Aktau yaxınlığında təyyarə qəzasında yaralanan üç rusiyalı xəstəxanadan evə buraxılıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarından üçünün vəziyyəti yaxşılaşdığı üçün onlar evə buraxılıblar.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib.
"Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan üç rusiyalının vəziyyəti yaxşılaşdığı üçün onlar xəstəxanalardan buraxılıblar. Qəzada yaralanan daha altı rusiyalının müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti orta ağırdır", - deyə Rusiya səhiyyə nazirinin köməkçisi əlavə edib.
Xatırladaq ki, Qazaxıstanın Aktau şəhərində "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi Rusiya vətəndaşı həlak olub. Təyyarə qəzasında doqquz Rusiya vətəndaşı sağ qalıb. Ümumilikdə təyyarədə 16 Rusiya vətəndaşı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 31 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















