Icma.az
close
up
RU
“PAŞA Bank” Aksiz markasının verilməsinə görə dövlət rüsumunun onlayn ödəniş xidmətini təqdim edən ilk bank oldu

“PAŞA Bank” Aksiz markasının verilməsinə görə dövlət rüsumunun onlayn ödəniş xidmətini təqdim edən ilk bank oldu

Icma.az bildirir, Banco.az portalına istinadən.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank" “Aksiz markasının verilməsinə görə" dövlət rüsumunun ödəniş xidmətini onlayn formada təqdim edən ilk bank oldu.

Artıq sahibkarlar "PAŞA Bank Biznes" veb platforması vasitəsilə dövlət rüsumlarının ödənişini Hökumət Ödəniş Portalı (HÖP) üzərindən e-bildiriş əsasında icra edə bilərlər.

Bank bu təşəbbüsü Maliyyə Nazirliyinin "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sisteminin yaradılması və HÖP ilə inteqrasiyası tələbinə əsasən həyata keçirib. Bu yenilik ödəniş prosesini sadələşdirərək vaxt və resurslara qənaət etməyə imkan verir.

Qeyd edək ki, dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum) informasiya sistemi üzrə ödəniş növlərinə aşağıdakılar daxildir:
Aksiz markasının verilməsinə görə;
Məcburi nişanlamanın verilməsinə görə: məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə;
Məcburi nişanlamanın verilməsinə görə: aksizli mallara məcburi nişanlanmanın verilməsinə görə;
e-bildirişin təqdim edilməsinə görə xidmət haqqı.
Sahibkarlar qeyd olunan dövlət rüsumlarını artıq "PAŞA Bank Biznes" veb platforması vasitəsilə ödəyə bilərlər.

“PAŞA Bank” sadalanan dövlət rüsumlarının onlayn ödənişi xidmətini təqdim edən ilk bank olmaqla, bu addımı ilə hökumətin rəqəmsal idarəetmə təşəbbüslərinə uyğunlaşır və sahibkarlara maliyyə öhdəliklərini daha rahat, sürətli və asan şəkildə yerinə yetirməyə imkan yaradır. Bank, ölkədə real sektorun dayanıqlı inkişafını dəstəkləyən innovativ maliyyə həlləri ilə iqtisadi artıma, rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri