Icma.az
close
up
RU
Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə Həcər Atakişiyeva yazır

Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə Həcər Atakişiyeva yazır

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində Teymur Həşim oğlu Kərimli dünyaya gəlmişdir. Dahi akademik 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən başlayaraq Kəlbəcər rayonunun orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. O, 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır.

Dahi şəxsiyyət 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını yazmışdır. 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Teymur Həşim oğlu Kərimli 2006-cı ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Akademik 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Teymur Kərimli 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur və o, otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda uğurla fəaliyyət göstərərək, uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. Akademikin ədəbiyyatşünaslıqdakı uğurlu nailiyyətləri nəzərə alınarak o, 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) vəzifəsində çalışmışdır. 2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır.

Akademik Teymur Kərimli 1990-2000-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru vəzifəsində işləmişdir. O, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru olmuşdur. Belə ki, akademik Teymur Kərimli altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru kimi adını ədəbiyyat tarixinə yazdırmışdır.

Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində Rusiya, İran İraq, Türkiyə, Suriya, Macarıstan, İtaliya, Hindistan, Fransa və MDB ölkələri kimi bir çox ölkələrdə təşkil olunmuş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində kitabların, dərsliyin, elmi məqalələrin müəllifi olmuşdur. Bunlara misal olaraq, “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarını, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqaləni misal göstərmək olar. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti ilə tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi kimi tanınmaqdadır.

O, klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli şəxsiyyətlərin yaradıcılıqlarını tədqiq etmişdir. Akademik Teymur Kərimli qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçısı kimi klassik ədəbiyyatın tədqiqi, nəşri, tədrisi və təbliği sahəsində ardıcıl və səmərəli fəaliyyəti ilə Azərbayban ədəbiyyatına çox böyük xidmətlər göstərmişdir.

O, Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri kimi zəngin klassik irsimizə, özəlliklə Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsrlərini geniş şəkildə araşdırmışdır. Teymur Kərimlinin elmi yaradıcılığının mühüm istiqamətini dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, xüsusən, onun tarixi hadisələr kontekstində öyrənilməsi üstünlük təşkil edir. Akademik Teymur Kərimli Nizami Gəncəvi yaradıcılığında tarixi mövzu probleminin ictimai-tarixi və bədii-filoloji aspektlərinin dərindən araşdırıcısı kimi adını Azərbaycan ədəbiyyatı tarixinə yazdırmışdır.

Teymur Kərimlinin bir alim və ədəbiyyatçı kimi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş əsərləri klassik Azərbaycan ədəbiyyatına işıq tutmuşdur. Akademik Teymur Kərimlinin Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsərlərini geniş şəkildə araşdırması fəaliyyəti Azərbaycan xalqının qəlbində onun şəxsiyyətinə böyük hörmət və ehtiram hissi yaratmışdır. Ümumiyyətlə, Akademik Teymur Kərimlinin fəaliyyəti çox istiqamətlidir.

Belə ki, o, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, elmi-təşkilati fəaliyyət sahəsində də böyük təcrübəyə malik bir ədibdir. Akademik Teymur Kərimli ensiklopedik biliyə malik şəxsiyyət kimi elmi-bədii tərcüməçilik, milli-mənəvi dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin tədqiqi, təbliği və qorunması sahəsində mühüm işlər görmüş, Nizamişünaslıq və Füzulişünaslıq sahələrində geniş tədqiqatlar aparmış, bu sahədə çap etdirdiyi kitab və monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir.

Teymur Kərimli istedadı, biliyi, zəhmətsevərliyi, bacarığı, fundamental əsərləri, monoqrafiyaları sayəsində Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq aləmdə təmsil etmişdir. Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini qarşıdan gələn 72 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyir, ən xoş arzularımı çatdırıram. Əziz akademik Sizə uzun ömür, sağlamlıq arzulayaraq, hələ uzun illər klassik ədəbiyyat tarixinin neçə-neçə açılmamış əlyazmalarını işıqlandırmanızı Sizə səmimi qəlbdən arzu edirəm.

Həcər Atakişiyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri