Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

100 il öncə Bakı tarix yazdı Akif Aşırlı

100 il öncə Bakı tarix yazdı Akif Aşırlı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

I Türkoloji Qurultayının qərarları hələ də aktualdır

I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir. Prezident İlham Əliyevin “ITürkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

Mövzu ilə bağlı "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı deyib ki, I Türkoloji Qurultayın həm elmi, həm də tarixi əhəmiyyəti son dərəcə böyükdür: 

- Akif müəllim, siz əvvəllər də I Bakı Türkoloji Qurultayı və bu Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında dəfələrlə danışmısınız. Xatırlayıram ki, Heydər Əliyev Mərkəzində 3 may - Türkçülük Gününə həsr olunmuş “Dildə, fikirdə, İşdə Birlik: Türk dünyasının gələcəyi” adı altında paneldə bu məsələyə xüsusi diqqət çəkmişdiniz. I Bakı Türkoloji Qurultayı niyə bu qədər önəmli hesab edirsiniz?

- Bu təklifi yalnız o tədbirdə deyil, bir çox yerdə səsləndirmişəm. Məsələn, ötən ilin aprelində Ankarada Türk Ocağı Genel Mərkəzinin Qurultayında da söylədim ki, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, milliyyətçi təşkilatlar gələn il Azərbaycanla bağlı tədbirlərini planlaşdırarkən I Bakı Türkoloji Qurultayının 100 illiyini də mütləq nəzərə alsınlar. Çünki bu qurultay türk xalqlarının, türk millətinin milli kimlik inşasında, ortaq türk əlifbasının işlənib hazırlanmasında son dərəcə mühüm hadisə idi. Eyni zamanda ortaq türk tarixinin yazılması, etnoqrafiyasının öyrənilməsi, arxeologiyanın sistemləşdirilməsi, milli mədəni nümunələrin axtarılması, yazılı türk tarixinin müəyyənləşdirilməsi baxımından bu Qurultay çox böyük əhəmiyyət kəsb edir. Prezident bundan əvvəl də iki dəfə Türkoloji Qurultayın keçirilməsi ilə bağlı sərəncam verib. Qurultayın 80 illiyinin, 90 illiyinin və bu il də 100 illiyinin keçirilməsi məhz həmin sərəncamlara əsasən qərarlaşdırılıb. Eyni zamanda nəzərə almalıyıq ki, bu münasibətlə keçiriləcək tədbirlər yalnız Azərbaycanda, Bakıda deyil, qarşıdakı həftələrdə və aylarda Türkiyədə və ümumilikdə Türk cümhuriyyətlərində də təşkil olunacaq. Çünki bu cür tədbirlər təkcə Azərbaycanda keçirilmir. Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və digər türk respublikalarında da bu hadisənin mahiyyətini və bu gün üçün aktuallığını ortaya qoyan tədbirlər həyata keçirilir. Bizim üçün ən önəmli fakt odur ki, hələ 100 il əvvəl Bakı Türkoloji Mərkəz kimi tarixləşib. Bir əsr sonra da, yəni ötən il türk dövlətləri təşkilatı çərçivəsində ortaq türk əlifbası yenə də Bakıda təsdiqləndi. Qeyd edək ki, I Türkoloji Qurultayın 1925-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu, lakin müəyyən səbəblərə görə ertələndi. 

- Ertələnməyə səbəb nə idi ki? 

- Bunun səbəblərini müəyyən etmək üçün o dövrün arxiv sənədlərinə, qəzet materiallarına diqqət yönəltməliyik. Qurultayla bağlı həmin dövrdə çap olunan anadilli mətbuatda bu sualın cavabı var, bu da maddi çətinlikdir. Qurultay nümayəndələrinin sayı 130, qonaqların ümumi sayı isə 300-dən çox idi. Bu geniş heyətin qarşılanmasına, ehtiyaclarının ödənilməsinə, nəşriyyat işinin və qurultayın yüksək səviyyədə təşkilinə xeyli miqdarda vəsait lazım idi. Bu isə ömrünün 5-ci ilini yaşayan sovet Rusiyası üçün ciddi problem yaradırdı. İkinci səbəb isə gizli arxiv materiallarında əks olunub. Bu işi təşkil edənlər çəkinirdilər ki, qurultayda ərəb əlifbasının latın qrafikasına keçidi baş tutmaya bilər. "Ərəbçilər" adlandırılan bu zümrə latın qrafikasını sözsüz, birmənalı qəbul etmirdilər. Digər tərəfdən Türkiyədən dəvət olunan alimlər də, onların qurultayda hansı mövqe sərgiləyəcəkləri də qaranlıq qalırdı. 

- 1925-ci ilin üzərində xüsusi dayandınız. Bilmək olar nə üçün?

- Çünki 1925-ci ildə Azərbaycan milli mətbuatının 50 illik yuibileyi, həmçinin Türk dünyasını birləşdirən böyük şair Əlişir Nəvainin 500 illiyi idi. Az öncə qeyd etdiyim kimi tədbirin 1925-ci ildə keçirilməsi nəzərdə tutulsa da, 1926-cı ildə keçirildi. Həmin dövrün anadilli mətbuat orqanlarında Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetinin 50 illiyi barədə yazılar çap olunmağa başladı. Azərbaycan milli mətbuatının son 50 ildə keçib gəldiyi yolla bağlı da xeyli materiallar qəzetlərdə işıq üzü gördü. Qurultayın təşkili ilə bağlı hesabat xarakterli yazılarda bu ali akademik tədbirlər çərçivəsində mətbuatın 50 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu. Bu yöndə hazırlıqlara başlanılmışdır. 

- Bəs Türkoloji Qurultay Azərbaycan mətbuatı üçün nə verdi?

- Birincisi, mətbuatımızda yeni bir texniki inkişaf mərhələsi, latın qrafikasına keçid dövrü baş verdi. Baxmayaraq ki, 1926-cı ildən əvvəl də latın qrafikasında bəzi qəzetlərimiz, onların bəzi yazıları, məqalə sərlövhələri nəşr olunub. Latın əlifbasına keçidlə bağlı Cümhuriyyət dövründə (1918-1920) bu istiqamətdə addımlar atılıb. Ümumilikdə isə qəzetlərimiz təxminən on il müddətində latın qrafikasında dərc olundu. Qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycan Milli Mətbuatının 50 illik yubileyinin keçirilməsi də I Bakı Türkoloji Qurultayın əsas istiqamətlərindən biri hesab olunurdu. Məhz buna görə 1925-ci ildə Rusiya ərazilərində və Tiflisdə Azərbaycan dilində çap olunmuş qəzetlərin və dərgilərin nüsxələrinin toplanmasına başlanıldı. Bunun üçün Rusiyaya, Tiflisə tədqiqatçılar göndərildi. "Kommunist" qəzetinin baş redaktoru Həbib Cəbiyev 1906-cı ildə Tiflisdə şərq dilləri üzrə senzor kimi çalışan Mirzə Şərif Mirzəyevə Azərbaycan türk mətbuatı tarixini yazmağı həvalə etdi, müqavilə imzaladı. I Bakı Türkoloji Qurultayı açılan gün, yəni fevralın 26-da "İsmailiyyə" binasında 1875-ci ildən 1925-ci ilə qədər Azərbaycanda ana dilində çap olunmuş bütün qəzet və dərgilərin sərgisi təşkil edildi. Doğrudur, Azərbaycan Milli Mətbuatının 50 illiyi ayrıca və geniş miqyasda qeyd olunmadı, amma sərgi təşkil edildi, mətbuatın yubileyi formal qeyd olundu. 

Üçüncüsü və bizim üçün maraqlı olan məqamlardan biri də ondan ibarətdir ki, I Bakı Türkoloji Qurultaya gələn qonaqların qarşılanması, onlardan alınan müsahibələr ana dilində qəzet səhifələrində əksini tapıb. Bizim üçün ən vacib qonaqlardan biri də Türkiyədən vətənə dönən Əli bəy Hüseynzadə və Türk dünyasının çox qiymətli türkoloqu Məhəmməd Fuad Köprülü idi. 

