Aksiz markasının və məcburi nişanlama üzrə dövlət rüsumunun “e bildiriş” əsasında ödənilməsinə başlanıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.
Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələblərinin təmin edilməsi məqsədilə həyata keçirilir.
Ödəyici aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunu rüsum tutan orqan tərəfindən ona təqdim edilmiş “e-bildiriş” əsasında ödəməlidir.
Həmin dövlət rüsumlarının ödənilməsi zamanı hər bir hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















