Ailəm haqqında şayiələr yaymışdı, mən də vurdum
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Şəmkirdə qohumlar arasında yaranan mübahisə qanla bitib. Kəndlərdən birində baş verən hadisə zamanı əmioğlanları əlbəyaxa olub.
Demokrat.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Əli sərxoş vəziyyətdə əmisi oğlu Əbdülün həyətindəki köməkçi tikiliyə gəlib. Tərəflər arasında şəxsi münasibətlər zəminində qızğın mübahisə düşüb.
Qarşıdurma zamanı Əli bıçağa əl ataraq Əbdülün bədəninin müxtəlif nahiyələrinə üç dəfə zərbə endirib. Hadisədən sonra təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Əli əmisi oğlunu ailə məsələlərinə görə vurduğunu bildirib:
"Aramızda əvvəldən problem var idi. Hadisə günü hər ikimiz içkili idik. Əbdül ailəm haqqında bəzi sözlər danışdı, mənə xəyanət iddialarından söz açdı. Gücüm çatmadığı üçün onu bıçaqla vurdum. Əməlimdən peşmanam, onunla artıq barışmışıq".
Zərərçəkmiş Əbdül isə ifadəsində əmioğlusunun ittihamlarını rədd edib və qəfildən hücuma məruz qaldığını söyləyib:
"Toydan gəlib evdə yatmışdım, başım ağrıdığı üçün işə getməmişdim. Əli evə gələrək məni qəfildən bıçaqladı. Onun ailəsi ilə heç vaxt maraqlanmamışam. Məni nə səbəbə vurduğunu tam anlamadım".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Haqqında şayiələr yayılan Xamenei ilk dəfə görüntüləndi VİDEO
06 Aprel 2026 00:37
“...Ölümümlə bağlı şayiələr şişirdilib”
05 İyun 2026 09:20
Kurtua şayiələr barədə danışdı
21 Oktyabr 2026 20:53
Arda Güler haqqında şayiələr zirvəyə qalxdı, Xabi Alonso hiddətləndi
03 Dekabr 2025 14:21
Bəy tərəfi cürbəcür şayiələr buraxır
11 Dekabr 2024 11:16
Baxış sayı:167
Bu xəbər 20 May 2026 12:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları