Icma.az
close
up
RU
Akif Aşırlı yazır: Əliyevin tarixi sözləri Moskvada od püskürtdü

Akif Aşırlı yazır: Əliyevin tarixi sözləri Moskvada od püskürtdü

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Rusiya telekanalları, yutuberlər, bloggerlər Azərbaycan Prezidenti İlham Əliyevin " Əl- ərəbiyyə " televiziyasına müsahibəsində səsləndirdiyi 1918 - ci ilin Mayın 28 - də Azərbaycanın müstəqilliyini elan etdiyi, Azərbaycan Cümhuriyyətinin 23 ay yaşadığını, 1920 - ci ildə Sovet Rusiyasının müstəqil dövlətin sərhədlərini qanunsuz keçib işğal etməsi fikrinə dözümsüz yanaşıb, od püskürüb, hədə tonunda danışırlar. Aydındır, İlham Əliyev tarixi həqiqətləri dilə gətirmısi hədəfə dəyib, Sovet Rusiyasının işğalçılıq siyasətini tarixi fakt, hadisələrlərlə izah etməsi Şimal qonşumuzu  qıcıqlandırıb"


Bu sözləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı öz sosila media hesabında yazıb. 


Baş yazar Qeyd edib ki, rus propaqandistləri tarixi faktları, yaşananları öz aləmində hara fırlatsalar belə beynəlxalq qanunlara məhəl qoymadan Azərbaycan Cümhuriyyətini işğal etmələri faktlığında qalır:

"Bunu Avropa, Amerika, elə rus tarixçilərinin özləri də bilir və yazır. 1920 -ci ilin yanvarın 14 -də Paris Sülh konfransında böyük dövlətlər Azərbaycanın və Gürçüstanın müstəqilliyini tanıyıb. Müstəqilliyi tanınan dövlətin sərhədlərini aşaraq qanuni hakimiyyəti ultimatumla devirmək işğal deyil bəs nədir ? Rusiyanın təbliğat maşınını idarə edənlər Azərbaycanın 23 aylıq müstəqillik dövrünü Türkiyənin və Böyük Britaniyanın prokteratlığı ilə bağlamaları da tamamilə yanlışdır. Azərbaycan müstəqilliyini elan edəndən sonra Türkiyə ilə 4 iyunda "Dostluq və əməkdaşlıq"  sazişini imzalayıb, bu imzalanmış sənədin 4 - cü bəndinə əsasən asayişi, ərazi bütövlüyünü təmin etmək ücün Türkiyədən hərbi yardım alıb. Qafqaz İslam Ordusununun tərkibində Türkiyənin peşəkar hərbi heyyəti, Azərbaycan milli hərbi qüvvələri, könüllülər iştirak edib. Bu Türkiyənin qardaş dövlət olaraq daim Azərbaycanın yanında olmasını göstərən ən əsas tarixi faktlarından biridir. 1918 - ci ilin noyabrında Qafqaz İslam Ordusu Mudros barışığına əsasən Cənubi Qafqaz ərazilərindən geri çəkilib, Böyük Britaniya ordusu kiçik heyyətlə qalib ordular komandanı timsalında Tomsonun rəhbərliyi ilə Bakıya  gəlib, qısa müddətdə Azərbaycanın müstəqilliyi ilə bağlı tərəddüdlərinə son qoyulub, Fətəli xan Xoyski hökümətini elan olunmuş ərazilərdə, Qarabağ da daxil olmaqla qanuni hakimiyyət kimi tanıyıb, daxili siyasətə kiçik istisnalarla müdaxilə etməyib. Böyük Britaniyanın kiçik hərbi heyyəti də 1919 - cu ilin avqustunda Azərbaycanı tərk edib. Rusiya təbliğatçıları bu faktları bilmir ? Bilir, sadəcə işğalçılıqlarını həzm edə bilmirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri