Icma.az
close
up
RU
Akademik Həbibulla Şahtaxtinskinin 125 illik yubileyi qeyd olunub

Akademik Həbibulla Şahtaxtinskinin 125 illik yubileyi qeyd olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası görkəmli kimyaçı-alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 125 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbiri açan institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, H.Şahtaxtinskinin tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, boratların, daş duzunun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə edir. Onun elmi işlərinin nəticələri 7 monoqrafiya və dərslikdə, 400 elmi məqalə, müəllif şəhadətnamələri və elmi hesabatlarda ümumiləşdirilib. Alimin rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və doktorluq işi müdafiə edilib.

Sonra institutun Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri professor Arif Heydərov akademik H.Şahtaxtinskinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, professor Həbibulla Şahtaxtinskini hələ sağlığında Azərbaycan kimyaçılarının ağsaqqalı adlandırırdılar. O, 1940-cı ildə “Yod həlledicilərinin tətbiqi ilə arsenat turşusunun və maqneziumun yodometrik təyini” mövzusunda namizədlik dissertasiyası, 1949-cu ildə “Yodometriyanın arsenat üsulu” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1950-ci ilin yanvarında ona professor adı verilib. Alimin arsenat-yodometriya sahəsində apardığı tədqiqat işləri sonralar analitik kimyada “arsenat-yodometriya” adlı böyük və vacib bir elm bölməsinin yaranmasına səbəb olub. Kimya fənninin Azərbaycan dilində tədrisinin əsasını qoyanlardan biri olan H.Şahtaxtinskinin 1937-ci ildə çapdan çıxmış “Miqdari kimyəvi analiz” dərsliyi 1953-cu ildə təkrar nəşr edilib.

1959-cu ilin sentyabrında alimin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu) Azərbaycanda elmi istiqamətinə görə yeganə olan Mineral maddələrin texnologiyası laboratoriyası yaradılıb. O, 27 il bu laboratoriyada işləyərək ömrünün sonuna kimi Azərbaycanın mineral xammalının öyrənilməsinə və kompleks işlənməsinə dair tədqiqat işləri aparıb. Alunitin kompleks emalı üzrə H.Şahtaxtinskinin apardığı işlər aktual olduğu üçün hazırda institutda “Alunitin yeni emal texnologiyası” adı ilə davam etdirilir.

Alimin əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1974-cü ildə ona Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı verilib.

Tədbirdə alimin tələbələrindən Əyyub Əzizov onun haqqında xatirələrini bölüşüb.

Sonda alimin ailəsi adından Rüfət Rüstəmov çıxış edərək institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri