Icma.az
close
up
RU
“AIREX 2026”: Azərbaycanın daşınmaz əmlak bazarı müasirləşdirilir

“AIREX 2026”: Azərbaycanın daşınmaz əmlak bazarı müasirləşdirilir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 4-də Bakıda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – “AIREX 2026” işə başlayıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva sərgi ilə tanış olublar. Noyabrın 6-dək Bakı Ekspo Mərkəzində davam edəcək tədbirdə Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və xarici şirkət iştirak edir. Sərgiyə 20 minədək ziyarətçinin qatılacağı gözlənilir.

“Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi” ölkənin şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu dövrə təsadüf edir. Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi də bu baxımdan tədbirin aktuallığını artırır. Bir tərəfdən Bakıda və digər şəhərlərdə müasir urbanizasiya layihələri həyata keçirilir, digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələri, şəhərlər və infrastruktur obyektləri yaradılır. Belə bir şəraitdə beynəlxalq sərginin təşkili Azərbaycanın daşınmaz əmlak və tikinti sektorunun imkanlarının xarici bazarlara təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.

Sərgi 20-dən çox ölkədən iştirakçıları bir araya gətirir. 3 günlük proqram çərçivəsində 5 panel müzakirəsi, şirkət təqdimatları, biznes görüşləri və sahə üzrə yeni yanaşmalara həsr olunan tədbirlər nəzərdə tutulub. İştirakçılar yerli və beynəlxalq layihələrlə tanış olmaq, investisiya imkanlarını qiymətləndirmək, layihələrin infrastrukturu və inkişaf perspektivləri barədə məlumat əldə etmək, eləcə də şirkət nümayəndələri ilə birbaşa əlaqələr qurmaq imkanı qazanırlar.

Sərginin ilk günündə keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı panel müzakirəsi də bu istiqamətdə xüsusi diqqət çəkib. Müzakirələrdə Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, eləcə də beynəlxalq şəhərsalma və daşınmaz əmlak sektorunun nümayəndələri iştirak ediblər.

Read Qasımov çıxışında paytaxtın inkişafının yeni mərhələsinə diqqət çəkib. O bildirib ki, Bakı tarixən İçərişəhərdən başlayan inkişaf yolu keçərək bu gün Abşeron yarımadasının böyük hissəsini əhatə edən geniş şəhər aqlomerasiyasına çevrilib. Sumqayıt və Xırdalan inzibati baxımdan paytaxtdan ayrı olsa da, urbanizasiya prosesləri nəticəsində vahid şəhər məkanının formalaşmasında mühüm rol oynayır.

R.Qasımovun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilədək inkişafını müəyyən edən Baş Plan dörd əsas prinsip üzərində qurulub. Bunlara dayanıqlı şəhər inkişafı, şəhər və ətraf mühitin regenerasiyası, tarixi-memarlıq irsinin qorunması və yeni şəhər iqtisadiyyatının formalaşdırılması daxildir. Baş Planın əsas hədəflərindən biri paytaxtın polisentik, yəni çoxmərkəzli şəhər modelinə keçirilməsidir. Bu yanaşma şəhərin müxtəlif ərazilərində yeni iqtisadi və funksional mərkəzlərin yaradılmasını, onların bir-biri ilə səmərəli nəqliyyat əlaqələrinin qurulmasını nəzərdə tutur.

Baş Plan çərçivəsində “15 dəqiqəlik şəhər” konsepsiyasının tətbiqi də planlaşdırılır. Bu modelə əsasən, sakinlər gündəlik ehtiyac duyduqları xidmətlərə, təhsil və səhiyyə müəssisələrinə, sosial infrastruktura və ictimai məkanlara qısa məsafədə çıxış əldə etməlidirlər. Başqa sözlə, şəhərin bütün funksiyalarının yalnız mərkəzi hissədə cəmləşməsinin qarşısı alınmalı, yaşayış məhəllələri öz daxilində zəruri xidmətlərlə təmin edilməlidir. Bu, həm nəqliyyat sıxlığının azaldılmasına, həm də şəhər həyatının daha əlverişli təşkilinə imkan verə bilər.

