Icma.az
close
up
RU
Nazirliyə dəfələrlə təkliflər verilib, ancaq islahatlar aparılmır...

Nazirliyə dəfələrlə təkliflər verilib, ancaq islahatlar aparılmır...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda mədəniyyət sahəsində çalışanların əsas problemlərindən biri qonorar və maaşların az olmasıdır. Müəlliflərə, yaradıcı heyətə və ifaçılara ödənilən qonorarın minimum məbləği sonuncu dəfə 2006-cı ildə təsdiqlənib və indiyə qədər dəyişdirilməyib. Halbuki son 19 ildə ölkənin iqtisadi vəziyyəti, inflyasiya səviyyəsi və həyat şərtləri xeyli dəyişib.

Mədəniyyət sahəsində çalışanlar bildirirlər ki, mövcud qonorar məbləği onların ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Bəstəkarlar, yazıçılar, şairlər, teatr və kino sənayesində fəaliyyət göstərən yaradıcı insanlar sifarişçilər tərəfindən çox az məbləğdə ödəniş aldıqlarını vurğulayırlar. Bu isə onların işə marağını azaldır və sahənin inkişafına mane olur.

İfaçılar da eyni problemlə üzləşir. Konsert proqramları, teatr tamaşaları və digər mədəni tədbirlər üçün ayrılan vəsaitlər kifayət qədər deyil. Bu səbəbdən bir çox sənətçi əlavə qazanc mənbəyi axtarmağa məcbur olur. Həmçinin mədəniyyət adamları ortaya keyfiyyətli iş çıxarmamasının səbəbini də vəsaitin az olmasında görürlər.

Mədəniyyət məsələləri üzrə ekspert Fikrin Bektaşi Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, qonorar yalnız yaradıcı şəxslərin əsərlərindən istifadəyə görə ödənilən haqqdır: "Yəni mədəniyyət işçisi (misal üçün yardımçı və texniki heyət, təşkilatçılar və s.) haqq almaya da bilər. Ümumilikdə, mədəniyyət sahəsindəki məvaciblər az ola bilər. Buna da səbəb mədəni məhsulların və xidmətlərin büdcələrinin aşağı olmasıdır və bu məqsədlə ayrılan vəsaitlərin də az olmasıdır".

Ekspert qeyd edib ki, yaxşı musiqi, yaxşı şeir və filmlərə, rəqabətədavamlı, ixrac oluna biləndir:

"Buna da bir neçə səbəb vardır. Birincisi, təhsil məsələsidir - yardıcı şəxslər həm fundamental biliklərə malik olmalıdırlar, digər tərəfdən isə bacarıqların məhdud olması, yəni yaradıcı şəxslər həm də müasir texnika və texnoloji həllərlə işləməyi bacarmalıdırlar, daim dünya sənaye nümunələri ilə tanış olmalıdırlar, trendləri bilməli və onları təhlil etməlidirlər.  Digər tərəfdən isə, bir çox bəstəkarın yaratdıqları əsərlər çox maraqlı və rəqabətədavamlı olsa belə, dünya bazarına çıxması yoxdur, tanıtımı və satışı 0-a bərabərdir. Müsahib vurğulayıb ki, burada əsas məsələ, prodüser yanaşmalarının olmamasıdır, beynəlxalq əməkdaşlığın və birgə istehsalın olmamasıdır. Bütün bunların həlli yolları ilə bağlı, Mədəniyyət Nazirliyinə dəfələrlə təkliflər verilib, çox təəssüf ki, bu sahədə islahatlar hələ də aparılmır, mədəniyyətimiz və cəmiyyətimiz isə dominant mədəniyyətin təsiri altında inkişaf edə bilmir".

Zərif Sofiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri