Icma.az
close
up
RU
Akademik və gömrük milyonları KONKRET

Akademik və gömrük milyonları KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ən yaxın tariximiz göstərir ki, hakimiyyətin müxtəlif pillələrindəki, idarəetmə strukturlarındakı qohumluq əlaqələri korrupsiya və digər bəlalar üçün münbit şərait yaradır. Bunun saysız-hesabsız nümunələri var və bunlardan biri də bu günlərdə yaşanmaqdadır…

“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”. Bunları Naxçıvan Gömrük Komitəsinin sabiq sədri, AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəyli istintaqa ifadəsində deyib.

Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb. Təbii ki, bunlar hələ onun öz boynuna aldıqlarıdır və real rəqəmlər daha yüksək ola bilər. Lakin hətta bu rəqəmlər belə, 140 milyon dollar civarında dövlət vəsaitinin mənimsənildiyini, oğurlandığını göstərir.

İsa Həbibbəylinin özü isə bundan əvvəl oğlu ilə bağlı suala cavab verərkən jurnalistləri etikasızlıqda günahlandırmışdı: “Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”. Əsl “akademik yanaşma”dır. Lakin belə görünür ki, nədənsə, akademik həmin bu “etika”nı öz oğluna öyrətməyib. Öyrətsəydi, yəqin ki, belə bir böyük korrupsiya əməlinə bulaşmaz, bunu nə özünə, nə də deputat, akademik, AMEA prezidenti atasına yaraşdırmazdı…

Deməli, belə çıxır ki, ölkə elminə rəhbərlik edən, buna qədər uzun illər deputat kimi Naxçıvanı Azərbaycan parlamentində təmsil edən akademikə oğlu barədə sual vermək etikadan kənardır, onun ən yaxın ailə üzvünün yüz milyonlarla dollarlıq korrupsiyada iştirak etməsi, hətta bu cinayətin əsas fiqurlarından biri olması və bütün bunlara akademikin bilə-bilə göz yumması isə etikdir. Görəsən, bütün Naxçıvanın bildiyi gömrük korrupsiyasını deputat və gömrük rəisinin atası bilməyə bilərdimi? Lap gözəl bilib! Nəinki bilib, hətta sözsüz ki, oğlunun gömrük generalı olması ilə fəxr edib, onun Naxçıvan gömrüyünə rəhbər vəzifələrə təyin olunması üçün öz əlaqələrindən, mövqeyindən, imkanlarından istifadə edib. Və kim tam əminliklə deyə bilər ki, İ.Həbibbəylinin özü də oğlunun oğurladığı pullardan hansısa formada bəhrələnməyib?

Nəhayət, S. Həbibbəyli AMEA prezidentinin oğlu olmasaydı, gömrük generalı, Naxçıvan gömrüyünün başçısı ola bilərdimi? Onun oğlu olmasaydı, indinin özündə bütün bu etiraflardan sonra belə azadlıqda qala bilərdimi?

Hazırda İ.Həbibbəyli Azərbaycan elminə rəhbərlik edir, yenə böyük elmi konfranslarda “akademik çıxışlar” edir, alimlərə “yol göstərir” və sair. Görəsən, hansı mənəvi haqla? Oğlu aşkar böyük korrupsioner kimi yetişən bir akademik Azərbaycanda necə alim, ziyalı, elm adamı yetişdirə bilər?

Etika davası aparan Həbibbəyli yaxşı bilir ki, sivil, etik normalara riayət olunan idarəçiliyə malik ölkələrdə yüksək vəzifəli şəxslər yaxın ailə üzvünün adı nəinki böyük, hətta kiçik korupsiya kimi cəmiyyət üçün ciddi təhlükə daşıyan cinayətlərdə hallandıqda dərhal istefa verirlər. İndi İ.Həbibbəylinin özü ictimai, siyasi etika nümunəsi göstərə, AMEA prezidentliyindən istefa verə bilər.

Buyursun, əsl etik ziyalı, alim, elm xadimi necə olur, göstərsin…

Amma çətin. Atalar yaxşı deyib, axı: “Ot öz kökü üstündə bitər”…

Cəlal Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri