Icma.az
close
up
RU
“Akım”ların arxasındakı axın...

“Akım”ların arxasındakı axın...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu günlər yenə də sosial şəbəkələrdə “trendlərlə” qarşılaşmaqdayıq. Bir qədər əvvəl insanlar məlum serialın təsirindən, yox, yox, təsir nədir, oradakıları təqlid edərək özlərini döyməyə, söyməyə başladılar. Məşhurlar qaldı, bloqer, artist, müğənni, aparıcı, sadə sosial şəbəkə iştirakçısı qaldı, hamı özünü döydü, pəncərədən atmaq istədi. Bu “trend akım” başa çatar-çatmaz, digəri çıxdı meydana və tələbələr müəllimlərinin ovcuna şirniyyat qoyub video çəkib paylaşmağa başladılar. Müəllimlərdən bu “akım”dan təsirlənəni də oldu, gözləri yaşla dolanı da. Hətta daha sonra müəllimin ovcuna şirniyyat nədir, qoyun, toyuq, hind quşu qoyun, deyib, bu “trendi” məsxərəyə qoyanlar da oldu. Lakin bunu da hər kəs öz düşüncəsi çərçivəsində anladı. Və daha nələr, nələr...

Sosial şəbəkələrdə “akım” edənlərin kimliyindən, nəçiliyindən asılı olmayaraq görəsən bizə nə gəlib ki, bütün “akım”ların arxasınca düşürük? Bu “akım”lar bizi asanlıqla arxasına alıb hara aparır?

Müəllimə yeri gələndə salam verməyən, dərs zamanı onun müəllimliyinə hörmət bəsləyib sakitliyə riayət etməyən, sağı-solu ilə söhbətdə olan, telefonda sosial şəbəkələri gəzib, bax, bu cür “akım”ları izləyərək öz-özünə gülümsəyən çoxsaylı tələbələr var. İndi onlar bu yeni “akım”a qoşulub yeni bir axın yaradıblar.

Hər saniyədəbir qarşımıza çıxan bu “akım”lar axı bizim əsəblərimizi alt-üst edir. Düşünürsən ki, İlahi, hər hansı ölkədə bir nəfər bir hərəkət etdi, arxasınca belə axın gələcək? Minlərlə insan “trend” olmaq, özünü göstərmək, sosial şəbəkə fenomeninə çevrilmək üçün dəridən-qabıqdan çıxacaq?

Təəssüf... Görəsən biz nə etmək istəyirik? Nəyin arxasınca qaçırıq, haraya çatmaq istəyirik, bu, məlumdurmu? Hər gün sosial şəbəkələrdə yayınlanan, gənclərin dili ilə desək, “akım”ın arxasına düşüb hara gedirik?

Müəllimə şirniyyat, yoxsa hörmət, sayğı lazımdır? Vallah ona lazım olan hörmətdən, sayğıdan savayı bir şey deyil. Bəlkə bu barədə düşünün bizim gənclə... Bəlkə bu akımların yerinə hərməti, syğını qoysunlar.

Müəllimin bu gün adını onsuz da ismin 6 halında hallandırmışıq. Onu “kobudluqda”, uşağa “səsini kəs, yerinə otur”, “ay bala, pəncərəyə yox, sinfə bax”, “fikrin haradadır?”, “çəkil o yana”, qaçma, dərsdə danışma, ayağını partanın üstünə qoyma, yanına sal deməkdə günahlandırmışıq. Demişik ki, bizim uşaqlarımızın hüquqları var, sən ona “o yana çəkil” deyə bilməzsən.

Bəziləri müəllimi sosial şəbəkələrdə öz ağıl-dərrakəsi ilə eyni olanlarla birlikdə müzakirəyə qoyur, özləri qərar verir, fikir söyləyirlər. Lakin evlərində uşaqlarını qarşılarına qoyub “ay bala, görürsən, evdə iki bacı-qardaşsınız, mən sizinlə bacarmıram, sinifdə 30 uşaq var, müəllim nə etsin bəs sizinlə? Sakit oturun, səs salmayın, müəllimə hörmət edin”,- deyən az sayda valideyn var.

Bax, hələ azını dedim. Günlərlə danışmaq olar bu mövzuda. Belə olan halda müəllimə şirniyyat, lazımdır, yoxsa hörmət, sayğı? Biz hansısa bir “akım”ın ardınca axına düşüb getməliyik, yoxsa öz ağlımızı qarşımıza qoyub ona öyüd-nəsihət verib onun axını ilə hərəkət etməliyik?

Hər gün bir “akım”, ardınca da insanların axın-axın təqlidi. Bu nə həyatdır yaşayırıq biz, İlahi...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri