Icma.az
close
up
RU
Ulduz ların qadın travması

Ulduz ların qadın travması

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

Həqiqətən də, qadının daşı ağırdır. Niyə daşı ağırdır deyirəm? Hər dəfə qadın hüquq və haqları barədə nəsə deyəndə, yazanda, bir dəstə çıxır ortaya qışqırır ki, "bəs, qadınlar və kişilər bərabərdirsə, qadınlar da daş daşısın, əsgərliyə getsinlər". Təəssüf ki, hələ bu müasir dünyanın, ölkənin, şəhərin, kəndin qabaqcıl və mütərəqqi kişilərinin bir QİSMİ (qəsdən böyük hərflərlə yazıram) məsələnin nədən ibarət olduğunu bilmir, anlamır, qavramır, dərk etmir.

Məsələ heç də qadının daş daşımasından ibarət deyil. Halbuki bu gün kifayət qədər qadın daş da daşıyır, ev də tikir, təkbaşına uşaq da böyüdür. Oxutdurur, əsgərliyə yola salır, qarşılayır, hələ bir toyunu da edir. Axırda da atası gəlib çıxır ki, "boy, Miriş, nə yaman böyümüsən?"

Məsələ və bizim istədiyimiz odur ki, məmləkətdə qız və qadınların kişilərdə olduğu kimi, təhsil hüququ bərabər olsun. Əmək bazarında bərabər çalışa bilsin və zəhmətinin qarşılığını alsın. Qadın olduğu üçün ədalətsizliklə qarşılaşmasın.

Qadın olduğuna görə işdə, cəmiyyətdə, dükan-bazarda, kafe-restoranda qısnamaya rast gəlməsin.

Adi bir sual verim. Heç eşitmişiniz ki, bir kişi yaraşıqlı olduğu üçün müdiri ona əxlaqsız təklif etsin və əgər bu təklifə yox desə, işdən azad olunsun?

Olubsa, yazın, biz də bilək. Amma qadınlar bu kimi hallarla dünyanın hər yerində rastlaşırlar. İstər ABŞ olsun, istər Afrika ölkələri, biz də istisna deyilik.

İndi də bizim cəmiyyətin BƏZİ kişiləri (yenə böyük hərflərlə qeyd etməyi özümə borc bilirəm) sosial şəbəkələrdə deyirlər ki, "qadınlar işləməsin, evdə otursun, uşağına və ərinə baxsın, beş uşaq doğsun".

Sosial şəbəkələrdə bu kimi tezislər cəmiyyət tərəfindən alqışla qarşılanır və belə tezisləri səsləndirənlər bir gecəyə olurlar "ulduz".

Daha sonra tezislər bu "ulduzlar" tərəfindən nifrət və qadınların alçaldılması səviyyəsinə qalxır. Publika isə alqışlayır, dəstəkləyir.

Əks arqument səsləndirəndə isə "fikir azadlığı" adı altında süfrəyə verilməyə davam olunur.

Amma düşüncəsi dərin olan kəslər, bu "ulduzların" qadın travmasından əziyyət çəkdikləri asanlıqla sezir. Anlayır ki, bu adamın içində böyük bir dərdi var, bununla barışa bilmir və nifrətini bütün qadınlara qusur. Əfsuslar olsun ki, cəmiyyətin böyük bir hissəsi qadına nifrət edir. Sosial şəbəkələrdə onu söyür, təhqir edir. Hətta "qadının ipini buraxmaq olmaz", "qadınlar işləyərkən, daha çox xəyanət edirlər" kimi fikirlər səslənir. Sən demə, qadın evdə xəyanət edə bilməz.

Maraqlıdır, bu kəslərə görə, görəsən, qadın nədir? İtdir, pişikdir, ipi nəyə və hara bağlayır, görəsən?

Bu hələ sosial şəbəkələrin azərbaycandilli seqmentindən qeydə aldığım ən abırlı şərhlərdir.

Onsuz da cinslər arasında sağlam münasibəti olmayan, hələ də Qafqazda selektiv abortlar üzrə birinci yerdə olduğumuz halda bu "çağırışlar" aranı daha da qarışdırır. Kimə və nəyə xidmət etməsi isə sual doğurur.

Qeyd edim ki, nə Gürcüstanda, nə də Ermənistanda qız uşaqlarını cinsinə görə abort etmirlər. Bu yalnız və yalnız bizə məxsus haldır.

Hər dəfə meydana qadınları alçaldan, təhqir edən "ulduz" çıxanda sual yaranır. Bunların öz ana-bacısı necədir, görəsən? Arvadları, nişanlıları, qızları. Nə bilim nənə-xalaları, bibiləri. Onlarla münasibətləri necədir? Sual ritorikdir.

Bu yazını oxuyan hər bir qız-qadına səslənmək istəyirəm ki, dövlətimiz qadının yanındadır. Kimsə sizi incidirsə, bundan utanmayın, şikayət edin. Polisə müraciət edin. Özünüzü qorumağa gücünüz çatmırsa, polis sizi qoruyacaq. Lakin şikayəti siz etməlisiniz. Əks halda, susduqca sizi əzib keçəcəklər. Bir də görəcəksiniz ki, dörd divar arasında həbsdəsiniz.

Sonda demək istəyirəm ki, qadınlar müzakirə obyekti deyillər. Qadının saçının, üzünün, geyiminin müzakirəsini etməkdənsə, BƏZİ kişilər 4 yaşında qıza təcavüz edən 64 yaşlı həmcinsini müzakirə etsələr, qızına, oğluna, nəvəsinə, bacısı-qardaşı qızına təcavüz edən kişilərdən danışsalar, daha faydalı olar.

Ana-bacılarını döyən, əlindəki beş manatını alıb narkotikə, qumara qoyan kişilərdən, evindən-ailəsinin boğazından kəsib əyyaşlığa xərcləyən kişiləri müzakirə etsinlər.

Amma əsas məsələ qalır bir tərəfdə, hərlənib-fırlanıb "qadının ipini bərk tutmağa" çalışırlar.

Bu ölkənin qadınları qəhrəmanlar dünyaya gətirib, böyüdüblər. Əgər bəzi kişilərin gördüyün qadınlar "ipi buraxılan" qadınlardırsa, deməli, özləri də elə o qadınların taylarıdır. Alnıaçıq, üzüağ qadınlara əl uzatmasınlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see321

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see285

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see217

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see199

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see196

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see191

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see188

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see185

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see185

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see181

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see173

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see171

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see163

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see160

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see157

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see155

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see154

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see152

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see148

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri