AK Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təklifləri təsdiqləyib
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) sədri Ursula fon der Leyen bildirib.
"Biz mümkün təzminat krediti ilə bağlı təklifləri müzakirə etdik və sonra qəbul etdik. BVF-nin hesablamalarına görə, Ukraynanın 2026 və 2027-ci illər üçün 135 milyard avroya ehtiyacı olacaq. Bu, dövlət və mülki qurumların fəaliyyətini qorumaq, eləcə də döyüş meydanında müqaviməti davam etdirmək üçün lazımdır", - deyə o, Brüsseldə keçirilən mətbuat konfransında bildirib
Fon der Leyenin sözlərinə görə, Aİ Rusiyanın "təzminat krediti" adı altında suveren aktivlərinin müsadirə edilməsi ilə bağlı cavab tədbirlərinin bir hissəsi olaraq Aİ daxilində xarici məhkəmə qərarlarının icrasını qadağan etmək niyyətindədir və əlavə edib ki, bu, Belçikanı Rusiyanın cavab tədbirlərindən qorumaq üçün nəzərdə tutulub. AK rəhbəri həmçinin bildirib ki, Rusiya aktivlərinin müsadirə edilməsi, güzəşt tələb etmir və qərar ixtisaslı səs çoxluğu ilə qəbul ediləcək.
AK, Kiyevin ehtiyaclarının üçdə ikisini ödəyəcək 90 milyard avroluq kredit şəklində Rusiya aktivlərinin müsadirəsinə alternativ təklif edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















