Aİnin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Gürcüstan hökumətinin ölkənin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib.
Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və dünən baş verənlər açıq şəkildə Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda Gürcüstan xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir.
"Əlbəttə ki, Gürcüstan müstəqil, suveren dövlətdir. Gürcüstanın özünün qərar vermək hüququ var – Avropa inteqrasiyasını davam etdirib-etdirməmək məsələsi öz ixtiyarındadır. Mənim fikrimcə, bu, çox kədərlidir, çox təəssüf doğurur və çox məyusedicidir”, – deyə Pavel Gerçinski vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdiklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















