olmamalıdır. Ziyalı bu vacib mövzularda danışmalıdır — bu vacib mövzularda. Bax, bu iki istiqamətdə də iş aparılmalıdır. Yoxsa, iş aparılmasa — obyektiv və subyektiv səbəbləri dedim — iş aparılmasa, bu tendensiya davam eləyəcək və nəticədə bizim əhalimizin yavaş-yavaş azalmasına gətirib çıxaracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 28 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















