Bakı Fond Birjasının dövriyyəsi 21% azalıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasının (BFB) üzvlərinin ümumi dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% azalıb.
"APA-Economics" xəbər verir ki, BFB üzvlərinin ümumi dövriyyəsi 69,3 milyard manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 87,5 milyard manat olub.
Beləliklə, dövriyyə illik müqayisədə 18,2 milyard manat azalıb.
Bunun əksinə, əməliyyatların sayı 49 519-dan 104 602-yə yüksəlib. Artım 55 083 əməliyyat və ya 111,2% təşkil edib.
Bir əməliyyata düşən orta dövriyyə isə 1,77 milyon manatdan 662,9 min manata enərək 62,5% azalıb.
Bu mövzuda digər xəbərlər:Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
04 Mart 2026 17:22
Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb
03 Oktyabr 2025 18:29
Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb
05 Dekabr 2024 12:02
Bakı Fond Birjasının dövriyyəsi repo hesabına kəskin şişir
06 Dekabr 2024 10:22
Baxış sayı:53
Bu xəbər 05 Noyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