- Səhv etmirəmsə, Əli bəy Hüseynzadənin Qurultayda videogörüntüləri də mövcuddur.

- Bəli. Hətta bir il əvvəl həmin material üzərində ayrıca veriliş də hazırladıq.

- Türkiyədən Əli bəy Hüseynzadə həmin tədbirdə iştirak edə bilmişdisə, Əhməd bəy Ağaoğlu niyə həmin Qurultayda iştirak etmədi? 

- Bunun səbəbi ondan ibarət idi ki, Əhməd bəy Ağaoğlu həmin dövrdə Ankarada Mətbuat və İstihbarat Ümum Müdürlüyünə rəhbərlik edir, mühüm bir vəzifə daşıyırdı. Həmçinin Qurultaya yalnız Əli bəy Hüseynzadə və Fuad Köprülünü dəvət etmişdilər. Onların da Bakıya gəlməsi, iştirakı böyük maraq doğurmuşdu. Çünki çoxları ərəb əlifbasından latın qrafikasına keçiddə Türkiyənin mövqeyinin necə olacağını bilmirdi, gizli sənədlərdə bu narahatlıqlar əks olunub. 

Bu Qurultayda Avropa ölkələrinin, bütün dünyanın qəbul etdiyi çox böyük nüfuzlu dilçilər, türkoloqlar, toponimika üzrə mütəxəssislər iştirak edirdi. Dünyaca tanınmış akademiklər Bakıya gəlmişdi. Bütün bunlar onu göstərir ki, I Bakı Türkoloji Qurultayın həm elmi, həm də tarixi əhəmiyyəti son dərəcə böyükdür.

- Bəs Sovetlər Rusiyası bunu niyə edirdi?

- Birinci səbəb ondan ibarət idi ki, beynəlxalq aləmdə bolşevizm qəbul olunmurdu, millətlər həbsxanası adlandırılırdı. Rusiyanın əsarətindəki türk xalqlarını özgələşdirdiyi, milli mədəniyyət nümunələrini yox etdiklərini açıq söyləyirdilər. Ruslaşdırma siyasətində ittiham olunurdular. Bu qurultayın keçirilməsi sadalanan ittihamların əsassızlığının həm də sübutu üçün lazım idi. Digər tərəfdən onlar tabeliyindəki türk xalqlarının guya azadlıqlarını təmin etmək, təhsil səviyyəsi baxımından yüksəltmək və dövlətə bağlılıqlarını gücləndirmək istəyirdilər. 

Amma bu siyasətin ikinci, üçüncü və daha dərin qatları da var idi. Həmin dövrdə Türkiyədə hələ ərəb əlifbasından istifadə olunurdu. Türkiyədən sovetlər birliyinə gətirilən kitablar, qəzet və jurnallar rahat oxunur, ideoloji fərqliliklər yaradırdı. Həm də Türkiyəyə maraq çox idi. 1920-ci illərdə müstəqilliyi zəbt olunan türk cümhuriyyəti liderlərinin böyük qismi Türkiyədə mühacirət həyatı sürürdü. Sovetlər latın qrafikasına keçid vasitəsilə Türkiyə ilə bu türk cümhuriyyətləri arasındakı əlaqələri qırmaq məqsədi güdürdü. Hətta buna görə M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan mühacirləri latın əlifbasına keçidin tərəfdarı deyildilər. Lakin 1928-ci ildə Türkiyənin latın əlifbasına keçməsi vəziyyəti dəyişdirdi.

Üçüncü səbəb isə din məsələsi idi. Müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" ərəb əlifbası ilə yazılmışdı. Sovetlər dinsizləşdirmə və allahsızlaşdırma siyasətini effektiv aparmaq üçün ərəb əlifbasını dəyişdirmək, dini kitabları məhv etmək istəyirdi. Sovetlərin arzu və istəklərinə baxmayaraq, I Bakı Türkoloji Qurultayı qəbul etdiyi qərarlarla türklərin mədəni, tarixi həyatında mühüm rol oynadı. 

Söhbətləşdi: Yusif Sultanoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

28 Sentyabr 2026 05:40see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri