Akif Aşırlı: Biz şəriət dövləti istəmirik”
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Hicab məsələsini böhran həddinə çatdırmaq Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı planlaşdırılan ideoloji təxribatlar silsiləsinin bir halqasıdır.
Sherg.az xəbər verir ki, bu fikirləri “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı hicab məsələsi ətrafında yaranan müzakirələrlə bağlı bildirib.
O qeyd edib ki, əvvəllər də bu mövzuda aksiyalar və çağırışlar olub, ictimaiyyətdə hay-küy yaradılıb, lakin qısa müddət ərzində vəziyyət normallaşıb. Onun sözlərinə görə, indiki vəziyyət əvvəlkilərdən müəyyən qədər fərqlənir.
Akif Aşırlı hesab edir ki, məsələni böhran həddinə çatdırmaq və vətəndaş itaətsizliyi yaratmaq cəhdləri yalnız ölkə daxilindəki xarici təsir agentlərinin və Qumdan təlimat alan qüvvələrin fəaliyyəti ilə məhdudlaşmır. O, Azərbaycanın şəriət dövlətinə çevrilməsini hədəfləyən və vaxtaşırı bu istiqamətdə cəhdlər göstərən İranın niyyətinin də nəzərə alınmalı olduğunu vurğulayıb.
Baş redaktor bildirib ki, Azərbaycanda hicab qadağası yoxdur, mövcud tələb dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ilə bağlıdır və bu qayda normal qarşılanmalıdır.
Onun sözlərinə görə, küçədə, iş yerlərində və ailələrdə hicablı qadınlara, eləcə də dini inanclı insanlara qarşı cəmiyyətdə heç bir ayrı-seçkilik yoxdur. Vahid geyim tələbi isə dövlət təhsil müəssisələrinə aiddir.
Akif Aşırlı vurğulayıb ki, Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olması prinsipi təsbit edilib və dövlət öz Konstitusiyasında əksini tapan müddəaları qoruyur.
Əməkdar jurnalist Azərbaycana qarşı yönələn, sosial şəbəkələrdə yayılan iftiralara, təhdidlərə və yalançı təbliğat kampaniyalarına münasibətdə milli birliyin və soyuqqanlı mövqenin qorunmasının vacibliyini diqqətə çatdırıb.
“Qısaca, biz şəriət dövləti istəmirik, Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımızın dövlət modelini dəyişmək yalnız kimlərinsə puç olacaq xəyallarında yaşayacaq”, - deyə Akif Aşırlı bildirib.
Baxış sayı:110
Bu xəbər 09 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















