Icma.az
close
up
RU
Akademik sistemdə islahatlar: DİM səddi, AAK məngənəsi TƏHLİL VƏ TƏKLİFLƏR

Akademik sistemdə islahatlar: DİM səddi, AAK məngənəsi TƏHLİL VƏ TƏKLİFLƏR

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə AMEA-nın Ümumi Yığıncağı keçirilib. Yığıncaqda iştirak edən Elm və Təhsil naziri Emin Əmrullayev son dərəcə mühüm bir açıqlama verib.

Nazir bildirib: “30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq".

Əvvəla, bu önəmli açıqlamanı həm məhz AMEA kimi nomenklaturlaşmış bir qurumda vermək cəsarəti göstərdiyi, həm də ölkəmizdə akademik fəaliyyəti doğru, çağdaş dünyaya məxsus bir yola çıxarmağa təşəbbüs etdiyi üçün Emin Əmrullayevə təşəkkür edirəm.

Bəli, Emin Əmrullayevi də, onun başçılıq etdiyi nazirliyi də zaman-zaman kəskin edir, xüsusən də ETN-ə tabe olan qurumlarda təhsilin mahiyyətini bilməyən, pedoqoji təcrübədən uzaq adamların rəhbər vəzifələrinə təyin olunmasına qarşı çıxıram. Ancaq bütün hallarda, Azərbaycanda təhsili məktəbə, elmi universitetlərə qaytarmalıyıq, bunun üçün də çağdaş dünya praktikasına istinad etməliyik.

Bəribaşdan deyim ki, dünyada elmi dərəcələrin və titulların (doktor, dosent, professor və s.) verilməsi və o adlardan istifadəsi ilə bağlı konkret bir mexanizm yoxdur. Bu, əsasən, elmi və tədris sisteminin strukturundan, habelə elmi dərəcələrin və titulların mahiyyətindən asılıdır. Ölkəmizdə bu məsələ “Təhsil haqqında qanun”dan və digər hüquqi-normativ aktlardan irəli gələn bir şəkildə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələrlə tənzimlənir. Bu əsasnamələr həm konseptual, həm hüquqi, həm də praktiki baxımdan müasir dövrün çağırışlarına cavab vermir, son dərəcə mürəkkəbdir və praktiki olaraq elmi fəaliyyətinin səmərəsizliyinə səbəb olur, hərçənd məzmununda bəzi mütərəqqi maddələr də var. Odur ki, biz bir məsələyə aydın cavab tapmalıyıq- elmi dərəcə və titullar kimə və nə üçün verilir?

Elmi dərəcə müstəqil tədqiqat aparmaq və elmi bilikləri genişləndirmək qabiliyyətinə malik olan şəxslərə verilir. Bu dərəcəni almaq istəyən namizəd doktorantura proqramını müvəffəqiyyətlə başa vurmalı, yeni biliklər yaratmaq məqsədilə yüksək səviyyəli elmi tədqiqat işi- dissertasiya müdafiə etməlidir. Bu dərəcənin verilməsində məqsəd şəxsin elmi-tədqiqat bacarıqlarını, onun müstəqil alim kimi fəaliyyət göstərməsi üçün statusunu təsdiqləmək, şəxsin elmi karyerasının yüksəlməsinə və öz bilik və bacarıqları ilə cəmiyyətin inkişafına töhfə verməsinə zəmin yaratmaqdır. “Fəlsəfə Doktoru” (PhD) ali təhsilin üçüncü pilləsinin (bakalavr, magistratura, doktorantura) tamamlanmasından sonra əldə edildiyindən həmin dərəcə ömürlük olmalıdır, hər hansı məhdudlaşmaya məruz qala bilməz. Əgər elmi iş müəllifin özü tərəfindən yazılmayıbsa, yaxud plagiat deyilsə, bu qəbildən olan problemlər aşkar edilmədiyi müddətdə PhD dərəcəsindən məhrum etmə müzakirə mövzusu belə deyil.

Elmi titullar (dosent, professor və s.) isə, elmi dərəcədən fərqli anlayışlardır, akademik cameədə fərqli məqsədlərə xidmət edir, onun verilməsi ilə bağlı tələblər də başqadır.

Əvvəla, elmi titul daha çox ali təhsil müəssisələrində tədris və rəhbərlik funksiyalarını yerinə yetirmək üçün verilir, bu üzdən də tədris və idarəetmə yönümlüdür.

İkincisi, bu titullar vəzifə ilə bağlıdır, şəxsin akademik vəzifəsinə əsasən müəyyən olunur. “Dosent” tədris və tədqiqat sahəsində orta səviyyəli akademik titul olduğu halda, “professor” akademik dünyada ən yüksək addır, bu adın arxasında elmi biliklərin yaradılması və yayılmasına əhəmiyyətli töhfələr vermiş bioqrafiya dayanır. Bir general orduda generaldır, təqaüdə çıxdıqdan sonra isə, “istefada olan general”dır. Professor da belədir və Qərb ölkələrində təqaüdə çıxmış professorlara “Emeritus Professor” adlanan şərəf titulu verilir.

Cəmiyyət olaraq önümüzdə dayanan ən aktual məsələdir ki, keçmiş sovet sisteminin akademik nomenklaturasından yaxa qurrata bilmir, elmi inkişafın mərkəzinə akademiyanı, yoxsa universiteti qoyacağımızı dəqiq müəyyən etmirik. Ona görə də təklif edirəm ki, AMEA hazırkı statusundan imtina edilməli və AMEA-nın institutları BDU, DİA, ADA, MİA, PU, “Qarabağ” kimi universitetlərə verilməlidir. Bu addım universitetlərin tədqiqat potensialını, institutların isə təhsilə inteqrasiyasını təmin etməklə Azərbaycanda elmin inkişafı üçün yeni dinamika yaradacaq.

Digər vacib bir addım “elmlər doktoru” kimi çağdaş dünyada anoloqu olmayan sovet qalıntısından qurtarmaqdır. Bu, ilk növbədə bizim akademik mühitimizi dünya standartlarına uyğunlaşdıracaq, alimlərimiz üçün daha geniş imkanlar açılacaq. Digər tərəfdən bürokratiyanın azalması müasir elmi dünyaya keçidi sürətləndirəcək, araşdırmaçılarımız daha daha gənc yaşda akademik fəaliyyətlərə tam fokuslana biləcəklər. Üçüncüsü, elmlər doktoru dərəcəsinə çatmaq üçün tələb olunan uzunmüddətli proses gənc alimləri motivasiyadan salır, onun aradan qaldırılması elmi sistemi daha dinamik və çevik edəcək.

Əlbəttə, başa düşürəm ki, bu ağır prosesdir, çünki “elmlər doktoru” dərəcəsi alimlərə yüksək nüfuz qazandırıb və fərqlənmə imkanı yaradıb. Onun ləğvi bu imkanları məhdudlaşdıracağından müqavimət qaçılmazdır. Digər tərəfdən, artıq elmlər doktoru olan alimlərin yeni reallığa adaptasiyasını da düşünməliyik. Odur ki, bu dərəcəni ləğv etməklə yanaşı, hibrid yanaşma tətbiq etmək- onun fəxri statusunu saxlamaq və artıq dərəcəsi olan alimlər qarşısında nüfuzlu nəşrlər və beynəlxalq əməkdaşlıqlarla bağlı “post-dokt” tələblər qoymaq olar.

Bütün bunlardan sonra gəlinən nəticə odur ki, Emin Əmrullayevin anonsunu verdiyi hazırlanan proqram “dosent”, “professor” kimi titulların qüvvədə olma müddəti və şərtlərini əhatə etməlidir, amma bu standartların tətbiqindən öncə akademik sistem yenilənməlidir.

Azərbaycanda akademik sistemin yenilənməsi qarşısında ən böyük iki maneə var.

Bunlardan birincisi, Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikasının təhsil proqramlarına alternativ orta və ali təhsil proqramları tərtib etməsi, doktoranturaya, dövlət qulluğuna, hakimliyə, vəkilliyə, hətta taksi sürücülüyünə imtahanlar keçirməsi bizim təhsil sistemimizi qətiyyətlə demək olar ki, məhv edir. Bu qurum yarandığı dövrdə qarşısına qoyulan əsas məqsədə- bərabər təhsil hüququnu reallaşdırmaq vəzifəsinə çoxdan xəyanət edərək ölkənin milli təhlükəsizliyini təhdid edən “paralel yapı” kimi çıxış edir. Odur ki, təhsil sistemi özü-ozünü qiymətləndirmə sisteminə keçməli, şəffaflıq əsasında yeni qəbul və buraxılış mexanizmləri hazırlanmalıdır.

İkincisi, sovet sisteminin qalığı olan Ali Attestasiya Komissiyasını ləğv etmədən, Azərbaycanın elm adamlarının araşdırmaçılıq motivasiyasını və əzmini sındırmaqdan başqa heç nəyə yaramayan bu qurumu tarixin arxivinə göndərmədən hər hansı elmi dinamikadan danışmaq mümkün deyil. Alimlik dərəcəsini təsdiq edən diplomu niyə axı universitetlər- o alimi üzə çıxaran, yetişdirən, faydalanan müəssisə deyil, aparılmış tədqiqatın məzmununu tamamilə başa düşməsi mümkünsüz olan, elmi mühitin korlanmasına xidmət edən AAK verməlidir? Biz elm və təhsil sayəsində bir tərəfdən xərcləri optimallaşdırmaq, digər tərəfdən keyfiyyəti və dinamikanı artırmaq istəyiriksə, Süni Zəkanın dünyanı yenidən şəkilləndirdiyi bir dövrdə Azərbaycan dilində elmi dataların- tədqiqatların sayının artması bizə hava və su kimi lazımdırsa, Ali Attestasiya Komissiyasının ləğvini nəzərdən keçirməli deyilikmi?

Bəli, başa düşürəm, akedemiya nomenklaturası, Məleykə Abbaszadə, Famil Mustafayev təsirli fiqurlardır. Amma onların heç biri AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevdən nə güclü, nə də təsirli deyillər, olmayıblar. Mehdiyevi PA-dan, AMEA-dan uzaqlaşdıran dövlət iradəsi qarşısında Məleykə Abbaszadə də, Famil Mustafayev də uzaqbaşı tünd olub öz qablarını sındırarlar. Odur ki, heç nədən və yararlığını itirmiş sözügedən qurumların başında dayananların prosesə göstərə biləcəyi müqavimətdən çəkinmədən Azərbaycanda elmin və təhsilin önünü açmalıyıq.

Taleh ŞAHSUVARLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 23 Fevral 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri