Icma.az
close
up
RU
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub

Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov akademik Yusif Məmmədovun zəngin elmi irsi və şəxsi keyfiyyətlərindən söz açıb. Qeyd edilib ki, Yusif Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.

Alim 1971-1993-cü illərdə BDU-nun Riyazi-fizika tənlikləri kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2000-2006-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olub. 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyib. 2016-2017-ci illərdə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri olub. Hazırda Riyaziyyat və Mexanika İnstitutunda Differensial tənliklər şöbəsinin müdiridir.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov alimin elmi və pedaqoji fəaliyyətindən danışıb. Bildirilib ki, Y.Məmmədov riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. O, adi diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq, normallıq şərtlərini tapıb, məxsusi ədədlərin paylanması, məxsusi elementlər üzrə çoxqat ayrılış düsturunu verib. Bundan başqa, birölçülü qarışıq məsələlərin korrektliyi üçün cəbri meyar tapıb, müstəvidə sonlu limit nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalpern tipli tənliklər üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırıb. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə edilib. O, çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olub.

Digər çıxış edənlər də alimin gənclərin elmə cəlb olunmasında, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən söz açıblar.

Sonda akademik Yusif Məmmədov ona göstərdiyi diqqətə görə Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri