Ailəsi ilə şəlaləyə gedən yeniyetmə faciəvi şəkildə öldü
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyədə yeniyetmə şəlalədə faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun, Yəhyalı qəsəbəsində baş verib.
Məlumata görə, ailəsi ilə birlikdə rayon ərazisində yerləşən Kapuzbaşı şəlalələrinə gedən 14 yaşlı Ela Nur Ç. Cənub Şəlaləsində tarazlığını itirərək suya düşüb. Güclü axın onu aparıb və yeniyetmə qısa müddət sonra gözdən itib. Hadisə barədə məlumat daxil olduqdan sonra ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Xilasedicilərin apardığı axtarışlar nəticəsində Ela Nur Ç.-nin meyiti hadisə yerindən təxminən 1 kilometr aralıda, Zamantı çayında tapılıb. Yeniyetmənin meyiti məhkəmə-tibbi ekspertizası üçün xəstəxananın morquna aparılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Avqust 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















