Akademik İsa Həbibbəyli Manas televiziyasında çıxış edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 18 aprel, AZƏRTAC
Qırğızıstana səfəri çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Manas Universitetində “Mediamanas” mərkəzində olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Manas televiziyası və radiosunda yayımlanan verilişdə geniş müsahibə verib. Müsahibədə akademik İsa Həbibbəyli AMEA ilə Manas Universiteti arasında əməkdaşlıq protokolu imzalandığını və bu protokolun iki qurum arasında gələcək birgə fəaliyyət üçün böyük imkanlar açdığını vurğulayıb. Eyni zamanda, Qırğızıstan MEA ilə anlaşma memorandumu imzalandığını və “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bu əməkdaşlığa real olaraq başlandığını söyləyib.
Akademik İsa Həbibbəyli Çingiz Aytmatovun iki ölkə arasında mükəmməl körpü olduğunu və böyük yazıçı haqqında “Çingiz Aytmatov haqqında söz” adlı kitab yazdığını bildirib. Müsahibədə Çingiz Aytmatovun irsindən geniş bəhs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