Paytaxtın inkişaf strategiyasında ekoloji məsələlər də mühüm yer tutur. R.Qasımov bildirib ki, 2020-ci ildə Bakıda adambaşına düşən ictimai yaşıllıq sahəsi 3,5 kvadratmetr təşkil etdiyi halda, 2040-cı ilədək bu göstəricinin 8,7 kvadratmetrə çatdırılması nəzərdə tutulur. Böyükşor, Zığ və Xocəsən göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, çirklənmiş ərazilərin bərpası və şəhərin müxtəlif hissələrini birləşdirən yaşıl dəhlizlərin yaradılması da planlaşdırılan tədbirlər sırasındadır. Böyükşor gölü ətrafında bu istiqamətdə işlərə başlanılması ekoloji infrastrukturun yenilənməsinin praktiki mərhələyə keçdiyini göstərir.

Şəhərsalma sahəsində görülən işlərin miqyası ölkə üzrə də diqqətçəkəndir. Mövcud 79 şəhərdən 68-nin baş planının yeniləndiyi, digər 11 şəhər üzrə isə hazırlıq işlərinin davam etdiyi bildirilir. Bu proses şəhərlərin gələcək inkişafının sistemli planlaşdırılması, ərazi istifadəsinin tənzimlənməsi, nəqliyyat və kommunal infrastrukturun təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. AIREX çərçivəsində bu məsələlərin beynəlxalq mütəxəssislərlə müzakirəsi Azərbaycanın şəhərsalma təcrübəsinin yeni yanaşmalarla zənginləşdirilməsi üçün əlavə imkan yaradır.

Sərginin digər mühüm istiqaməti Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də bölgədə formalaşan yeni daşınmaz əmlak bazarıdır. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev AIREX 2026 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, hazırda regionun ən böyük daşınmaz əmlak bazarı məhz Qarabağda formalaşır.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə onlarca kənd, yaşayış məntəqəsi və şəhər yenidən qurulur, genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilir. Bu baxımdan Qarabağın beynəlxalq sərgidə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. R.Hacıyev hesab edir ki, AIREX ənənəvi xarakter almalı, gələcək illərdə daha geniş miqyasda təşkil olunmalı, Qarabağda yaradılan yeni şəhərlər, yaşayış məntəqələri və daşınmaz əmlak layihələri növbəti sərgilərdə daha geniş şəkildə nümayiş etdirilməlidir.

Fondun rəhbəri bölgədə fəaliyyət göstərmək istəyən yerli və xarici tikinti şirkətlərinin marağının artdığını da diqqətə çatdırıb. O bildirib ki, şirkətlər Qarabağa yalnız podratçı kimi deyil, investor qismində daxil olmaq imkanlarını da nəzərdən keçirirlər. Artıq sərgidə iştirak edən bəzi şirkətlər bölgədə kommersiya xarakterli layihələr həyata keçiriblər. Bu isə Qarabağda bərpa prosesinin tədricən yeni iqtisadi fəaliyyət sahələri və investisiya imkanları yaratdığını göstərir.

AIREX-in proqramında müasir daşınmaz əmlak bazarının digər mühüm istiqamətləri də yer alıb. Noyabrın 5-də keçiriləcək müzakirələrdə brend rezidensiyalar, premium yaşayış layihələri, Xəzər hövzəsindən Mərkəzi Asiyaya qədər şəhərlərin planlaşdırılması və müasir yaşayış məkanlarının yaradılması məsələləri nəzərdən keçiriləcək.

Sərginin proqramına daxil edilən III Dayanıqlı Tikinti Sammiti də inşaat sektorunun gələcəyi baxımından diqqətəlayiqdir. Sammitdə tikinti tullantılarının yenidən resursa çevrilməsi, ekoloji materiallardan istifadə, layihələrin planlaşdırılmasından mülkiyyət hüququnun rəsmiləşdirilməsinədək olan proseslər müzakirə olunacaq.

Sərginin sonuncu günü isə rəqəmsal texnologiyalar və daşınmaz əmlak sektorunun qarşılıqlı əlaqəsinə həsr olunacaq. SABAH.HUB ilə əməkdaşlıq çərçivəsində PropTech müsabiqəsi təşkil olunacaq. Müsabiqədə 12 startap öz layihələrini təqdim edəcək, korporativ şirkətlərlə görüşlər keçirəcək və əməkdaşlıq imkanlarını araşdıracaq.

Noyabrın 5-də keçiriləcək qala mərasimində sərgi çərçivəsində imzalanan saziş və anlaşma memorandumlarının elan edilməsi də gözlənilir.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri