Icma.az
close
up
RU
Akif Nağı: “Aprel döyüşlərində kütləvi qəhrəmanlıq göstərildi”

Akif Nağı: “Aprel döyüşlərində kütləvi qəhrəmanlıq göstərildi”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin 9-cu ildönümüdür. 

Xatırladaq ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. 

Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 min hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. 

Bu döyüşlər zamanı 20 erməni hərbçisi məhv edilib, 500-dən çoxu isə yaralanıb. Nəticədə, şanlı Ordumuz tərəfindən Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanılıb, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısı alınıb və düşmənin dinc əhaliyə hücumlar dəf edilib. Bu tarixi qələbə 44 günlük Vətən müharibəsindəki zəfərimizin də ilkin addımları olub. Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Aprel döyüşləri çox vacib bir dönüş nöqtəsi oldu: 

“Nəbz yoxlanılması, qüvvələr nisbətinə baxış və hər cəhətdən bir yoxlama oldu. Bir çox məsələlər də məhz oradan başladı. Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsi yoxlanıldı və insanların torpaqları işğaldan azad etmək uğrunda müharibəyə çox müsbət yanaşdıqları ortaya çıxdı. 

Həmçinin, Azərbaycan əsgərləri bir daha qəhrəmanlıq nümayiş etdirdilər. Üstəlik, o dönəm biz Qarabağ Azadlıq Təşkilatı olaraq 3 apreldə artıq cəbhə xəttinə yollanmışdıq. Məqsədimiz insanların əhval-ruhiyyəsini yüksək tutmaq, mənəvi dəstək və təbliğat aparmaq idi. Bütün cəbhə boyu olan yaşayış yerlərinə getdik, ilk şəhidlərin yaslarında iştirak etdik”. Partiya sədri vurğulayıb ki, həqiqətən də o dönəm vətəndaşlarda həddindən artıq ruh yüksəkliyi var idi: 

“Biz hətta həyatımızla risk edərək Tərtərdə ön cəbhəyə qədər getdik və atəşin qarşısında dayandıq. 15-20 nəfərlik heyətimizdən bir nəfər yaralandı. Top mərmisi yanımıza düşdü, Birinci Qarabağ müharibəsinin qazisi Tahir Bayramovun başına qəlpə dəydi. Yəni hadisələrin içində olduq. Biz həmişə müharibə təbliğatı apardığımız üçün müharibə başlayan kimi orada olmağa qərar verdik”. 

Akif Nağı onu da diqqətə çatdırıb ki, Aprel döyüşləri çox böyük hadisə idi: 

“Həmin döyüşlər zamanı azərbaycanlılar kütləvi şəkildə qəhrəmanlıq göstərdilər. Ondan sonra xalqda ruh yüksəkliyi oldu, müharibə tələbi bir daha ciddi şəkildə gündəmə gəldi. Ancaq hərbi yolla torpaqların işğaldan azad olunması fikri Azərbaycan cəmiyyətində möhkəmləndi”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Aprel döyüşləri Akif Nağı Azərbaycan Ordusu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri