Icma.az
close
up
RU
“Şərq”in ərsəyə gəlməsi asan olmayıb Akif Aşırlı

“Şərq”in ərsəyə gəlməsi asan olmayıb Akif Aşırlı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetinin fəaliyyətə başlamasından 29 il ötür.  

“Şərq” qəzeti cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin oxucuya çatdırılmasında mühüm rol oynayan, bu istiqamətdə öz tarixi missiyasını layiqincə yerinə yetirən mətbuat orqanlarından biridir. Yarandığı gündən dövlət maraqlarını hər şeydən üstün tutan “Şərq” qəzeti milli mətbuatımızın “Əkinçi”dən qaynaqlanan zəngin ənənələrini qoruyub yaşatmaqla yanaşı, həmçinin onları müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirib. “Şərq” qəzeti bu gün də öz prinsiplərinə sadiq qalır.
Modern.az saytı qəzetin təsisçisi və baş redaktoru Akif Aşırlı ilə həmsöhbət olub.

“Bu gün düz 29 il əvvəl, elə bu tarixdə biz "Azərbaycan" Nəşriyyatının 2-ci mərtəbəsində “Şərq” qəzetinin ilk sayını çapa hazırlayırdıq. O dövr bizim üçün çox çətin idi. Cəmi bir otağımız, iki stul, bir stol və bir ədəd də yazı makinamız vardı. Ətrafda demək olar ki, başqa heç bir şərait yox idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, böyük əzmlə materialları hazırlayır, qəzetin hər detalını diqqətlə işləyirdik. Məqsədimiz “Şərq”i o dövrün digər qəzetlərindən fərqləndirmək idi.

Təbii ki, müəyyən təcrübəmiz var idi, materialların hazırlanması, mövzuların seçilməsi, ölkə gündəminin izlənməsi və s. məsələlərdə gənc, amma bilikli kollektivimiz öz üzərinə düşən işi layiqincə görürdü”.

Müsahibimiz bildirib ki, qəzetin ərsəyə gəlməsi asan baş verməyib:

“Həmin illərdə senzura hələ də fəaliyyət göstərirdi və bu, işimizi xeyli çətinləşdirirdi. Çox zaman çapa hazır materialların üzərində dəyişiklik tələb olunurdu. Amma kollektivin əzmi, peşəkarlığı və fədakarlığı nəticəsində “Şərq”in ilk sayı işıq üzü gördü və oxucular tərəfindən maraqla qarşılandı. Fərqli dizaynı, orijinal başlıqları və aktual mövzuları ilə qəzet qısa müddətdə diqqət qazandı”.

A.Aşırlı eyni zamanda söyləyib ki, o vaxtkı “Şərq”in kollektivi gənc kadrlardan ibarət olub:

“Bu gün o gənclərin çoxu artıq 50 yaşını haqlayıb, bir çoxu Azərbaycan mətbuatında, jurnalistikada və müxtəlif dövlət strukturlarında fəaliyyət göstərir.

29 il öncəyə nəzər salmaq insanda həm qürur, həm də nostalji hisslər oyadır. Həmin dövrü xatırlayanda çətinliklər yada düşür, amma eyni zamanda, gələcəyə nəzər yetirdikdə, internet medianın sürətlə önə çıxdığı, çap mətbuatının isə tədricən sıxışdırıldığı bir zamanda “Şərq” qəzetinin 30 illik müstəqillik tarixini qoruyub yaşatması həqiqətən də böyük nailiyyətdir”,- deyə o əlavə edib.

Bş redaktor həmçinin, bu illər ərzində “Şərq”lə birgə yol gedən, qəzetin bu günə qədər fəaliyyət göstərməsində payı olan bütün əməkdaşlara öz təşəkkürünü bildirib:

“Onların birgə zəhməti, ruhdan düşməməsi və mətbuata sədaqəti sayəsində bu qəzet oxucusuna xidmətə davam edir. Bu gün onların günüdür! Harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, bütün “Şərq"çiləri ürəkdən təbrik edirəm!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri