“Arsenal” qışda yeni hücumçu transfer edə bilər Romano planları açıqladı
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Londonun “Arsenal” klubu qış transfer pəncərəsində hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər.
İdman.Biz xəbər verir ki, tanınmış insayder Fabrizio Romano bu barədə özünün YouTube kanalında danışıb.
Onun sözlərinə görə, London təmsilçisi transfer bazarındakı vəziyyəti izləyəcək və yalnız uyğun fürsət yaranacağı təqdirdə hərəkətə keçəcək.
“Düşünürəm ki, “Arsenal” vəziyyətə uyğun davranacaq. Bilirik ki, qış transfer pəncərəsində futbolçu almaq asan deyil. Son dörd-beş ildə “Arsenal” bu məsələdə həmişə konkret mövqe nümayiş etdirib. Ya uyğun fürsət yaranır, ya da gözləməyi üstün tuturlar”, - deyə Romano bildirib.
İnsayder bir neçə il əvvəl Duşan Vlahoviçin transferi ilə bağlı uğursuz cəhdi də xatırladıb. O, London klubunun tələsmədən düzgün qərar verməyə çalışdığını vurğulayıb.
“Arsenal” ağıllı davranmaq istəyir. Xüsusilə hücum xəttində uyğun fürsət yaranarsa, klub hərəkətə keçə bilər. Amma bu, düzgün futbolçu və münasib şərtlərlə mümkün olmalıdır. Ona görə də “Arsenal”ın yeni hücumçu transfer edəcəyini istisna etmirəm. Bunun mümkün olduğunu düşünürəm. Lakin noyabrın 6-na olan vəziyyətə əsasən, transferin mütləq baş tutacağını söyləyə bilmərik”, - deyə Romano əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Noyabr 2026 06:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















